Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sıfır hipotezi
Sıfır hipotezi- statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Sıfır ili
Sıfır ili (Kxmercə: ឆ្នាំសូន្យ chhnam saun) — 1975-ci ilin aprelində Kambocada Qırmızı kxmerlər tərəfindən elan olunmuşdur. Bunu Fransada 1 ili hadisəsinin analogiyası hesab etmək olar. == Konsept == Sıfır ilinin arxasında duran fikir budur ki, cəmiyyətdəki bütün mədəniyyətlər və ənənələr tamamilə məhv edilməli və ya atılmalı və sıfırdan başlayaraq yeni bir inqilabi mədəniyyətlə əvəz edilməlidir. Sıfır ilindən əvvəl xalqın və ya ölkənin bütün tarixi əhəmiyyət kəsb etmir, çünki təmizlənəcək və yenidən dəyişdiriləcəkdir.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Sığır
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şifer
Şifer — bir-birinin üstünə yığılmış tək elementlərdən ibarət dam örtüyü. Bu elementlər adətən düz və düzbucaqlı formalıdır və hər biri özündən aşağıdakı ilə bir qədər üst-üstə düşməklə damın aşağı qurtaracağından başlayaraq üzü yuxarı düzülür. Şiferlər ağac, metal, plastmas və kompozit materiallar kimi müxtəlif materiallardan hazırlanır. Avropada və Asiyanın bəzi yerlərində hələ də üstünlük təşkil edən kirəmit dam plitələrinə hələ də adətən şifer deyilir. == Tarixi == 20-ci əsrə qədər gil şistə "şifer" deyilirdi. Bu söz bu mineralın almanca adıdır. Qatlı quruluşa görə, gilli şist asanlıqla ayrı-ayrı plitələrə bölünürdü, bu da tikinti işlərində istifadə etmək üçün əlverişli idi. ABŞ-də gilli şistlə örtülmüş damlar 1730-cu illərdən məlumdur və bu materialın istifadəsində əsl bum 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş vermişdir.
Şifr
Şifr (ərəb. صِفْر ‎, ṣifr «Sıfır», oradan fr. chiffre «sifra») — hansısa mətnin ötürülərkən üçün "açar" vasitəsi ilə oxunmaz vəziyyətə çatdırılması sistemi. Ərəb dilindən götürülüb. Sıfır sözü ilə kökdaşdır. Şifrlər diplomatik nümayəndiliklər öz hökumətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə edilir. Şifr, yəni "sıfır"rəqəmi bir Hind rəqəmidir.Onu Avropaya ilk gətirən alim "Əl–Xarəzmi" olmuşdur. "şifr" tarixə "əs-sifr" yəni sifir olaraq gəlmişdi.
Sıfır-gün hücumları
Termodinamikanın sıfır qanunu
Termodinamikanın sıfır qanunu — temperaturu ətraflı nəzərdən keçirmək üçün termodinamik tarazlığın mövcud olması haqqında yaradılan qanundur. İlk dəfə bu qanun 1931-ci ildə ingilis fiziki Ralf Hovard Fauler tərəfindən yaradılmışdır.
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur. Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir. “Sıfır-gün” termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də “sıfır gün proqramı” buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. == Adın mənşəyi == Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. == Tərifi == İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. == Mərhələləri == Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.
Almaniya, sıfır ili
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Dilaltı sinir
== İstinadlar ==
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Sibir qramafonçiçəyi
Sibir qramafonçiçəyi (lat. Ipomoea sibirica) - i̇pomeya cinsinə aid bitki növü.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Samir Mehdiyev (gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Samir Mehdiyev (kiçik gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.