Makedoniya Türk Hərəkat Partiyası (türk. Makedonya Türk Hareket Partisi;) — 20 oktyabr 1999-cu ildə Şimali Makedoniyada türklər tərəfindən qurulan bir partiyadır. Qərargahi Skopye yerləşir. Qısa adı THP-dir. Gerbində qırımızı fonda aypara və ulduz qısaltması və ulduz var. THP-nin yuxarı hissədə qırmızı bir fonda əks olunan sarı bir lalə var.[1][2]
Makedoniya Türk Hərəkat Partiyası (THP) | |
---|---|
Sədri | Enes İbrahim |
Qurucu | Adnan Kahil |
Lideri | Enes İbrahim |
Quruluş tarixi | 1999-cu il |
İdeologiya | Mühafizəkar liberal demokratiya |
Üzv sayı | 50000 nəfər |
Partiya insan hüquq və azadlıqlarının həqiqi tanınmasını təmin etmək, cəmiyyətin təməl dəyərlərini siyasətə daşımaq və onları hakim etmək, cəmiyyətin dincliyini və əmin-amanlığını təmin etmək, problemlərini gündəmə gətirmək məqsədilə qurulan siyasi partiyadır. Makedoniya türkləri gündəmə gəlir və problemlərə həll tapır. Şimali Makedoniyanın hər istiqamətdə inkişafı və demokratik dəyərlərini üstün tutması üçün mübarizə aparan plüralist, çox etnik, çoxmədəniyyətli bir siyasi partiyadır. Partiyanın əsas rolu və məqsədi Makedoniya Respublikasında demokratik dəyərlərin və qanunun aliliyinin geniş yayılması üçün siyasi iş aparmaqdır.
1999-cu ildən bəri siyasi səhnədə olan Türk Hərəkatı Partiyası, qurulduğu gündən 2008-ci ilə qədər Vmro-Dpmne ilə koalisiyada olmuşdur. 2010-cu ildən bəri Sosial Demokratlar Birliyinin rəhbərliyi altında qurulan ittifaqdadır. 2014 və 2016-cı il erkən ümumi seçkilərində bir vəkil (Enes İbrahim) qazanmağı bacarıb.[3] 2016-cı ildən sonra ölkədə qurulan yeni hökumətdə, ölkədə yaşayan Türk topluluğunu bir nazirlik (Elvin Həsən - Dövlət Naziri) və rəhbərliyi ilə fərqli vəzifələrdə təmsil etdi. Partiya 2019-cu ildə 20 illik yubileyi münasibətilə "Balkan Türk Forumu" təşkil etdi.
2017 - 2021 Yönetim Kurulu
Adı | Vəzifəsi |
---|---|
Enes İbrahim | Başqan |
İlhan Rahman | Baş katib |
Mənfi İlyaz | Başqan müavini |
Dr. Elvin Həsən | Başqan müavini |
Aysel Seyfullah | Qadın qolları başqanı |
Əli Hüseyn | Gənclik qolları başqanı |