Şahzadə Babayeva

Şahzadə Babayevaaktrisa.

Şahzadə Babayeva
Şahzadə Eynulla qızı Babayeva
Doğum tarixi (69 yaş)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002

Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır.

Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Teatrdakı rolları

[redaktə | mənbəni redaktə et]
  1. Medeya (J.Anuy) — dayə
  2. Dönüş (Cəfər Cabbarlı; quruluşçu rejissor Hafiz Fətullayev, rejissor Əfqan Soltanov) — Qəmər
  3. Ölülər (Cəlil Məmmədquluzadə; quruluşçu rejissor Oruc Qurbanov) — birinci azarlı
  4. Elektra (Sofokl) — Kliteminestra
  5. Nadir şah (Nəriman Nərimanov) — ana
  6. Müsyo Jordan və Dərviş Məstəli Şah (Mirzə Fətəli Axundov) — Şəhrəbanu
  7. Oğul (A.Babayev) — şikayətçi
  8. Xəyanətin müsibəti (İ.Kərimov) — Ümmi İshaq
  9. Tənha qadınlar (Əziz Nesin) — Dahabəyim
  10. Türk sancağı (A.Qurbani) — şəhid anası
  11. Unutqanlıq qorxunc bəladır (Ə.Əliyev) — Sona
  12. Dəli Domrul (A.Məmmədov) — carçı qadın
  13. Qara Fatma (S.Qafarov) — Qara Fatma
  1. Şirin bülbül (film, 2000)
  2. Yeni həyat (2005)