Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir.
Talkas gölü | |
---|---|
başq. Талҡаҫ | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 548,5 m |
Eni | 1 km |
Uzunluğu | 3,9 km |
Sahil uzunluğu | 41 km |
Sahəsi |
|
Həcmi | 15,8 ml |
Dərin yeri | 12 m |
Orta dərinliyi | 4,5 m |
Yerləşməsi | |
52°50′13″ şm. e. 58°15′14″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır. Qərb və şərq sahilləri isə hündürdür. Burada təpəliklər sahil boyunca uzanır. Qərb sahillərinin bəzi ərazilərində sıldırımlı qayalıqlar vardır. Şərq sahilləri tozağacı meşələri ilə örtüldür. Qərb sahillərində seyrək meşələr vardır. Göl mövsümü axara malikdir. Gölə Suruq çayı tökülür və Tanalık axarı başlayır. 1978-ci ildə Talkas gölü təbiət abidəsi elan edilmişdir[1]. Göl 548,5 metr dəniz səviyyəsindən hündürdə yerləşir. Uzunluğu 3,9 km, maksimal eni 1 km təşkil edir. Orta dərinliyi 4,5 m, maksimal dərinliyi 12 metrdir. Gölün həcmi 15,8 km³ təşkil edir.
Göldə xərçəng, lilbalıq, siqi kimi canlılar yaşayır. Sahillərində qaradöş qaqar, adi qılquyruq kimi quşlar yuva qurur. Şərq sahillərində 8—10 metr dərinlikdə su bitkiləri belə yayılmışdır.
Suyunun təmizliyi və əsrarəngiz təbiəti gölü Cənubi Uralın ən məşhur yerlərindən birindir. Əbəs yerə «Uralın mirvarisi»[2] adlanmır. Göldən 300 metr aralıda «Talkas» sanatoriyası (1931 ildə inşa edilmişdir)[3] yerləşir.
Suyu malicəvi xüsusiyyət daşıyır[4].