Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Halyas döyüşü
Halyas döyüşü — 1877–1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Ərzurumun Halyas düzənliyində baş tutan döyüş Osmanlıların qələbəsi ilə başa çatmışdır.
Miko Halyas
Miko Halyas — Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Adam Halas
Balhae
Bohay (kor. 渤海, 발해) — Koreyanın şimalında Şimal-Cənub dövlətləri dövründə mövcud olmuş dövlət. 698-ci ildə Kral Go tərəfindən qurulmuş,926-cı ildə Kidanlar tərəfindən süquta uğradılmış və torpaqları Liao və Koquryo krallıqları arasında bölüşdürülmüşdür.
Balqaş
Balqaş (qaz. Балқаш) — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir. 1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.
Balxaş
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir. Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Hablas
Hablas (Piranşəhr)
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Talkas
Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir. == Coğrafiyası == Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır.
Çaldaş
Çaldaş (Gədəbəy)
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Yeni Baltas (Baltas)
Yeni Baltas (rus. Новобалтачево, başq. Яңы Балтас) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tuşqır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 9 km., kənd sovetliyindən (Tuşqır): 7 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir.
Alzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. == Səməni halvası == Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi. Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür. Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Hadaş
Hadaş (ivr. ‏חד"ש‏‎) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr. ‏הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן‏‎, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة‎, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya. "Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır. Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).