Kuştrim Muşitsa

Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur.

Kuştrim Muşitsa
Ümumi məlumatlar
Doğum tarixi 1 may 1985(1985-05-01) (38 yaş) və ya 1 may 1983(1983-05-01) (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 190 sm
Çəkisi 82 kq
Mövqeyi qapıçı
Karyerası
Gənclik karyerası
1991—1998 Yuqoslaviya Ramiz Sadiku
2000—2002 Yuqoslaviya Priştina
Klub karyerası[* 1]
2002—2005 Kosovo Priştina
2005 Ukrayna Borisfen 0 (0)
2005—2008 Kosovo Priştina
2008—2010 Kosovo Velaznimi
2010—2011 Şimali Makedoniya Renova 18 (0)
2010—2011 Kosovo Velaznimi
2011—2015 Kosovo Priştina
2015—2016 Albaniya Byulis 13 (0)
2017—2018 Kosovo Flamurtari
2019 Kosovo Vuştrria
Milli yığma[* 2]
2014 Kosovo Kosovo 2 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Karyerası[redaktə | mənbəni redaktə et]

Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu.[1]

2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu,[2] lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.[3]

2008-ci ildə Muşitsa Priştina klubunun tərkibində Kosovo çempionu oldu, ardından Kosovonun Djakovitsa şəhərindən olan Velaznimi klubuna keçdi. 2010-cu ildə Mushitsa Makedoniyanın Renova klubuna transfer olundu. Makedoniya çempionatında ilk oynunu 13 noyabr 2010-cu ildə fasilədən sonra əsas qapıçını əvəz edərək[4] Vardara qarşı keçirtdi. 2010/11 mövsümünün nəticələrinə görə Renova 3-cü yeri tutdu və Muştsa çempionatda 18 oyun keçirdi. Sonra Muşitsa Kosovaya qayıtdı, burada yenidən Velaznimi və 2012-ci ildən 2015-ci ilədək Priştina heyətində çıxış etdi.

21 avqust 2015-ci ildə Mushitsa azad agent statusunda Albaniya Super Liqasının "Byulis" klubuna qoşuldu.

Kosovo milli futbol komandasının heyətində 2010 və 2014-cü illərdə 2 yoldaşlıq ev oyununu keçirtmişdir, ilk oyun Albaniya millisi (hesab 2:3), o biri isə Türkiyəyə (hesab 1:6) qarşı olmuşdur.[5]

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ralf Martin Keinath. "Nationaltorwart Kushtrim Mushica: Eine große Nummer". Report Erreisen (немецкий). 1 августа 2014. 2020-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 апреля 2016.
  2. "Последние «джокеры» чемпионата". 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  3. "Мушница Куштрим". 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  4. "Renova 4:0 Vardar" (ingilis). İstifadə tarixi: 2 апреля 2016.
  5. "www.national-football-teams.com". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]