Halva

Halva

HalvaYaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur.[1]

Taxıldan halvalar

[redaktə | mənbəni redaktə et]

Mannı taxılından hazırlanan halvalara Hindistanda suci ka halva (hind. सूजी का हलवा, marathi रव्याचा शिरा, urdu سوجی کا حلوہ), Türkiyədə isə irmik helvası deyilir.[2]

Səməni halvası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Səməni halvası

Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur.

Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış miss tiyana qoyulur. zəif Alov üzərində arabir çevrilmək şərti ilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq yağ tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşıca qarışdırılır. Hazır halvadan iri bitoçki formasında paylar düzəldilir.

border=none Əsas məqalə: Tər halva
Tər halva

Buğda unu, ərinmiş yağ, doşab və ya şəkər tozu, darçın istifadə olunur.

Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.

  1. ASE
  2. Segnit, Niki. Lateral Cooking. Bloomsbury. 2019. səh. 83. ISBN 9781635574418.