Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd.[1][2]
kənd | |
Şaqarda | |
---|---|
41° şm. e. 44° ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Loru mahalı]] |
Rayon | [[Cəlaloğlu rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır[3][4][5].
Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi"[6], "təpə"[7] mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı. Şak (Sak) etnonimindən və qədim türkcə art-"dağlıq ərazi", "aşırım" sözündən ibarətdir.[8]
Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanandan sonra, indiki Ermənistanın başqa bölgələri kimi buraya da Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 5 nəfər, 1916-cı ildə 21 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır[9]. SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1953-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.