Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fri-Steyt
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Fri Steyt
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Fri Steyt vilayəti
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Ari
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
FBI
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. == Büdcəsi və Vəzifələri == Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
URI
URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı. == Əsaslar == URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir. == URL və URN arasında əlaqə == URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir.
İri
Aşağı İri (Culfa)
Eri
Eri (Pensilvaniya) — şəhər. Eri-TV — telekanal Eri gölü — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göl Eri Kanalı — Eri gölü ilə Hudson çayını bir-birinə bağlayır.
Fır-fır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Broussard və Cri-cri
Breton şattlı (fr. La Navette Bretonne) (başqa adıyla "Broussard və Cri-cri") Fransada fəaliyyət göstərən aerobatika komandasıdır. Komandanın debütü 1993-cü ilə təsadüf edir. Uçuşlar üçün Max Holste MH.1521 Broussard və ən kiçik 2 mühərrikli təyyarə olan Colomban Cri-cri istifadə olunur. Komandanın fərqliliyi onda ibarətdir ki, Cri-cri özü havalanmır. Aviaşou təyyarənin üstünə quraşdırılmış Cri-Cri ilə havaya qalxması ilə başlayır və ayrılmazdan əvvəl bir neçə fiqur həyata keçirilir. Daha sonra havada Cri-cri ayrılır və birlikdə uçuş həyata keçirirlər. Təyyarənin başqa təyyarə üstündə havaya qalxması daha əvvəl 1939-cu ildə "Short Mayo" və "Short Mercury" təyyarələri ilə həyata keçirilib.
Apis (arı)
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. == Təsnifatı == Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787 Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arı Yarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı == İstinadlar == == Ədəbiyyat == Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
Ari Oulafsson
Ari Oulafsson (isl. Ari Ólafsson; d. 21 may 1998, Reykyavik, İslandiya) — İslandiya müğənnisi. O, "Our Choice" mahnısı ilə İslandiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Ari Pazovski
Ari Pazovski (d. 2 fevral 1887 Perm Ryazan ö. 6 yanvar 1953 Moskva, Rusiya) — sovet dirijoru, SSRİ xalq artisti (1940). Üç dəfə Stalin mükafatı laureatı (1941, 1942, 1943). == Həyatı == A.Pazovski yəhudi ailəsində Perm 2 fevral, 1887-ci ildə anadan olmuşdur. 1897-ci ildə o, Krasnokutsk sinfində Sankt-Peterburq Konservatoriyasında daxil olmuşdur. O, skripka çalmağı öyrənib. 1905-ci ildə karyerasını dirijor kimi başladı. Debüt, Perm opera teatrında keçirildi. Kazan, Saratov, Minsk, Vilna (indi Vilnius), Tiflis (indi Tbilisi) (1905-08), sonra Moskvada xüsusi opera (1908-1910) ildə, Xarkov, Odessa, Kiyev il teatr üçün opera dirijoru olub.
Arı (jurnal)
"Arı" jurnalı (az-əbcəd. آری‎) — 1910–1911-ci illərdə çap olunmuş ictimai, siyasi və satirik jurnal. == Tarixi == "Mirat"dan sonra "Arı" jurnalı fəaliyyətə başladı. Jurnalın ilk nömrəsi 1910-cu il dekabr ayının 18-də çıxmışdır. Redaktoru Dadaş Bünyadzadə, naşiri Əliməmməd Əliyev idi. Jurnalın başlığı altında yazılırdı: Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq, formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr olunurdu və formatı o biri satirik jurnallara nisbətən kiçik idi. "Arı" jurnalının məsləki" sərlövhəli baş məqalədə bu mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, dövrün ictimai-siyasi hadisələrinə qiymət verir, maarifin, mədəniyyətin inkişafının vacibliyini göstərirdi. Mətbuata marağın artdığını bildirən jurnal eyni zamanda qeyd edirdi ki, mətbuat orqanlarımızın bəziləri abunəçilərin azlıqından və ya maliyyənin kasadlığından, bəziləri isə hökumət tərəfindən bağlanır. İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara "Təkamül", "Yoldaş" qəzetinə, "Molla Nəsrəddin", "Bəhlul" və " Zənbur" jurnallarına öz müsbət münasibətini bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi. == Fəaliyyəti == Baş məqalədə qabaqcıl dünyagörüşü ifadə edilsə də, bəzi məsələlərə islamçılıq nöqteyi-nəzərindən qiymət verilirdi.
Arı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Arı jurnalı
"Arı" jurnalı (az-əbcəd. آری‎) — 1910–1911-ci illərdə çap olunmuş ictimai, siyasi və satirik jurnal. == Tarixi == "Mirat"dan sonra "Arı" jurnalı fəaliyyətə başladı. Jurnalın ilk nömrəsi 1910-cu il dekabr ayının 18-də çıxmışdır. Redaktoru Dadaş Bünyadzadə, naşiri Əliməmməd Əliyev idi. Jurnalın başlığı altında yazılırdı: Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq, formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr olunurdu və formatı o biri satirik jurnallara nisbətən kiçik idi. "Arı" jurnalının məsləki" sərlövhəli baş məqalədə bu mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, dövrün ictimai-siyasi hadisələrinə qiymət verir, maarifin, mədəniyyətin inkişafının vacibliyini göstərirdi. Mətbuata marağın artdığını bildirən jurnal eyni zamanda qeyd edirdi ki, mətbuat orqanlarımızın bəziləri abunəçilərin azlıqından və ya maliyyənin kasadlığından, bəziləri isə hökumət tərəfindən bağlanır. İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara "Təkamül", "Yoldaş" qəzetinə, "Molla Nəsrəddin", "Bəhlul" və " Zənbur" jurnallarına öz müsbət münasibətini bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi. == Fəaliyyəti == Baş məqalədə qabaqcıl dünyagörüşü ifadə edilsə də, bəzi məsələlərə islamçılıq nöqteyi-nəzərindən qiymət verilirdi.
Arı mumu
Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir.
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. == Ümumi məlumat == Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. == Arı zəhəri təbabətdə == Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. == Arı zəhəri elmdə == Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
Bri Larson
Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[…], Sakramento) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqil və blokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür. Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib. Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb.
Bri kilsəsi
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir. == Tarixi == Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir. Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.” Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır.
Eri-TV
Eri-TV və ya EriTV, Eritreya Televiziyası (ing. Eritrean Television) kimi də tanınımış — Eritreya Dövlət Televiziya şəbəkəsi Eritreyanın paytaxtı — Əsməra şəhərində yerləşir. Eritreya Dövlət İnformasiya Nazirliyi tərəfindən idarə olunur. Televiziya 24 saat ərzində 3 əsas telekanalı özündə birləşdirir: Eri-TV (Eri-TV1), Eri-TV2 və Eri-TV3, eləcə də 7 tematik telekanalı :ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children) yayımlayır. Televiziya şəbəkəsi Eri-TV Eritreyada yeganə telekompaniyadır. Eritreya daxilində Eri-TV tamaşaçılarının sayı təxminən 6 milyon nəfərdir. Xaricində isə, əsasən, qonşu ölkələrdə, ABŞ-da və Kanadada, Avropa və Yaxın Şərq ölkələrində miqrantlar və imiqrantları nəzərə almaqla Eri-TV-nin tamaşaçılarının sayı bir neçə milyondan artıqdır. Kanal 1960-cı ilin yanvar ayından yayımlanmağa başlandı. Eritreya müstəqillik qazandıqdan dərhal sonra 1993-cü ildə mövcud forma və görünüşü əldə etdi. Əslində, Eri-TV1 kimi tanınan televiziya kanalı verilişləri, əsasən, 4 dildə: Tiqrin, tiqre, ərəb və ingilis dillərində, həmçinin, amxar, oromo, somali və italyan dillərində yayımlayır.
Eri (Pensilvaniya)
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.