Hadaş


Hadaş (ivr.חד"ש‏‎) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr.הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן‏‎, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة‎, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya.

Hadaş
Loqonun şəkli
Quruluş tarixi 1977
Baş qərargah
İdeologiya kommunizm, marksizm-leninizm, Ekososializm, feminizm
Saytı hadash.org.il
hadash.org.il/english/
hadash.org.il/russian/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır.[1] Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).

  1. "Israel. Elections 2009". 2009-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]