Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.[1][2][3][4][5][6]
Arı südünün daha asan və etibarlı üsulu onu elə yığılan kimi istifadə etməkdir. Bu üsulun üstünlüyü odur ki, arı südü təbii halında, heç bir dəyişiklik olmadan istifadə edilir. Belə üsulun çatışmayan cəhəti dozanın qeyri-dəqiq olmasıdır.
Arı südü immuniteti gücləndirir və ömrü uzadır. Bunun sübutu isə, yalnız arı südü ilə qidalanan ana arıdır, çünki normal arılar 45–50 gün yaşayarkən, ana arılar 5 il yaşayır.
Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsilə ifraz edirlər.
Arı südü xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir.
Arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur.
Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır.
Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır.
Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur.
Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır.
Bundan başqa, arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir.[7]
Tərkibi arının qidalandığı tozcuqdan asılıdır. Təzə halda ağ olur, sonra isə sarı, tutqun-qəhvəyi rəng alır. Bir qədər acı dadır. İnkişaf edən ana arı sürfələri üçün yemdir. İşçi arı sürfəsi 2–3 gün, ana arı sürfəsi isə 4–5 gün bal-güləm qarışmış Arı südü ilə yemlənir. Tərkibində orqanizmə lazım olan 20-ədək aminturşu, çoxlu vitamin, provitamin, zülallar, mineral duzlar və bioloji aktiv maddələr vardır. Arı südündə olan mürəkkəb efir (xolin) və sirkə turşusu (asetilxolin) insan orqanizmində sinir impulslarını nizamlayır, yüksək və aşağı arterial təzyiqi normallaşdırır, qanyaranmanı stimulə edir, maddələr mübadiləsini yaxşılaşdırır, iştahı artırır; antibiotik təsiri olduğundan bir çox preparatların hazırlanmasında istifadə edilir, vərəm, bruselyoz, artrit və hipertoniyanın müalicəsində işlədilir. Arterioskleroz, mədə və onikibarmaq bağırsaq yaralarında, qara ciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyi zamanı müsbət təsir göstərir; qocalmanı ləngidir, orqanizmin enerjisini artırır, yaddaşı və görməni yaxşılaşdırır və s. Stenokardiya, miokardın infarktı, hipotonik xəstəliklər, klimakterik hipertoniya və uşaqların yoluxucu xəstəliklərdən zəifləməsi zamanı Arı südündən hazırlanan "Apilak" preparatından istifadə edilir. Ətriyyatda da işlədilir.
Su – 65%
Zülallar 14–18% (əsasən albuminlər və qlobulinlər)
arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır[mənbə göstərin]
Saf arı südü: −18 °C – 1 il, 0 °C – 2 ay. Arı südü işığın təsiri ilə otaq temperaturunda sürətlə parçalanır və öz müalicəvi təsirini itirir. Yaxşı olar ki, arı südü soyuducuda aşağı temperaturada saxlanılsın. İstifadə müddətində hermetik bağlı qabda soyuducuda saxlamalı.
↑Lombardi C, Senna GE, Gatti B, Feligioni M, Riva G, Bonadonna P, Dama AR, Canonica GW, Passalacqua G. "Allergic reactions to honey and royal jelly and their relationship with sensitization to compositae". Allergol. Immunopathol. 26 (6). 1998: 288–290.
Inoue, T. (1986). The use and utilization of royal jelly and the evaluation of the medical efficacy of royal jelly in Japan. Proceeding sof the XXXth International Congress of Apiculture, Nagoya, 1985, Apimondia, 444–447
Jean, E. "A process of royal jelly absorption for its incorporation into assimilable substances". Fr. Pat. 1 (118). 1956: 123.
Jacoli, G. "Ricerche sperimentali su alcune proprieta' biologiche della gelatina reale". Apicoltore d'Italia. 23 (9–10). 1956: 211–214.
Jung-Hoffmann, L. "Die Determination von Königin und Arbeiterin der Honigbiene". Z. Bienenforsch. 8. 1966: 296–322.
Karaali, A.; Meydanoglu, F.; Eke, D. "Studies on composition, freeze drying and storage of Turkish royal jelly". J. Apic. Res. 27 (3). 1988: 182–185. doi:10.1080/00218839.1988.11100799.
Kucharski R, Maleszka, J, Foret, S, Maleszka, R, Nutritional Control of Reproductive Status in Honeybees via DNA Methylation. Science. 2008 Mar 28;319(5871):1827–3
Lercker, G.; Capella, P.; Conte, L.S.; Ruini, F.; Giordani, G. "Components of royal jelly: II. The lipid fraction, hydrocarbons and sterolds". J. Apic. Res. 21 (3). 1982: 178–184. doi:10.1080/00218839.1982.11100538.
Lercker, G.; Vecchi, M.A.; Sabatini, A.G.; Nanetti, A. "Controllo chimicoanalitico della gelatina reale". Riv. Merceol. 23 (1). 1984: 83–94.
Lercker, G.; Caboni, M.F.; Vecchi, M.A.; Sabatini, A.G.; Nanetti, A. "Caratterizzazione dei principali costituenti della gelatina reale". Apicoltura. 8. 1992: 11–21.
Maleszka, R, Epigenetic integration of environmental and genomic signals in honey bees: the critical interplay of nutritional, brain and reproductive networks. Epigenetics. 2008, 3, 188–192.
Nakamura, T. (1986) Quality standards of royal jelly for medical use. proceedings of the XXXth International Congress of Apiculture, Nagoya, 1985 Apimondia (1986) 462–464.
Takenaka, T. Nitrogen components and carboxylic acids of royal jelly. In Chemistry and biology of social insects (edited by Eder, J., Rembold, H.). Munich, German Federal Republic, Verlag J. Papemy (1987): 162–163.
Wagner, H.; Dobler, I.; Thiem, I. "Effect of royal jelly on the peirpheral blood and survival rate of mice after irradiation of the entire body with X-rays". Radiobiologia Radiotherapia. 11 (3). 1970: 323–328.
Winston, M, The Biology of the Honey Bee, 1987, Harvard University Press