Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Curcu
Curcu (rum. Giurgiu) — Rumıniyada şəhər. == İdman == Ployeştidən köçən "Astra" futbol klubu 2012-ci ildən Curcuda məskən salıb. Klub ev oyunlarını Curcunun 8500 tamaşaçı tutumuna malik Marin Anastasoviçi stadionunda keçirir.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Nuru
Nuru — kişilərə verilən şəxsi ad. Nuru Paşa — Türkiyə Osmanlı ordusunun generalı. Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı Nuru Səfərov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Nuru Məmmədov — Tarix elmləri namizədi (1976), dosent (1998) === Bu ada oxşar adı olan insanlar === Nuruş Əliyev (1911-1995) — Sosialist Əməyi Qəhrəmanı === Bu ad təxəllüsü olan insanlar === Vüsal Nuru — yazıçı, ssenarist. == Qəsəbə, kənd və bələdiyyələr == Qara Nuru — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Başqa mənalarda == Haqqın nuru (qəzet) — Qafqaz Müsəlmanları İdarəsi nin həftəlik dini-ictimai qəzeti.
Quru
Quru (informatika)
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. == Hazırlanması == Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
CURL
cURL — müxtəlif şəbəkə protokollarından istifadə edərək məlumatların ötürülməsi üçün kitabxana (libcurl) və komanda sətri aləti (curl) təmin edən kompüter proqram təminatı layihəsi. Adın açılışı "Client for URL"-dir. == Tarixi == curl ilk dəfə 1996-cı ildə buraxılıb. O, əvvəlcə httpget, daha sonra urlget, sonda isə curl adlandırılıb. Orijinal müəllif və aparıcı tərtibatçı isveçli Daniel Stenberqdir. O, IRC istifadəçiləri üçün valyuta məzənnələrinin alınmasını avtomatlaşdırmaq istədiyi üçün curl-i yaratmışdı. == Nümunə == Curl-un əsas istifadəsi əmr sətrində sadəcə curl yazmağı, sonra isə URL-ni ehtiva edir. == İstinadlar == == Xarici keçidlər == curl.se — CURL rəsmi saytı Comparison of curl vs other open source download tools Stenberg, Daniel. "Comparison of curl vs wget". Nov 9, 2021 [2007].
Altı duru, üstü quru (film, 1983)
ÇRU
Çin Renmin Universiteti (ing. Renmin University of China (RUC); sadələşdirilmiş Çin dilində: 中国 人民 大学; ənənəvi Çin: 中国 人民 大学; pinyin: Zhōngguó Renmin Dàxué), həmçinin Çin Xalq Universiteti kimi də tanınır. — Çinin paytaxtı Pekin şəhərinin Haidian rayonunda yerləşən əsas tədqiqat universitetidir. Onun kampus qonşuları Pekin Universiteti və Tsinxua Universitetidir. == Tarixi == Universitetin sələfi Shan Bei İctimai məktəbi olmuşdur (陕北 公 学), İkinci Çin-Yapon müharibəsi zamanı 1937-ci ildə yaradılmışdır. Sonradan Şimali Çin Birləşmiş Universiteti və Şimali Çin Universiteti adlandırıldı. Çin Renmin Universiteti rəsmən 1950-ci ildə yaradılmışdır, Çin Xalq Respublikasının ilk Xalq Universiteti olmuşdur. Wu Yuzhang, Cheng Fangwu, Guo Yingqiu, Yuan Baohua, Huang Da və Li Wenhai uğurla rektor vəzifəsini yerinə yetirmişdilər. Hal-hazırda universitetin rektoru gorkəmli iqtisadçı və elm xadimi Ji Baochengdır. Hal-hazırda Renmin Universiteti 23 məktəb, 13 elmi-tədqiqat institutu və Graduate School-dan ibarətdir, bakalavr üçün 60 ixtisas, ikinci bakalavr dərəcəsi üçün 8 ixtisas, magistr dərəcəsi üçün 92 ixtisas və doktorluq namizədləri üçün 140 ixtisas tələbələrə təklif olunur.
Akiko Furu
Akiko Furu (d. 18 iyul 1973; Kanazava, Yaponiya) — Yaponiyanı təmsil edən batut gimnastı. Akiko Furu, 2000-ci ildə Yaponiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Akiko Furu, 2000-ci ildə Yaponiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Furu, 35.30 xal topladı və 8 idmançı sırasında 6-cı yeri tutdu.
Azərbaycan Turu
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Caru (Həftkel)
Caru (fars. جارو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 53 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 97 nəfərdir.
Curcu (judets)
Curcu judets (rum. Judeţul Giurgiu) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 3526 km². Şərqdə — Keleraşi, qərbdə — Teleorman, şimalda — İlfov və Dımbovitsa judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 283 408 nəfər təşkil edirdi, sıxlığı — 80,37 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 2 şəhər və 51 kommuna daxildir.
Cüro Kurepa
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur. == İlk illəri == Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü