Pəyhan

Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.

Tarixi Zəngəzur mahalı əraziləri
Qafan
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Sünik mərzi
İnzibati mərkəz Qafan
İndiki adı Nor Astqhaberd (erm. Նոր Աստղաբերդ)
Sahəsi 37,26 km²
Əhalisi 53 (2001)
Saat qurşağı
Xəritədə yeri
Pəyhan xəritədə
Pəyhan
Pəyhan

Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib.

XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur.

1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə AzərbaycanErmənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır.

Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir. 1965-ci ildə isə Pəyhan kolxozu ləğv edilərək bütün əmlakı Gığı heyvandarlıq sovxozuna verilmişdir.

30-cu illərin sonlarında Pəyhandan nisbətən böyük kənd olan Keypəşin kəndinin adı da rəsmi sənədlərdə Pəyhan adı ilə qeyd edilməyə başlandı. Keypəşin kəndinin özündən az evli kənd olan Pəyhana birləşdirilməsinin səbəbi Keypəşin camaatının Sovet hökumətinin kollektivləşmə qərarına qarşı çıxmaları olmuşdur.

Altmışıncı illərin ikinci yarısından başlayaraq, işsizlik, maddi sıxıntı, təhsil və digər səbəblərdən kənd camaatı, xüsusən də gənclər, tədricən Azərbaycan SSR-ə köç etməyə başlamışdır. 1988-ci ilin dekabr ayında isə kənd camaatı yenidən deportasiyaya məruz qalaraq kəndlərini bir daha tərk etmişlər.

Kənd əhalisi hal-hazırda Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşıblar.

Toponim qədim türk dilində «təpə» mənasında işlənən «bek» sözünün fonetik forması (əslində dialekt variantı) «pəy» sözü ilə türk dilində daxma, kaha, mağara mənasında işlənən «in» sözünün birləşməsi əsasında yaranmışdır. Toponimin ikinci komponenti han//an «in» sözünün dəyişmiş formasıdır. Relyef əsasında yaranan mürəkkəb toponimdir.[1]

Kəndin adının etimologiyalarından biri də, şişili türk tayfasının Pəyhan qışlağının və Sisyan nahiyəsindəki Pehin, Qazax qəzasındakı Peykanlı (hal-hazırda Ağstafa rayonunun Poylu qəsəbəsindəki kənd qəbirstanlığı xalq arasında «Peykanlı qəbirstanlığı» adıyla tanınır) kəndlərinin adı ilə həmahəng olan, Anadoludan gəlmə «Piykan» tayfası ilə bağlı olmasıdır.[2]

Sovet dövründə kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olsa da, 1988-ci il deportasiyası zamanı kənd sakinləri kənddən çıxardılmış, daha sonralar isə yerlərinə ermənilər köçmüşlər.

XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə Pəyhan əhalisinin etnik tərkibi türk kimi göstərilir.

Ermənistan Respublikası Statistika Xidmətinin 2001-ci ilin yekun rəsmi statistikasına görə kənddə 53 nəfər yaşayır.

Kəndin toponimləri

[redaktə | mənbəni redaktə et]
  • Qızıl qaya
  • Novlu zəmi
  • Hümbət zəmisi
  • Böyük güney
  • Ala meşə
  • Qazmaca
  • Qaraquş qayası
  • Kəlbilər
  • Pöhrəlik
  • Dəlik daş
  • Kaha yeri
  • Pəyhan çölü
  • Quru bulaq
  • Qazmaca bulağı
  • Toxmaq çeşmə
  • Kəlbilər çeşməsi
  1. "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
  2. Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005.