Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sistern
Sistern — maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.
Sisteron
Sisteron (fr. Sisteron, oks. Sisteron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04209. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 7326 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Bazilika sisterni
Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir. "Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir. == Sistern Bizans dövründə == Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı. Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır. Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır.
Moki sisterni
Moki sisterni (yun. κινστέρνη τοῦ Μωκίου) və ya Altımərmər çuxurbostanı (türk. Altımermer Çukurbostanı) — Konstantinopol şəhərində inşa edilmiş ən böyük Bizans açıq hava su anbarı. == Tarixi == Konstantinopolun on ikinci bölgəsində yerləşən bu sisternin tikintisi imperator I Anastasinin (491 518) dövründə baş tutmuşdur. Adı su anbarının cənub-qərb küncündə yerləşən müqəddəs Amfipollu Mokiyə həsr olunmuş mühüm kilsədən gəlmişdir. Şəhərin ilkin quru sərhədini təşkil edən Konstantin divarının bir qədər kənarında yerləşən sistern keçmiş və V əsrə aid Feodosiya divarları arasında ucaldılmış yeni məhəllələri su ilə təmin etmək üçün tikilmişdir. 1453-cü il Osmanlı fəthindən sonra, təxminən 1540-cı ildə su anbarının boş olduğunu müşahidə edilmişdir. Osmanlı dövründə tikili tərəvəz bağçası kimi istifadə edilmiş, XX əsrin sonlarına qədər bu məqsədlə istifadə edilmişdir. 2014-cü ildən etibarən ərazi Fateh rayonu "Təhsil parkı" kimi istifadə olunur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Mamboury, Ernest.
Sister (mahnı)
Sister (azərb. Bacı‎) — Almaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. S!sters dueti "Sister" mahnısı ilə Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker və alman bəstəkarları Marin Kaltenbaxer, Tom Oyler, Tomas Stenqaard tərəfindən bəstələnmişdir.
Superfly Sister
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. == Xarici keçidlər == George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Şüştər Tarixi Su Sistemi
Şüştər Tarixi Su Sistemi (Farsca: سازههای آبی شوشتر) — kompleks bir suvarma sisteminə sahib Sasani dövründən qalma ada şəhəridir. İranın Xuzistan əyalətindədir. 2009-cu ildə UNESCO tərəfindən Dünya Mirası elan edilmiş və Birləşmiş Millətlər Təşkilatının siyahısında İranın 10-cu mirası olmuşdur. Eramızın 3-cü əsrində Sasanilərin rəhbərliyi altında bir Roma işçi qüvvəsi tərəfindən inşa edilmiş, ən şərqdə yerləşən Roma körpüsü və Roma bəndiydi və İranda bənd və körpünü birləşdirən ilk tikilidir. Tikili UNESCO tərəfindən "yaradıcı dahi şəxsiyyətin şah əsəri" kimi təsvir edilmişdir.
Listera
Listera Adans. — Genista bitki cinsinin sinonimi. Listera R.Br. — Neottia bitki cinsinin sinonimi.
Siseron
Siseron — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi.
Vestern
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Şistlər
Şistlər - əsasən kvars və yaxud çöl şpatı və onların tünd rəngli minerallarından (amfibollar istisna olmaqla) ibarət olan aşağı pilləli metamorfizm məhsulu. Şistlər üçün xırda dənəlilik, şistlilik, relikt quruluş və tekstur səciyyəvidir. Bəzən metamorfizmin orta (və qismən yüksək) pilləsinin metamorfik süxurlarını (qneyslər, qranulitlər və b.) birləşdirən kristallik şistlər qrupu ayrılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Şişkert
Şişkert - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Şiştəpə
Şiştəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadılar, Namazalı, Comardlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökumətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır. Kəndin qəbiristanlığı — Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır. == Əhalisi == Kənd sakinlərinin tamamı türk əsilli olub, oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5982 nəfərdir ki, onun 3205 nəfərini kişilər, 2777 nəfərini isə qadınlar təşkil edir. === Tanınmışları === Qara bəy Qarabəyov — ADR Parlamentinin üzvü, həkim.
Pisten
Pistən
Sistan
Sistan (fars. سیستان‎ [siːˈstɒːn]), əvvəllər Sakastan, Saklar ölkəsi), ya Zərəng Böyük İran torpaqlarından biridir ki, İranda, Əfqanıstanda və kiçik bir hissəsi Pakistanda yerləşir. Bəzi dövrlərdə ``Ruxaj (mərkəzi Qəndəharda) və Zəbulistan (mərkəzi Qəzni) də Sistanın bir hissəsidir. nəzərdən keçirilmiş və hətta Zabulistan və Sistan sinonim kimi istifadə edilmişdir. == Tarixi == Bizim eradan əvvəl I minilliyin birinci yarısında Midiyanın tərkibində idi. === Səfərilər sülaləsi === Səfərilərin mərkəzi bu gün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. == Adı == Drangiana, Araxosiya: Zərəng su və dəniz ölkəsi deməkdir ki, bu torpağa Hamun gölü münasibəti ilə verilmişdir və yerli adı Sistandır. Qədim yunan tarixçiləri də Hirmandın aşağı hissəsində yerləşən torpağın Araxosia (Rhojj və Davar diyarı) olduğunu və Zarın çoxlu yaşayış məntəqələri, çaylar və tarlalar saldığı üçün saçlarının parlaq rənginə görə Zərəng adını da vermişlər.
Sistem
Sistem (yun. σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda bir-biri ilə bağlı obyekt və resursların birliyi. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. Sistem mühitin daxilində obyekt və subyektlərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir–biri ilə sıx bağlı olan obyektlər birliyidir. == Həmçinin bax == Sistematika Termodinamika Fəlsəfə == Mənbə == Alexander Backlund (2000). "The definition of system". In: Kybernetes Vol. 29 nr. 4, pp.
Sısert
Sısert (rus. Сысерть) — Rusiyada yerləşən şəhər (1946-cı ilə qədər şəhər tipinin qəsəbəsi), Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin mərkəzi. 1932-ci ilə qədər Sısertski zavod (rus. Сысертский завод) kimi adlanırdı. Sısert komi-zıryan dilindən hidronimdir, "si" - "tüç", "syort" - "sıx küknar meşəsiylə çay vadisi", yəni "dar meşə vadisiylə çay". Bundan başqa birdənədə izah etmə var, Sısert başqırd dilindən "dumanlı yer" kimi tərcümə edilir. Çay vadisində dumanlar həqiqətən nadir şey deyil. 1879-cu ildə Sısertdə rus yazıçısı Pavel Bajov doğulub. == Tarixi == 1680-ci ildə məşhur filiz tanıyanlar qardaşlar Babinlər - Aramil qəsəbəsindən gələnlər - burada dəmir filizini tapdılar. Aramillilər kiçik sobalarda onu əridirdilər.
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1007 nəfərdir. == Toponimiyası == Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Android sistemi
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir.Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır.Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib,daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur. Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir.Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır.Android əməliyyat sitemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cil boyunca 1 milyarddan çox android cihaz satılmışdır. == Tarixi == 2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı. 5 noyabr 2007-ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi. 23 sentyabr 2008-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir neçə yeniləməsi oldu.
Axtarış sistemi
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Baloniya sistemi
Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin] == Yaranması və genişlənməsi == Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.
Barebone sistemi
Barebone sistemi-(slenq) yalnız korpus və ana lövhədən ibarət olan (yaddaşı, yaxud disk qurğuları olmayan) sistemdir. Belə sistemin bazasında masaüstü kompüter, server, yaxud xüsusi tələblərə uyğun başqa bir kompüter qurmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
CADD sistemi
CADD - kompüter yardımı ilə dizayn və çəkmə deməkdir. İngiliscə "Computer-Aided Design and Drafting" sözlərinin baş hərflərini təşkil edir. CAD kompüter proqramlarına nümunə olaraq AutoCAD, Google SketchUp, DraftSight, DraftIt, Rhino əplikeyşnlarını göstərmək olar. Bu proqramlar arasında ən geniş istifadə olunanı Autodesk sirkətinin məhsulu olan AutoCAD proqramıdır. AutoCAD CADD operatorlarının çertyoj çəkmə işini profesionallaşdırmaqla bərabər eyni zamanda çox asanlaşdırır. İldən ilə Autodesk sirkəti proqramı daha da təkmiləşdirərək çertyojçulara daha yeni imkanlar açır.