Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Mark Sheehan
Mark Şihan (29 oktyabr 1976, Dublin – 14 aprel 2023) — müğənni, bəstəkar, musiqiçi, gitaraçı, mahnı müəllifi. 1996–2001-ci illərdə Mytown qrupunun üzvü olub. 2001-ci ildə The Script alternativ rok qrupunun həmtəsisçisi olub və gitara ifa edib. == Həyatı == 1976-cı il oktyabr ayının 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Kiçik yaşlarından gitara dərslərinə gedən Mark 1996-cı ildə dostu Danny O'Donoghue ilə "MyTown" pop qrupunu yaradır. O bu qrupda gitarist vəzifəsini yerinə yetirirdi, ancaq onun vokalist bacarığı da var idi. 2001-ci ildə "MyTown" qrupu dağılır. Bu qrupun 4 üzv var idi. O və Danny O'Donoghue 2001-ci ilin payızında The Script pop-rok qrupunu yaradırlar (The Script hazırda yalnız rok qrupudur). "The Script" qrupuna 1 üzv daha dəvət edilir (Glen Power).
Robert Sheehan
Robert Şien (ing. Robert Sheehan; 7 yanvar 1988) — İrlandiya aktyoru. "Misfits" serialında canlandırdığı Nathan Young roluna görə tanınır. == Karyerası == Robert Sheenan 1988-ci ildə İrlandiyanın Port Luis şəhərində anadan olub. 2003-cü ildən başlayaraq bir sıra seriallarda və filmlərdə çəkilməyə başlayıb. 17 yaşında Galvay-Mayo Texnologiyalar Universitetinə daxil olub lakin sonradan universiteti tərk edərək aktyorluq karyerasını davam etdirib. 2009-cu ildə Robert ən uğurlu işlərindən biri olacaq Misfits serialında Nathan Young rolunu oynamağa başlayır. 2010-cu ildə Robert Misfits serialının ikinci mövsümündə iştirak edir. 2011-ci ilin aprel ayında isə üçüncü mövsümdə iştirak etməyəcəyini bildirir. 2010-cu ildə İFTA (İrish Film and Television Awards) mükafatına "Yeni Ulduz", 2011-ci ildə "Ən yaxşı aparıcı rol", 2012-ci ildə isə "Ən yaxşı köməkçi rol" nominasiyaları üzrə namizəd olur.
Spahan (vilayət)
Spahan və ya Partav — son antik dövrdə Sasani vilayəti. İndiki İranın mərkəzində yerləşir, demək olar ki, İsfahan ostanına uyğun gəlir. == Etimologiyası == "Spahan" müxtəlif pəhləvicə möhürlərdə və yazılarda, o cümlədən zərdüşti keşişi Kartirin möhürlərində təsdiq edilmişdir. Mütəxəssislər güman edirlər ki, İsfahan adı "spahan"ın ərəbləşmiş formasıdır. Region Sasani numizmatikasında GD abbreviaturası ilə görünür. Ptolemeyin "Coğrafiya" əsərində "ordu üçün toplaşma yeri" kimi tərcümə olunan "Aspadana" kimi görünür. Ehtimal olunur ki, "Spahan" sözü "ordular" mənasında olan "spadanam" sözündən əmələ gəlir. Vilayət I Şapurun Kəbəyi Zərdüştdəki kitabəsində "Partav" adlanır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hansman, J. ISFAHAN iv. PRE-ISLAMIC PERIOD // Encyclopaedia Iranica, Vol.
Adi pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Adolf Pedan
Adolf Melentyeviç Pedan (ukr. Педан Адольф Мелентійови; 20 aprel 1936, Burın[d], Çerniqov vilayəti – 8 yanvar 1999, Kiyev) — Ukrayna rəssamı, rəssam-multiplikator. == Həyatı == Adolf Pedan 1936-cı il aprelin 20-də Burında (Sum vilayəti) müəllim ailəsində anadan olmuşdur. Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir (1967). "Kiyevnauçfilm" studiyasının Cizgi filmləri yaradıcılıq birliyində rəssam-multiplikator işləmişdir. Ukrayna Kinematoqraflar Birliyinin üzvü olmuşdur. 1999-cu il yanvarın 8-də Kiyevdə vəfat etmişdir.
Hande Mehan
Hande Mehan (22 dekabr 1995, Diyarbəkir) — Türkiyə ifaçısı, bəstəkar, söz yazarı. Universitet illərində tanış olduğu Cem Adrian'ın prodüseri olan Hande musiqi karyerasına "Sen Beni Güzel Hatırla" mahnısı ilə başladı. Mahnı YouTube-da 10 milyon baxışdan çox oldu. == Karyerası == 22 dekabr 1995-ci ildə Diyarbəkirdə anadan olan Hande musiqi karyerasına 17 may 2018-ci ildə Youtube-da yayımlanan "Sən məni gözəl xatırla" ilə başlamışdır. Cem Adrian ilə birlikdə ifa etdiyi İlhan Şeşen mahnısı olan "Sən mənim mahnılarım" ilə 16 milyondan çox baxışı olan Hande Cem Adrianın konsertlərində də qonaq olub. 2018-ci ildə Trakya Musiqi Festivalında çıxış edən Hande, "Bizim üçün Çempion" filmi üçün "Oh, bu gözlər kor olsun" mahnısını da ifa etdi. Mahnı 30 dekabr 2018-ci ildə yayımlandı. 15 Avqust 2019-cu ildə Hakan Tunçbilek məsafələr adlı bir tək buraxdı. == Diskoqrafiya == Tək albom "Sen Beni Güzel Hatırla" (2018) "Benimle Yaşa" (2018) "Dudak Kenarı" (2018) "Adı Yok" (2018) "Kime Veda Ediyorsun?" (2018) "Bu Gece Benimle Kal" (düet.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. == Tərcümeyi hal == Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.
Heyan-cinqu
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır. Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.
Heyan məbədi
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır. Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.
Həsan Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Pesan (Urmiya)
Pesan (fars. ‎‎‎‎‎پسان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (76 ailə).
Heyan dövrü
Heyan dövrü — ( yap. 平安時代 : Heian-jidai ) Yaponiya tarixində eramızın 794-1185-ci illərini əhatə edən dövrdür.Heian dövrü klassik Yapon tarixinin son fəslidir və paytaxtı bugünkü Kyoto olan Heian-kyonun şərəfinə adlandırılmışdır. Bu, Yapon tarixində Konfutsiçilik və digər Çin təsirlərinin zirvəsində olduğu bir dövrdür. Heian dövründə incəsənətə, xüsusən də şeirə və ədəbiyyata önəm verilirdi. Heian (平安) sözü yapon dilində "sülh" və ya "sakitlik" deməkdir. == Tarix == Heian Dövrü Nara Dövrünün davamıdır və 794-cü ildə Yaponiyanın paytaxtı Heian Kyoya (平安京, indiki Kyoto ) köçürüldükdən sonra İmperator Kammu (50-ci imperator) ilə başlamışdır. Heian dövründən sonra da nəsillər təriflənir və Yapon mədəniyyətinin yüksək nöqtəsi hesab olunur. Bu dövr həm də samuray sinfinin də yüksəlişdə olduğu bir dövr idi (sonunda hakimiyyəti ələ keçirərək Yaponiyanın feodal dövrünü başlatdılar). Güman ki, hakimiyyət imperatora məxsus idi, amma əslində bu səlahiyyəti nəcib Fucivara klanı saxlayırdı. Bununla belə, Fucivaralar və digər zadəganlar əyalətlərdə öz maraqlarını qorumaq üçün əsgərlərə, cangüdənlərə və polisə ehtiyac duyurdular.
Heyan dövrü ədəbiyyatı
Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku, azərb. Orta qədim ədəbiyyat‎) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir. Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi. Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar.
Helan-i Səfərəli (Hurand)
Helan-i Səfərəli (fars. هلان صفرعلي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (30 ailə).