Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi. Təsis qurultayının keçirilməsi üzrə təşəbbüs qrupu yenidən hakimiyyət orqanlarına qurultay keçirilməsi üçün 4, 5, 11, 12, 18, 19, 25 və 26 noyabr və ya dekabr ayının birinci həftəsonunda yer verilməsi ilə bağlı müraciət etmişdir.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). == Ədəbiyyat == Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
İnqilabçı Hərəkat
İnqilabçı Hərəkat (türk. Devrimci Hareket) və ya tam adı ilə İmperializmə və Oliqarxiyaya Qarşı İnqilabi Hərəkat (türk. Emperyalizme ve Oligarşiye Karşı Devrimci Hareket) — İnqilab yolu ənənəsinin davamı olaraq nəşr olunan aylıq siyasi jurnaldır. Bu günə kimi 49 sayı işıq üzü görüb, ilk nömrəsi 1 fevral 1997-ci ildə çap olunub. 2004-cü ildə jurnalın yazarlarından olan Öndər Babatın öldürülməsi 2007-ci ildə THKP-C/Dev-Yol əməliyyatı zamanı jurnalla əlaqəsi olan bir çox adamın məhkəməsi, 2010-cu ildə isə baş redaktorunun məhkəməsi ilə gündəmə gəlmişdir. == İstinadlar == == Xarici keçidlər == Derginin sitesi Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine Twitter Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine Facebook Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine Dergi Sahibine "Anonim Örgüt Propagandası"ndan Ağır Ceza Devrimci Hareket Dergisi:Yazarımız Mehmet Yeşiltepe Bir Komployla Karşı Karşıya Yeşiltepe neden içeride?
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969–1980 === MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969–1980 === MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Çevik Hərəkat Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Çevik Hərəkat Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Braziliya Demokratik Hərəkat Partiyası
Braziliya Demokratik Hərəkat Partiyası (port. Partido do Movimento Democrático Brasileiro, qısa — port. PMDB) — Braziliyanın siyasi partiyalarından biri. Ölkənin hərəkətverici partiyalarındandır. Partiya 1980-ci ildə Mariu Kovas tərəfindən yaradılmışdır. Partiyanın bəyamnaməsi Roberta Manqabeyra Unqer tərtib etmişdir. Partiya 2006 il seçkilərində parlamentdə 513 yerdən 89 yerə sahib çıxmışdır. 2010-cu il seçkilərində isə deputatlar palatasında 79 yerə sahib olmaqla senatda böyük fraksiyaya sahib olmuşlar. Ölkədə İşçilər Partiyasından sonra ikinci güçlü partiya hesab edilir. İslahatçı, Mərkəzçi olaraq tanınırlar.
Demokratik Cəmiyyət uğrunda Hərəkat
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. == Tarixi == Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
Makedoniya Türk Hərəkat Partiyası
Makedoniya Türk Hərəkat Partiyası (türk. Makedonya Türk Hareket Partisi;) — 20 oktyabr 1999-cu ildə Şimali Makedoniyada türklər tərəfindən qurulan bir partiyadır. Qərargahi Skopye yerləşir. Qısa adı THP-dir. Gerbində qırımızı fonda aypara və ulduz qısaltması və ulduz var. THP-nin yuxarı hissədə qırmızı bir fonda əks olunan sarı bir lalə var. == Partiyanın ideoloji istiqaməti == Partiya insan hüquq və azadlıqlarının həqiqi tanınmasını təmin etmək, cəmiyyətin təməl dəyərlərini siyasətə daşımaq və onları hakim etmək, cəmiyyətin dincliyini və əmin-amanlığını təmin etmək, problemlərini gündəmə gətirmək məqsədi ilə qurulan siyasi partiyadır. Makedoniya türkləri gündəmə gəlir və problemlərə həll tapır. Şimali Makedoniyanın hər istiqamətdə inkişafı və demokratik dəyərlərini üstün tutması üçün mübarizə aparan plüralist, çox etnik, çoxmədəniyyətli bir siyasi partiyadır. Partiyanın əsas rolu və məqsədi Makedoniya Respublikasında demokratik dəyərlərin və qanunun aliliyinin geniş yayılması üçün siyasi iş aparmaqdır.
Milliyətçi Hərəkat Partiyası (Türkiyə)
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969–1980 === MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Vahid Milli Hərəkat (Gürcüstan)
Vahid Milli Hərəkat (VMH) (gürcü: ერთიანი ნაციონალური მოძრაობა, Ertiani Natsionaluri Modzraoba, ENM) Gürcüstanda Qızılgül inqilabından sonra hakimiyyətə gələn Mixail Saakaşvili tərəfindən qurulan siyasi partiyadır. == Tarix == VMH 2001 -ci ilin oktyabrında Mixail Saakaşvili tərəfindən yaradılıb. Bu islahatçı partiyadır və NATO və Avropa Birliyi ilə daha sıx əlaqələrin qurulmasının, habelə özünü separatçı elan edən Abxaziya və Cənubi Osetiya dövlətləri üzərində Tbilisinin nəzarətinin bərpasının tərəfdarıdır. Əslində sol mərkəzli bir partiya, Qızılgül İnqilabından sonra mövqeyini sağ mərkəzə köçürdü və siyasi, iqtisadi və mədəni liberalizmi vətəndaş millətçiliyi ilə birləşdirdi. Əsas siyasi prioritetləri arasında hərəkatın əsas dəstəyi olan yoxsullara sosial xidmətlərin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və bizneslə məşğul olmaq üçün inzibati maneələrin azaldılması var idi. VMH liderləri özlərini liberal-mühafizəkar adlandırırlar və 2007-ci ilin sentyabrında partiya sağ mərkəzçi Avropa Xalq Partiyasının müşahidəçi üzvü oldu. Saakaşvili və digər gürcü müxalifət liderləri 2003 -cü ilin noyabr ayında Vahid Millətlər Hərəkatı, Birləşmiş Demokratlar Birliyi, Milli Həmrəylik Birliyi və "Kmara" gənclik hərəkatını Prezident Eduard Şevardnadze hökumətinə qarşı bir araya gətirmək üçün "Vahid Xalq İttifaqı" yaratdılar. Prezident Şevardnadzenin məcburi istefası ilə nəticələnən 2003 -cü ilin noyabrında baş verən siyasi böhranda Vahid Milli Hərəkat və onun müxalifətdəki tərəfdaşları mərkəzi rol oynadı. Yerli və beynəlxalq müşahidəçilərin çoxsaylı qanun pozuntularına görə tənqid etdikləri 2 Noyabr 2003 -cü il parlament seçkilərinin nəticələrinə Müxalifət partiyaları da ciddi etiraz etdilər. Şevardnadzenin süqutundan sonra partiya Birləşmiş Demokratlar və Milli Həmrəylik Birliyi ilə birləşərək Saakaşvilini böyük səs çoxluğu ilə qazandığı 4 yanvar 2004 -cü il prezident seçkilərində müxalifətin əsas namizədi kimi tanıtdı.
Sosializmə doğru hərəkat (Boliviya)
Sosializmə doğru hərəkat – Xalqların suverenliyi üçün siyasi alət (isp. Movimiento al Socialismo—Instrumento Político por la Soberanía de los Pueblos; akronimi MAS (isp. Más, hərf. es – hərf. "Böyük") — Boliviyada solçu sosialist partiyası. 23 iyul 1997-ci ildə qurulmuşdur. Keçmiş prezident Evo Moralesin rəhbərlik edir. == İdeologiya və mövqelər == MAS koka istehsalçılarını dəstəkləyən ictimai hərəkat olaraq başlamışdı. Onun ilkin bazası həmkarlar ittifaqları və yerli xalqlar üçün hərəkatlar idi. Hərəkat bir ideologiya olaraq bolivarizm, antikapitalizm və antiimperializmi təbliğ edir. Bu gün MAS bərabərlik, yerli azlıqların hüquqları, torpaq və konstitusiya islahatları, əsas sənaye sahələrinin milliləşdirilməsini müdafiə edir. == İstinadlar == == Xarici keçidlər == MAS Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Джеффрі Веббер.
Qərbi Ukraynada üsyançı hərəkat
Qərbi Ukraynada üsyançı hərəkat və ya Bandera hərəkatı — İkinci Dünya müharibəsi illərində, eləcə də onun başa çatmasından sonrakı ilk illərdə Ukrayna SSR-nin qərb rayonları, habelə Polşa və Çexoslovakiyanın bəzi hissələri ərazisində müstəqil Ukrayna dövlətinin yaradılması uğrunda Ukrayna Üsyan Ordusu (UÜO) və digər Ukrayna milliyətçi təşkilatlarının mübarizəsi. UÜO əvvəlcə Almaniya işğalı administrasiyası, həmçinin Qərbi Ukraynaya basqın edən SSRİ və Polşa partizanlarına qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Qərbi Ukraynada sovet hakimiyyətinin bərpası ilə UÜO sovet qoşunlarına və NKVD-yə qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmış, sonra isə ağır itkilərə görə fəaliyyətləri tədricən partizan mərhələsinə keçirmişdir. KQB veteranı, UÜO-nun məğlubiyyəti haqqında bir neçə kitabın müəllifi Georgi Sannikovun sözlərinə görə, müharibədən sonrakı dövrdə 25 min sovet hərbçisi, dövlət təhlükəsizlik orqanlarının, polis və sərhədçilərin, habelə 30 UPA-ya qarşı mübarizədə sovet və partiya fəallarının minlərlə nümayəndəsi həlak olmuşdur. Eyni zamanda, 1944-cü ildən 1956-cı ilə qədər sovet dövlət təhlükəsizlik orqanları 155 minə yaxın UÜO yaraqlısını, o cümlədən UÜO -nun əsas liderlərini öldürmüşdülər. UÜO-nun Qızıl Orduya qarşı mübarizəsi və müharibədən sonrakı dövrdə yeraltı təxribat fəaliyyəti "Upovtsı" və "Bandera" anlayışlarının milliyətçiliyi simvollaşdırmağa başlamasına səbəb olmuşdur. Sovet tarixşünaslığı da iddia edilmişdir ki, UÜO sovet partizanları ilə mübarizə aparmaq üçün Almaniya kəşfiyyat xidmətləri tərəfindən yaradılmışdır.
Mari-Luis Koleyra Preka
Mari-Luis Koleyra Preka (malta Marie Louise Coleiro Preca 7 dekabr 1958) — Malta Leyborist Partiyasının üzvü, maltalı siyasətçi, 4 aprel 2014-cü ildən bəri Malta Prezidenti. == Bioqrafiyası == Mari-Luis Koleyra Preka 1958-ci ilin sonunda Malta adasının mərkəzində (o zaman İngilis müstəmləkəsi) Qormi şəhərində anadan olmuşdur. Malta Universitetini bitirib. 1982-1991-ci illərdə baş katib vəzifəsini tutarkən Maltanın Leyboristlər partiyasına rəhbərlik edən ilk qadın olur. Bundan əlavə müxtəlif dövrlərdə sosialist gənclərin milli bürosunun üzvü, partiyanın qadın şöbəsinin müdiri (1996-2001) və partiyanın İl-Ħelsien qəzetinin naşiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Malta Leyboruist Partiyasından Malta Parlamentinə seçilir. Alfred Sant Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdikdə, yeni bir liderin seçilməsində iştirak edir. Lakin heç bir nəticə əldə edə bilmir. 2013-cü ilin mart ayında Cozef Muskat hökumətinə Ailə və Sosial Həmrəylik Naziri olaraq çalışır. 2014-cü ilin mart ayının əvvəlində ölkənin Baş naziri onu Malta prezidenti vəzifəsinə tövsiyə edir və qısa müddətdə bu vəzifəyə təsdiq edilir.
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat, VHEMT daha çox tanınır (['viːəmənt] dinlə), ing. Voluntary Human Extinction Movement) — məqsəd, çoxalmadan imtina etməklə bəşəriyyətin könüllü şəkildə məhv olması olan beynəlxalq ictimai ekoloji hərəkatdır. Hərəkətin əsas ideyası budur ki, bəşəriyyət mövcud olmadıqda Yer kürəsinin biosferi üçün daha yaxşı olar. Bu hərəkatın tərəfdarlarına görə, insan növləri bir növ "ekzotik işğalçı"-dır, əhali nəzarətdən çıxaraq Yerin ekosisteminə, orada yaşayan heyvan və bitkilərə təhlükə yaratmağa başladı; və növlərin yalnız tamamilə yox olması Homo sapiens əşyaların təbii qaydasını və təbiətin harmoniyasını bərpa edəcəkdir. == Tarixi == Hərəkat Les Nayt tərəfindən təsis edilmişdir (təxəllüsü ing. Les U. Knight [lɛz ju naɪt] ingiliscə demək olar ki, eyni səslənir let’s unite [lɛts ˈjuˌnaɪt] — "birləşək") 1991-ci ildə Amerikanın Oreqon ştatının Portlend şəhərində. Nayt — vhemt.org saytının sahibi və hərəkatın "səsi" dir. Nayt özü hərəkati başlatmadığını iddia etsə də, ancaq adını vermişdir. Les Nayt 1970-ci illərdə Vyetnamdan qayıtdıqdan sonra Sıfır əhali artım hərəkatının üzvü oldu və 20 yaşında ikən könüllü olaraq vasektomiya (sterilizasiya) əməliyyatı ilə məşğul oldu. == Hərəkatın ideologiyası == Hərəkatın qeyri-rəsmi şüarı: "Uzun yaşayacağıq və öləcəyik!" (ing.