REAL (hərəkat)

Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya.

Respublikaçı Alternativ Partiyası
Loqonun şəkli
Sədri Natiq Cəfərli
Qurucu İlqar Məmmədov
Quruluş tarixi
  • 25 dekabr 2008 (Hərəkat kimi)
  • 4 avqust 2020 (Partiya kimi)
Qeydiyyat tarixi 31 avqust 2020
Baş qərargah Bakı
İdeologiya milli liberalizm, Proqressivizm, antikommunizm, dünyəvilik, Antiklerikalizm, Avropaya meyllik
Üzv sayı 5 mindən çox[1] (2023)
Şüar YAPma, REALlaşdır! (2020)
İqtisadiyyat Reallıqdır! (2024)
Rəngləri          Qırmızı-ağ
Avropa Parlamentində
1 / 648
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı realplatforma.org realuzv.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur.[2]

2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu.

2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi.

Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi. Təsis qurultayının keçirilməsi üzrə təşəbbüs qrupu yenidən hakimiyyət orqanlarına qurultay keçirilməsi üçün 4, 5, 11, 12, 18, 19, 25 və 26 noyabr və ya dekabr ayının birinci həftəsonunda yer verilməsi ilə bağlı müraciət etmişdir. Lakin icra hakimiyyəti bu müraciətlərə də rədd cavabı vermişdir. Bu zaman təşəbbüs qrupu Müsavat Partiyasına 17 dekabr 2017-ci ildə öz qərargahlarında yer verilməsi üçün müraciət etmişdir. Müraciətə müsbət cavab verilsə də sonradan Müsavat Partiyasının sədri Arif Hacılıya olan təzyiqlərə görə qərargahın itirilmə təhdidi qarşısında REAL Hərəkatına yer ayrılmasından imtina etdi. 2018-ci ilin mart ayında REAL yenidən hökumətə, Bakı Şəhər İcra HakimiyyətinəMədəniyyət Nazirliyinə müraciət etdi. Bu dəfə isə bir aydan çox müraciətə cavab verilmədi.

2018-ci il aprel ayının əvvəlində Respublikaçı Alternativ Hərəkatı özünün yarı-virtual I Təsis Qurultayını keçirəcəyi barədə məlumatı elan edir. Aprelin 2-sindən 6-sına qədər təşəbbüs qrupunun üzvləri Erkin Qədirli, Azər Qasımlı, Natiq Cəfərli, Rəsul Cəfərov və digərləri Facebook sosial şəbəkəsi üzərindən hərəkat üzvlərinin qrupunda canlı yayıma çıxırlar, REAL-ın proqramını və nizamnaməsini qısa şəkildə izah edir, suallara cavab verirlər. 7 aprel 2018-ci ildə elə həmin qrupda onlayn şəkildə açıq səsvermə ilə partiyanın proqramı, nizamnaməsi, seçki komissiyasının üzvləri və partiyanın atributları (himni və loqosu) təsdiq olunur. 8 aprel 2018-ci ildə (artıq) REAL partiyasının baş ofisində gizli səsvermə ilə partiya sədri, Məclis üzvləri və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilir. Respublikaçı Alternativ Partiyasının sədri səs çoxluğu ilə İlqar Məmmədov seçilir.

2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı.

2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı. Bu və bundan öncəki məsələlərə etiraz olaraq Azər Qasımlı, Xalid Bağırov, Toğrul Vəliyev, Altay Göyüşov, Azər Mehtiyev,Rövşən Ağayev partiyadan istefa verdi. Mətbuat brifinqi keçirən Azər Qasımlı partiyanı və İlqar Məmmədovu avtoritarizm ilə ittiham etdi.

Partiyanın I Təsis Qurultayı keçirilsə də, partiya qeydiyyata alınmadı. 2020-ci ildə təməli qoyulan hökumət və siyasi partiyalar arası dialoqda REAL tərəfini İlqar Məmmədov, hökuməti isə Ədalət Vəliyev təmsil etdi.

2020-ci ildə 4 siyasi partiya qeydiyyata alındı və 4 siyasi partiyanın qeydiyyat məlumatlarına dəyişiklik edildi. Bu fürsətdən istifadə etmək istəyən REAL qurultay üçün yenə müraciət etsə də COVİD-19 səbəbi ilə qurultay üçün yer ayrılmadı. Daha sonra hökumətin təmsilçisi Ədalət Vəliyev partiyaların onlayn qurultaylarının keçərli olduğunu elan etdi. Nəticədə REAL II Təsis Qurultayını keçirməyi qərara aldı.

4 avqust 2020-ci ildə Zoom üzərindən 98 qurultay üzvü (108 nəfərdən 10-u iştirak edə bilmədi) ilə keçirilən qurultayda 5 nəfərdən ibarət NTK və 6 nəfərdən ibarət Siyasi Komitə üzvləri seçildi. MNTK üzvləri 3 ay ərzində fəaliyyət göstərəcək, bir sonraki qurultaya qədər bütün qurultay üzvlərinin MNTK-da təmsil olunmağı təmin ediləcək. Sədr seçimi isə Siyasi Komitəyə həvalə olundu. Siyasi Komitənim üzv saylarının arta biləcəyi qeyd olundu. Həmçinin Qurultayda sədrin səlahiyyətləri azaldıldı, yeni nizamnamə və məramnamə qəbul edildi.

Partiya 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[3] İlqar Məmmədov 4 sentyabr 2020-ci ildə Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüş keçirmiş, Vəliyev partiyanın qeydiyyatı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırmışdır.[4]

2023-cü ilin iyulunda Ədliyyə Nazirliyi REAL partiyasının qeydiyyat üçün təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb. Nazirlik siyahılarda təqdim edilən 986 nəfərin partiyaya üzv olmadığını bildirib. Bundan başqa 1058 nəfərin telefon nömrəsi kimi partiyanın nömrəsi göstərilib, 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə nazirlik partiyanın siyahısında cəmi 463 nəfərim adını "keçərli" sayıb.[5][6]

6 noyabr 2023-cü ildə Respublikaçı Alternativ Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda partiyanın nizamnamə və proqramı "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılmış və qəbul edilmişdir. Qurultayda Partiya Siyasi Komitəsinə 8 üzv, Siyasət Təşəbbüsləri Komissiyasına 6 üzv, Nəzarət Təftiş Komissiyasına isə 3 üzv seçilmişdir.[7] Partiya Siyasi Komitəsinin 20 noyabr 2023 tarixli iclasında İlqar Məmmədov Siyasi Komitənin sədri, Mahmud Məmmədov və Natiq Cəfərli isə partiya katibi seçilmişdir.[8]

İlqar Məmmədov qurulduğu gündən bəri Respublikaçı Alternativ Partiyasına rəhbərlik etmişdir.[9] 11 sentyabr 2024-cü ildə Mərkəzi Seçki Komissiyası Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsi sədri İlqar Məmmədovun 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə etdiyi şikayətlərə baxaraq sadəcə 3 məntəqənin nəticələrinin ləğvi, ümumilikdə isə seçki dairəsi üzrə nəticələrinin ləğv olunmamasına qərar vermişdir.[10] Bunun ardınca, İlqar Məmmədov ötən il söz verdiyi kimi partiya sədrliyindən istefa verdi.[11] Onun istefası partiya Siyasi Komitəsinin 12 sentyabr 2024-cü il tarixli iclasında qəbul olunmuşdur.[12]

Respublikaçı Alternativ Partiyası 2020-ci il parlament seçkilərində müstəqil namizədlər və REAL-çılardan ibarət REAL Cümhuriyyətçilər İttifaqını təsis edərək qatılmışdır. Seçkilər üçün 40-dan çox namizəd müraciət etsə də, 31-nin namizədliyi təsdiq olundu. Onlardan 1-i geri çəkildi, 1-i isə imza toplama kompaniyasından problem yaşadı.

Seçkinin saxtalaşdırıldığını söyləyən Partiya Heyəti etiraz etdi. Rəsmi nəticələrə görə 1 nəfər I, 3 nəfər II və 3 nəfər III oldu. Tək mandat qazanan namizəd isə Erkin Qədirli oldu.

Seçki Sədr Majoritar
Səs % Mandat
2024
İlqar Məmmədov

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]

Respublikaçı Alternativ Partiyası 2019-cu il bələdiyyə seçkilərinə qatılmasa da, fərdi olaraq partiyadan seçkilərə qatılanlar oldu.

  • Loqosu hakimiyyət bölgüsünü simvolizə edən 3 oxu təsvir edir:

Respublika, Rifah və Tərəqqi

  • Kvadrat hər şeyin qanunlar, konstitusiya daxilində olduğunu ifadə edir
  • Yarımdairə hakimiyyətin keçici olduğunu ifadə edir.
Sıra
Vəzifə
Vəzifəli
1.
Siyasi Komitənin sədri Natiq Cəfərli
2.
Siyasi Komitə üzvü Erkin Qədirli
3.
Siyasi Komitə üzvü,

Partiyanın icra katibi

Natiq Cəfərli
4.
Siyasi Komitə üzvü Rəsul Cəfərov
5.
Siyasi Komitə üzvü;

Partiya katibi.

Mahmud Mahmudov
7.
Siyasi Komitə üzvü Elçin Əliyev
8.
Siyasi Komitə üzvü Zöhrab Əliyev
9.
Siyasi Komitə üzvü Toğrul İskəndərli
  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  3. "Respublikaçı Alternativ (ReAl) Partiyası dövlət qeydiyyatına alınıb". Aze Voice (az.). 1 sentyabr 2020. 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2020.
  4. "REAL Partiyasının sədri PA-nın şöbə müdiri ilə görüşüb". Aze Voice (az.). 5 sentyabr 2020. 2020-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2020.
  5. "Cəmi 463 nəfər REAL üzvü sayılıb". 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  6. "Ədliyyə Nazirliyi REAL Partiyasının 4500-dən çox üzvündən cəmi 463 nəfərini keçərli sayıb". 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  7. "REAL Partiyası qurultay keçirdi, rəhbərlikdə bu şəxslər təmsil olunacaqlar". Pravda.az. İstifadə tarixi: 2023-11-17.
  8. bizim.media. "İlqar Məmmədov yenidən REAL-ın SƏDRİ SEÇİLDİ". bizim.media (az.). 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  9. Vahid, Firuzə. "İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib". Apa.az (az.). 11 sentyabr 2024. 12 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2024.
  10. "Parlament seçkilərindəki pozuntuya görə nəticəsi ləğv edilən məntəqələrin sayı beşə çatıb - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-09-11. 2024-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-11.
  11. modern.az. "İlqar Məmmədov istefa VERDİ". modern.az (az.). 2024-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-11.
  12. modern.az. "İlqar Məmmədovun istefası qəbul OLUNDU". modern.az (az.). İstifadə tarixi: 2024-09-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]