Bu məqaləni vikiləşdirmək lazımdır. |
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802[1], Cenevrə, Cenevrə kantonu[3] – 30 noyabr (12 dekabr) 1850[2], Sankt-Peterburq[3]) — Rusiyalı kimyagər.
Heman Hess | |
---|---|
fr. Germain Henri Hess | |
Doğum tarixi | 26 iyul (7 avqust) 1802[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr (12 dekabr) 1850[2] (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | kimya, mineralogiya |
İş yerləri |
|
Təhsili |
|
Tanınmış yetirmələri | II Aleksandr, Aleksandr Abramoviç Voskresenski |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir.
Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır."
Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi. Gess 1828-ci ildə adyunkta adına, 1830-cu ildə isə Elmlər Akademiyasının Akademiki adına layiq görülmüşdür. Elə həmin ildəcə ona Peterburq texniki institutunda kafedra verilir, harada ki praktiki və nəzəri kimyanın tədris planını təsis edir. 1832–1849-cu illərdə Dağ-mədən institutunun professoru adına layiq görülür.
Bir çox alimlər kimi, Hess öz analizini bir neçə sahədə aparırdı: o, Tellurun Gümüş ilə olan birləşməsindən əldə etməyin yollarını tapdı. Platin metalının qazları özünə çəkmək xüsusiyyətini tapdı. Üzvi maddələrin analizi ilə məşğul olan aparat icad etdi.
Dünya səviyyəsində məşhurluğu isə, termokimyanın əsasını qoymaqla qazandı. Hess, termokimyanın əsas qanunlarından olan "istiliklərin cəminin sabitlik qanununun" müəllifi sayılır. Bu qanuna əsasən kimyəvi reaksiyanın istilik cəmi, reagentlərin ilk və son hallarından asılıdır. Bu qanunların məqalə formasında olan çapı isə, yalnız 1840-cı ildə işıq üzü görmüşdür. Hess, həmçinin Termokimyanın ikinci qanununun da müəllifidir. Bu qanuna əsasən neytral duzların qarışığında istilik olmur. Hess, həmçinin istilik effektindən irəli gələrək, kimyəvi vasitəni ölçməyin mümkün olduğunu deyən ilk şəxsdir.
Hess adıçəkilənlərlə yanaşı kimyanın tədris planının mükəmməlləşməsi ilə də məşğul idi. Onun tədris üçün nəzərdə tutulan kitabı "Yeni Kimyanın əsasları" 7 cild çap olunub. Öz kitabında o, kimyəvi birləşmələr üçün Rus nomenklaturasını tətbiq etmişdir. Sonralar isə bu nomenklatura, D. İ. Mendeleyev tərəfindən mükəmməlləşdirilmişdir.
1830–30.11.1850 illərdə — Nikolay sahilyanı, 1.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |