Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saqrada Familia
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi == Tarixi == İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Salgada
Cryptocarya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Agathophyllum Juss. Caryodaphne Blume ex Nees Dahlgrenodendron J.J.M.van der Merwe & A.E.van Wyk Evodia Gaertn. Icosandra Phil. Kerrdora Gagnep. Massoia Becc. Pseudocryptocarya Teschner Ravensara Sonn.
Şahzadə
Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şahzoda
Zilola Bahodır qızı Musayeva (özb. Zilola Bohodir qizi Musayeva, 28 iyul 1979, Fərqanə) — özbək müğənni və aktrisa. 2014-cü ildə Şahzodanın Qaynana (özb. Qaynona) klipində Nəsibə Zeynalovanın yaratdığı "Qayınana" obrazı yer alıb. == Filmləri == "Tohir va Zuhra yangi talqin" (Zuhra) (2000) "Sevinch" (Nargiza) (2004) "Xavfli burilish" (Shahzoda) (2004) "Sarvinoz" (Sarvinoz) (2004) "Voy dod sumalak" (Zilola) (2006) "Fotima va Zuhra" (Zuhra) (2006) "Zumrad va Qimmat" (Zumrad) (2007) "Majruh" (Sevara) (2010) "Nafs" (Shahzoda, Ulug'bek Qodirov) (2011) "O Maryam, Maryam" (Maryam) (2012) "Sharofatxonning kelinlari yoxud navro′z muborak" (Shahzoda) (2016) == İstinadlar == == Xarici keçidlər == Shahzoda — Qaynona (Official video) Шахзода.
Şaqarda
Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. == Tarixi == Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır. == Toponimi == Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi", "təpə" mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Balaca şahzadə
Balaca şahzadə (fr. Le Petit Prince) — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar. "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" – kitabın proloqu. == Məzmun == == Publikasiyaların tarixi == Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943 ildə “Reynal&Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi – Katerina Vuds. Ardınca fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946 ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunur.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Şahzadə Babayeva
Şahzadə Babayeva — aktrisa. == Həyatı == Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır. Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Şahzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şahzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şahzadə Diana
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], XIII arondisman (Paris)[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Şahzadə Mustafa
Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 1515 – 6 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir. Manisa, Amasya və Konya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur. Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir. Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir. Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır.
Şahzadə Naruhito
Naruhito (yap. 皇太子徳仁親王; 23 fevral 1960[…], Çiyoda[d]) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru. == Uşaqlığı == Naruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub. Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavr və magistr dərəcələrini də tarix fənnindən aldı. O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür". 1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi.
Şahzadə Numan
Şahzadə Numan (1723–1764) — 23. Osmanlı Padşahı Sultan III. Əhməd'in Meyli Sultan'dan olan oğludur. == Həyatı == Sultan III. Əhməd'in 10. oğlu olan Şahzadə Numan, sarayda qalmışdır, padşah olmağı gözlənilmədiyi üçün I. Əbdülhəmid və III. Mustafa qədər maraq göstərilməmişdir. Lalə Dövrü'ndə Sultan III. Əhməd, hərəmləri və övladları adına Üsküdar'da demək olar ki, hər küçəyə bir çeşmə tikdirmişdi. Oğlu Şahzadə Numan adına da Üsküdar'da 1728 tarixində Şahzadə Numan Çeşməsi'ni inşa etdirdi. 1764-cü ildə vəfat etmişdir. Cənazəsi Yeni Camii Türbəsi'ə dəfn edildi.
Şahzadə Orxan
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Şahzadə Piç
Şahzadə Piç (yap. ピーチ姫, ing. Princess Peach Toadstool) – Mario oyun seriyalarının personajıdır. Şiqeru Miyemoto tərəfindən "Nintendo" kompaniyası üçün yaradılmışdır. İlk dəfə 1985-ci ildə Super Mario Bros. videooyunu üçün yaradılmışdır. Şahzadə Piç "Xanım dardadır" kimi tanınır. == Haqqında == Şahzadə Piç krallıqda yaşayır. Paltarı həmişə çəhrayı olur. Onun 25 yaşı var.
Şahzadə Qasım
Şahzadə Qasım (1614, Konstantinopol, Osmanlı imperiyası – 17 fevral 1638, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. Şahzadə Qasım 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Burnaz Atikə Sultanın əkizidir. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Süleyman, Murad, Bəyazid, Mehmed və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından ögey qardaşı II Osman taxta çıxdı. Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra doğma qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Böyük qardaşlarından Mehmed Sultan Osman dövründə, Süleyman və Bəyazid isə Sultan Murad dövründə edam olunmuş, beləcə Qasım yaşca ən böyük şahzadə olaraq taxt varisi görülməyə başlanmışdı. Ancaq qardaşları Süleyman və Bəyazidin edamından sonra can qorxusuna düşən Qasım bu əsnada özündən yaşca kiçik olan qardaşı İbrahimi də qorumağa çalışmışdır.
Şahzadə Qautama
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Şahzadə Qorqud
Şahzadə Qorqud (1467, Amasya – 13 mart 1513, Kütahya) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == === Uşaqlıq illəri === Şahzadə Qorqud 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Qorqud 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il babasının vəfat etməsinin ardından atası Amasyadan dərhal İstanbula yola düşdü və bu əsnada Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı. === Atasının səltənət illərində === Atasının İstanbula gəlişi və səltənəti ələ almasından sonra bir müddət İstanbulda qalan Şahzadə Qorqud 1483-cü ilin dekabrında Manisa sancaqbəyi təyin edildi və anasıyla birlikdə Manisaya yola düşdü. 1502-ci ilin ortalarına qədər bu vəzifədə qalan Şahzadə Qorqud bu müddət ərzində gəlirlərinə yeni əlavələr istəmiş, Manisa havasının səhhətinə pis təsir etdiyini bəhanə edərək atasından Berqama qalasını da tələb etmişdir. Bu müddət ərzində Midilli adasına tərtiblənən səfərə əsgər yollamışdı.
Şahzadə Qubad
Şahzadə Qubad — Şirvanşah I Əfridun ikinci oğlu. Atasının dövründə Tabasarana hakimlik etmişdir. Ancaq Şirvan əhalisi bu Şahzadəyi sevməmişdir. Anası Gülnaz xatun nə etsə də, oğlunu taxta çıxarda bilməmişdir.Vətən xaini adı ilə ölkədən qovulmuş,sürgün edilmişdir.Gülnaz xatun Nəslicahan Sultanla mübarizə aparmış ancaq bu mübarizədə uduzmuşdur. Qızı Nazilə Sultan da ögey bacı,qardaşlarını sevməmiş,bu səbəbdən Tamarın yanında yer almışdır. Şahzadə Qubad atasına qarşı Gürcü kafirləri ilə bir olmuş, ancaq buna baxmayaraq hakimiyyəti III Mənüçöhür ələ almışdır. Qubad Gürcüstana qaçmış orada öldürülmüşdür.
Şahzadə Süleyman
Şahzadə Süleyman (1615 və ya 1613, Konstantinopol, Osmanlı imperiyası – 8 avqust 1635 və ya 27 iyul 1635, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. == Həyatı == Şahzadə Süleyman 1615-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Bəyazid, Qasım və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü. Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Süleyman, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Süleyman qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Bəyazidlə birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu.
Şahzadə Səlim
Şahzadə Səlim (III Mehmedin oğlu)
Şahzadə Vaxuşti
Vaxuşti Baqrationi; Şahzadə Vaxuşti (gür.: g.ə. ვახუშტი ბატონიშვილი, l.ə. vaxuşti batonişvili) — Kartli kralı VI Vaxtanqın nigahdankənar oğlu, alim, coğrafiyaçı, tarixçi və kartoqraf. 1717–1724-cü illərdə Kartlinin siyasi həyatında fəal iştirak etmişdir: VI Vaxtanqın əmri ilə 1722-ci ildə (I Pyotrun Xəzərsahili əyalətlərə yürüşü zamanı Səfəvi şahına xəyanət edən VI Vaxtanq oğlu III Bakarla birlikdə 40.000 əsgər ilə rus ordusuna qoşulmaq üçün Gəncəyə gedərəkən və orada Rusiya imperatorundan xəbər gözləyərkən: 1722-ci ilin avqust–noyabr aylarında) Kartlinin hakimi, 1724-cü ildə isə Aşağı Kartli ordusunun baş komandanı təyin edilmişdi. 15 iyul, 1724-cü ildə kral ailəsinin digər üzvləri ilə birlikdə Rusiya çarlığına (Həştərxana) köçdü. 1757-ci ildə Moskvada vəfat edən Vaxuşti bu şəhərdə yerləşən "Don monastırı" nekropolunda dəfn edilmişdir. == Əsərləri == Vaxuşti, qısa adı Kartvel krallığının təsviri (gür.: g.ə. აღწერა სამეფოსა საქართველოსა, l.ə. ağtsera sameposa sakartvelosa) – tam adı Kartvel krallığının təsviri, onun adət və qanunları (gür.: g.ə. აღწერა სამეფოსა საქართველოსა, ზნენი და ჩვეულებანი საქართველოსანი l.ə.