Moki sisterni (yun.κινστέρνη τοῦ Μωκίου) və ya Altımərmər çuxurbostanı (türk.Altımermer Çukurbostanı)[1] — Konstantinopol şəhərində inşa edilmiş ən böyük Bizans açıq hava su anbarı.[2]
Konstantinopolun on ikinci bölgəsində yerləşən bu sisternin tikintisi imperatorI Anastasinin (491 518) dövründə baş tutmuşdur.[2] Adı su anbarının cənub-qərb küncündə yerləşən müqəddəs Amfipollu Mokiyə həsr olunmuş mühüm kilsədən gəlmişdir.[3] Şəhərin ilkin quru sərhədini təşkil edən Konstantin divarının bir qədər kənarında yerləşən sistern keçmiş və V əsrə aid Feodosiya divarları arasında ucaldılmış yeni məhəllələri su ilə təmin etmək üçün tikilmişdir.[4] 1453-cü il Osmanlı fəthindən sonra, təxminən 1540-cı ildə su anbarının boş olduğunu müşahidə edilmişdir.[2]Osmanlı dövründə tikili tərəvəz bağçası kimi istifadə edilmiş, XX əsrin sonlarına qədər bu məqsədlə istifadə edilmişdir. 2014-cü ildən etibarən ərazi Fateh rayonu "Təhsil parkı" kimi istifadə olunur.[5][6]
Altun, Feride Imrana. Istanbul'un 100 Roma, Bizans Eseri (Turkish). Istanbul: Istanbul Buyukșehir Belediyesi Kültür A.Ş. Yayınları. 2009. ISBN978-9944-370-76-9.