Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qriqori Şpigel
Qriqori Oyzeroviç Şpigel (rus. Григорий Ойзерович Шпигель; 24 iyul 1914, Samara – 28 aprel 1981, Moskva) — SSRİ kino və teatr aktyoru. RSFSR-in əməkdar artisti. == Həyatı == O, Leninqradda boya fabrikində işləyib. Moskvada həvəskar teatr rejissorluq fakültəsində təhsil almışdır. 1940-cı ildə o, "Mosfilm"də fəaliyyət göstərən məktəbi bitirmiş, daha sonra isə teatr və film aktyoru kimi çalışmışdır. Kişilər üçün qeyri-adi yüksək xarakterik səsi olmuşdur. "Uzaq sahillərdə" filmində mayor Şults rolunu canlandırıb.
Spayk Şpigel
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir. Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir.
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. == Terminalogiya == Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Der Spiegel
Der Spiegel, "Şpigel" (azərb. Güzgü‎) — Hamburqda nəşr olunan Almaniyanın ən məşhur həftəlik jurnallardan biri. Jurnal özünü "Almaniya və Avropada ən böyük tirajlı məlumatlandırıcı-siyasi jurnalı" hesab edir. Orta hesabla həftədə təxminən 1,1 milyon nüsxə satılır. 2004-cü ildə jurnal 5,69 milyon insanı oxumuşdur. == Tarixi == Hələ Birinci Dünya müharibəsindən əvvəl Münhendə Lion Feyxtvanger 1908-ci ilin noyabrında Ziqfrid Yakobsonun "Şaubyune" qəzeti birləşən Der Spiegel adlı bir qəzet nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra ilk nəşr 4 noyabr 1947-ci ildə, Hannoverdə, Diese Woche qəzetinin varisi olaraq nəşr olundu. Jurnal ilk növbədə "Time" jurnalındakı Amerika və Britaniya xəbərlərinin nəşrlərini izlədi. Bir müddət Rudolf Augşteynin rəhbərliyi altında gənc alman redaktorları işlərini tənqidi və ciddi jurnalistikanın prinsipləri ilə yerinə yetirməyə çalışdılar ki, ittihamlar hətta müttəfiqlərə (birinci və ikinci dünya müharibəsində Almaniya opponentlərinə) ünvanlanmışdı. Londonda hökumət və digər üç işğalçı qüvvə bu informasiya formasına etiraz etdi və jurnalın nəşri dayandırıldı.
Fridrih Şlegel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrih Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrix Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Hans Şlegel
Hans Şlegel (alm. Hans Wilhelm Schlegel‎; 3 avqust 1951) — alman fiziki və astronavtı, Avropa Kosmik Agentliyinin kosmonavtı.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Ştutqart[d] – 19 aprel 1567, Yena) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. == Həyatı == 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.
Sengel dili
Sengel dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və kök-monçaq dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya kök-monçaq dillərinin qərb dialeki hesab edilir. Monqolustanda, Sengel somonunda danışılır. Həm fonetika, həm də qrammatika baxımından arxaik xüsusiyyətlərə görə fərqlənir.
Denis Şmıqal
Denis Anatolyeviç Şmıqal (ukr. Денис Анатолійович Шмигаль; 15 oktyabr 1975, Lvov) — Ukrayna dövlət və siyasət xadimi, mühəndis-iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktoru (2003). 4 mart 2020-ci ildən Ukraynanın baş naziri. 2019-cu il avqustun 1-dən 2020-ci il fevralın 5-dək İvano-Frankivsk Regional Dövlət Administrasiyasının sədri. Ukrayna baş nazirinin müavini — 2020-ci il fevralın 4-dən martın 4-dək icmaların və ərazilərin inkişafı üzrə nazir.
Evan Siegel
Evan Siegel (1954) — Riyaziyyat və Kompüter Elmləri üzrə professordur. == Bioqrafiya == Evan Siegel 2000-ci ildə CUNY Graduate Center- də riyaziyyat üzrə fəlsəfə doktoru, Nyu-York Universitetində riyaziyyat üzrə magistr dərəcəsi və MIT-də riyaziyyat üzrə bakalavr dərəcəsi alıb. Hal-hazırda Nyu Cersi Siti Universitetində riyaziyyat üzrə dosentdir. Riyaziyyata olan marağı ilə yanaşı, Siegel Yaxın Şərqin tarixi və mədəniyyəti ilə də maraqlanır və bu mövzuda çoxsaylı nəşrləri var. Siegel fars, fransız, ərəb, türk, rus, alman və gürcü dillərindəki mənbələrdə araşdırma aparır. 1998–2000-ci illərdə Azərbaycanşünaslıq jurnalının redaksiya heyətinin üzvü, 1994–2002-ci illərdə isə Beynəlxalq Azərbaycanşünaslıq Cəmiyyətinin müxbir katibi vəzifəsində çalışın.
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Gigəl (Germi)
Gigəl (fars. گيگال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (19 ailə).
Migel Aziz
Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. 30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır.
Migel Benqoleya
Migel Benqoleya (13 sentyabr 2000-ci ildə Boliviyada anadan olub) — Boliviya Futbol Liqası təmsilçilərindən olan Vilstermann klubunda hücumçu kimi çıxış edən peşəkar Boliviyalı futbolçudur. == Klub karyerası == === Vilstermann === Benqoleya Vilstermann akademiyası vasitəsilə inkişaf etmişdir. Benqoleya öz peşəkar karyerasında debütünü 15 dekabr 2016-cı ildə Petrolero Yakuiba klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Migel Suarezi əvəz etmişdir. Həmin görüşdə Vilstermann liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Boliviya Superkuboku görüşləri daxildir.
Migel Ernandes
Migel Ernandez Gilabert (isp. Miguel Hernández Gilabert (Orihuela, 30 oktyabr 2010 – Alikante, 28 mart 1942)- XX əsr ispan ədəbiyyatının xüsusi önəmə sahib şair və dramaturqudur. Baxmayaraq ki, onun adı 1936-cı nəsil ədəbiyatında çəkilir, əslində Damoso Alonso hesab edir ki , o 1927-ci nəsil ədəbiyyatına aiddir == Bioqrafiya == === Uşaqlıq və gənclik dövrü === Migel Ernandez 1910-cu ildə Orihuelada doğulmuşdur. Migel Hernandez Sançezin 7 uşağından üçüncüsü, oğlan uşaqlarından isə ikincisi idi. Onun ailəsi keçi saxlamaqla məşğul idi , buna görə də onlar tezliklə Migelin doğulduğu evdən (San Xuan küçəsi N 82 ) şəhər ətrafında yerləşən, lakin daha böyük birr evə (Arriba küçəsi N 37) köçürlər. Atası bələdiyyə başçısı seçildi və vəzifəsi yüksəldi, anası isə yataq xəstəsi olduğundan vaxtının çoxunu yataqda keçirməli olurdu. O zamandan sonra, daha önce de getdiyi xalq kitabxanalarına ziyaretlerini daha da sıxlaşdırdı. Bundan sonra aralarında dostu Karlos Fenollun da olduğu bir qrup gənclə ədəbiyyat qrupu yaratdı. İlk toplantılarda Miguel ve Karlos Fenolla yanaşı gələcək vəkil ve həvəskar yazıçı Ramon Sixe qrupa qoşuldu. Qızıl dövrün ən böyük yazıçılarından olan Migel de Servantes, Lope de Veqa, Pedro Calderon de la Barka, Qarsilaso de la Vega ve ən önəmli Luis de Qongora onun əsas tələbələri olacaq.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Migel Nassimento
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.