Şakir Sabir Zabit

Şakir Sabir Zabit (1913, Kərkük1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi.[1]

Şakir Sabir Zabit
Doğum tarixi
Doğum yeri Kərkük, İraq
Vəfat tarixi
Vəfat yeri Bağdad, İraq
Dəfn yeri Kərkük
Vətəndaşlığı İraq İraq
Milliyyəti iraqlı

Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə[2] anadan olub[3]. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır.

İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır. Bunun ardınca Şakir Sabir 1962-ci ildə “İraq türkmanları ağzında ata sözləri”, yenə həmin il “Kərkükdə ictimai həyat”, 1965-də “Bayat qəbiləsi haqqında araşdırma”, 1966-cı ildə “Bizdəki əxlaq və əxlaq anlamı dərdi”, 1968-ci ildə isə 3 kitab “Zabitin məktəbi”. “Zabitin güzgüsü” və “Zabitin göz yaşları” kitablarını çap etdirib. Bütün bunlardan əlavə onun 4 kitabı ərəbcə nəşr edilib.[4]

Şakir Sabir Zabit jurnalistikada da böyük əmək sərf edib. “Əl Turas Əl Şəbi” adlı dərgi çıxarıb. Bu nəşrdə yazılar bir neçə dildə qələmə alınırdı. Bir illik fəaliyyətdən sonra nəşr dayandırılıb. 1964-cü ildə Şakir Sabir Zabit ərəb və türkman dillərində “İraq” adlı qəzetin nəşrinə başlayıb. Cəmi 62 sayı dərc edildikdən sonra qəzet dərgiyə çevrilib və səkkiz saydan sonra 1968-ci ildə bağlanılıb. Bir neçə dildə məqalələr yayınlayan “Ət-turasu-ş -şəbiyyu” (Milli irs) və “İraq” (1964-cü ildən məqalələr verən qəzet 62-ci sayından sonra dərgiyə çevrilib) dərgilərini yayınladıb. 1988-ci ilin sentyabrında öz zəngin kitabxanasını xalqın istifadəsinə verib. "Türklərin İraqda qısa tarixi" kitabı ərəb dilində nəşr edilmişdir. Müəllif bu kitabı xalqının folkloruna və etnoqrafiyasına həsr etmişdir. 1968-ci ildə Bakıda Molla Pənah Vaqifin anadan olmasının 250 illik yubiliyendə fəal iştirak etmişdir. 1990-cı il yanvarın 31-i Bağdadda vəfat etmiş Şakir Sabir Zabit Kərkükdə dəfn edilib.

  • "İraqda türkmanların tarixi vardır" (ərəbcə). Bağdad 1957
  • "İraqda türkmanların tarixi vardır". 1961
  • "İraq Türkmanları ağzında atalar sözləri", Matbaat-i Dar ul-Basri, 1962 - 98 səh.
  • “Kərkükdə ictimai həyat”, 1962
  • “Kərkükdə ictimai həyat”, 1964
  • “Bayat qəbiləsi haqqında araşdırma”, 1965
  • “Bizdəki əxlaq və əxlaq anlamı dərdi”, 1966
  • “Zabitin məktəbi”, 1968
  • “Zabitin güzgüsü”, 1968
  • “Zabitin göz yaşları”, 1968
  • Türklərin İraqda qısa tarixi: Ərəb dilindən tərcümə - Bakı: Nurlar, 2006. - 87 səh. 500 tiraj. - ISBN 9952-426-09-7
  1. "İraq bizə iraq deyil" (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin xüsusi kitabçası), "Bakı" nəşriyyatı, 2002. səh.26. ISBN 9952-24-003-1
  2. Merhum Şakir Sabır Zabıt'ı rahmetle anarken....! ortadogugazetesi.net saytı Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (türk.)
  3. Əli Şamil. Tanıdığım insanlar. I kitab. "Sumqayıt" nəşriyyatı, 2000, səh. 111-117
  4. Kuzəçi., Şəmsəddin. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 53. ISBN 978-9952-516-66-1..