Eri-TV

Eri-TV və ya EriTV, Eritreya Televiziyası (ing. Eritrean Television) kimi də tanınımış — Eritreya Dövlət Televiziya şəbəkəsi Eritreyanın paytaxtıƏsməra şəhərində yerləşir. Eritreya Dövlət İnformasiya Nazirliyi tərəfindən idarə olunur. Televiziya 24 saat ərzində 3 əsas telekanalı özündə birləşdirir: Eri-TV (Eri-TV1), Eri-TV2 və Eri-TV3, eləcə də 7 tematik telekanalı :ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children) yayımlayır. Televiziya şəbəkəsi Eri-TV Eritreyada yeganə telekompaniyadır. Eritreya daxilində Eri-TV tamaşaçılarının sayı təxminən 6 milyon nəfərdir. Xaricində isə, əsasən, qonşu ölkələrdə, ABŞ-da və Kanadada, AvropaYaxın Şərq ölkələrində miqrantlarimiqrantları nəzərə almaqla Eri-TV-nin tamaşaçılarının sayı bir neçə milyondan artıqdır. Kanal 1960-cı ilin yanvar ayından yayımlanmağa başlandı. Eritreya müstəqillik qazandıqdan dərhal sonra 1993-cü ildə mövcud forma və görünüşü əldə etdi. Əslində, Eri-TV1 kimi tanınan televiziya kanalı verilişləri, əsasən, 4 dildə: Tiqrin, tiqre, ərəbingilis dillərində, həmçinin, amxar, oromo, somaliitalyan dillərində yayımlayır. Eri-TV telekanalının mövzusu universaldır.

Eri-TV
Loqonun şəkli
Ölkə  Eritreya
Yayım ərazisi  Eritreya
Yer Yer
Dil Tiqrin dili, ərəb dili, ingilis dili, somali dili, italyan dili
Baş qərargah Əsməra
Yaranma tarixi 1960-cı il
1993-cü il(mövcud forma)
Sahibi Eritreya dövlət hökuməti
Eritreya Dövlət İnformasiya Nazirliyi
Şüar Serving the Truth!
Həqiqətə xidmət!
Sayt eri.tv

Eri-TV2 telekanalı proqramları yalnız Eritreya ərazisində və ona qonşu olan (Efiopiya, Cibuti, SudanYəmən) ölkələrdə yuxarda adı çəkilən 4 dildə, həmçinin, amxar, oromosomali dillərində yayımlayır. Eri-TV2 telekanalı, əsasən, həm yerli, həm də xarici filmləri, seriallarımusiqini, eləcə də müxtəlif əyləncəli verilişləri, ictimaisiyasi xəbərlər proqramını yayımlayır.

Eri-TV1 və Eri-TV2 telekanallarında olduğu kimi Eri-TV3 telekanalının verilişləri də (xəbərlər, idman müsabiqələri və yarışmaları) sadalanan 4 əsas dildə yayımlanır. 2011-ci ildə isə 7 tematik kanalın (ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children)) açılışı elan olundu[1].

  1. "testfanews.net: Ministry to Launch Six New TV Channels and number of FM Radio Stations". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]