Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Şakir
Şakir — kişi adı. Aşıq Şakir — məşhur el aşığı Şakir Ulubəyli — yazıçı, politoloq. Şakir Salahov — Azərbaycanın Milli Qəhrəmanı. Şakir Abışov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). Şakir Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin giziri Şakir Hüseynov — Qarabağ müharibəsi şəhidi.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
I Sarkis
I Sarkis (gürc. სარგის I ჯაყელი) - 1268-ci ildə hakimiyyətə gəlmiş ilk Mesxetiya çarı. VII Davidin Elxanilərə qarşı üsyanına başçılıq etmişdir. Arqun ağa Oyrotu 1262-ci ildə məğlub etmişdi. Daha sonra Hülakü xana təslim olaraq əfv olunmuş, hətta xanın həyatını Bərkəyə qarşı müharibədə xilas etmişdi. Xan ona görə də ona Ərzurum şəhərini hədiyyə vermişdi. 1266-cı incu statusunu qazanmışdı. 1268-ci ildə isə xan ona muxtar hakimiyyət hüququ verdi və o II Demetrenin mərkəzi hakimiyyətinə tabe olmamağa başladı. 1279-cu ildə taxtdan əl çəkərə Sapara monastırında keşiş oldu və Saba adını aldı, yerinə oğlu keçdi. 1285-ci ildə vəfat etdi.
Klara Setkin
Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir. == Həyatı == Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər. == Klara Setkin Azərbaycanda == 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин, 29.6.1932)—Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L.M.Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Maksim Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Sankay şəlaləsi
Sankay şəlaləsi (三階の滝, Sankai no taki) – Yaponiyanın Miyaqi prefekturasının Katta rayonun Zao qəsəbəsində yerləşən şəlalə. Sumikava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Sarkis Hatspaniyan
Sarkis Hatspaniyan (erm. Սարգիս Հացպանյան; 12 fevral 1962, İskəndərun, Hatay ili, Türkiyə – 20 yanvar 2018) — Türkiyə ermənilərindən olan jurnalist, hüquq müdafiəçisi və siyasi xadim. Sarkis Hatspaniyan Qarabağ müharibəsində və xüsusi ilə Kəlbəcər döyüşündəki fəallığı ilə tanınır. Fransa ermənilərinin müxtəlif təyinatlı yardımlarını işğalı olunmuş Azərbaycan torpaqlarına çatdırılılmasına rəhbərlik etmişdir. 2008-ci ildə İrəvan şəhərində baş vermiş kütləvi iğtişaşlardakı iştirakına görə Ermənistan məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. == Həyatı == Sarkis Hatspaniyan 1962-ci ilin 12 fevral tarixində Türkiyənin Hatay bölgəsinə bağlı İskəndərun şəhərində anadan olmuşdur. Orta məktəbi Aqos qəzetinin 2007-ci ildə öldürülmüş baş redaktoru Hrant Dinklə birgə oxumuşdur. 1980-ci ildə Türkiyədə baş vermiş hərbi çevirilişdən sonra Fransaya mühacirət etmiş və Paris şəhərində yaşayaraq Fransa vətəndaşlığı almışdır. Sarbonna Universitetində idarəetmə faklütəsini bitirən Hatspaniyan 1990-cı ildən etibarən Ermənistana müntəzəm səfərlər etməyə başlamışdır. Solçu olan Hatspaniyan bütün çıxışlarında Kürd Fəhlə Partiyasının (PKK) addımlarını dəstəkləyib.
Sarkis Soğanalyan
Sarkis Soğanalyan (amh. Սարգիս Սողանալեան; 6 fevral 1929, İskəndərun, Fransa müstəmləkəsi – 5 oktyabr 2011, Hayliya[d], Florida) — erməni əsilli silah qacaqmalçısı. Ölüm taciri ləqəbi ilə tanınmış Soğanalıyan Soyuq müharibə dövrünün ən böyük silah qacaqmalçısı hesab olunmaqdadır. Suriya və Livan ermənisi bir ailənin övladı olan Sarkis daha çox 1980-cı illərdə Səddam Hüseyn rejminə satdığı silahlar və İraq ordusunun rəhbər şəxsləri ilə olan yaxınlığı ilə gündəmə gəlmişdir. Florida ştatının Virciniya Qardens şəhərində yaşadığı zaman İran-İraq müharibəsində İraq tərəfini silah-sursatla təmin etmək məqsədi ilə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfində əməkdaşlığa cəlb edilmişdir. Reyqan Administrasiyasının təşviqi və Amerika kəşfiyyat agentliklərinin dəstəyi ilə o, 1,4 milyard dollar dəyərində Fransa istehsalı olan artilleriya satışı da daxil olmaqla, bir neçə mühüm silah sövdələşməsinin əsas əlaqələndiricisi və təminatçısı rolunda çıxış etmişdir. İraqla yanaşı, o, Mavritaniyadakı Polisario qüvvələri, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya silah satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır. Ədliyyə Departamenti Soğanalyanı icazəsiz silahların göndərilməsinə dair konspirasiya qurmaqda ittiham edərək onun həbs olunmasına nail olmuşdur. O, bir neçə il sonra Klinton administrasiyasına Livanda saxta pulların satışı ilə məşğul olan şəbəkənin çökdürülməsində kömək edən zaman azadlığa buraxılıb.
Sarkis Torosyan
Sarkis Torosyan (erm. Սարգիս Թորոսեան, 1891 - 1954) — Osmanlı ordusunun erməni əsilli zabiti, Çanakqala döyüşünün qəhrəmanı. Özünün yazdığı xatirələrində iddia etmişdir ki, həmin döyüşdə ilk ingilis hərbi gəmisini məhz o vurub batıra bilmişdir Ancaq sonra, Osmanlı savaşda məğlub olan çağlarda silahını türklərə qarşı çevirmişdir. Daha sonra o Amerikaya köçmüş və orada öz “Dardaneldən Fələstinə qədər: Türkiyənin 5 cəbhəsi barəsində doğru xəbər” adlı xatirələrini yazmışdır. Bu kitabda xatırlanan olaylar Türkiyədə mübahisələrə səbəb olmuşdur, tarixçilər onları şübhə altına almış, bəzi olayların isə saxta olduğunu iddia etmişdirlər. Xatirələrin yayımlanması zamanı yerli tarixçi Paul Vartan Sookiasian Torosyanın soyunu tapmış və onlarla əlaqə saxlamışdır. Bundan sonra Taner Akçam Torosyanın nəvəsindən müsahibə almış. Orada o babasının həyatı haqqında təfərruatları açıqlamışdır. == Həyatı == Sərgiz Torosyan 1893-cü ildə Kayseri bölgəsindəki Everek (hazırda Develi) adlı erməni kəndində doğulmuşdur. Orada yerli kilsə məktəbində ilk təhsilini almışdır.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Şatriya kurqanı
Şatriya (lit. Šatrija) — Litvanın Jemaytiya regionunda tarixi kurqan. Jemayt təpəsindəki Luoke kəndindən cənub-şərqdə yerləşir. Təpənin üzərində daha əvvəllər taxta bir qala olduğu deyilir. Kurqan Jemaytiyanın ən yüksək təpələrindən birində, 228.7 metr (750 ft) hündürlükdə yerləşir. Şatriya təxminən 50 metr nisbi hündürlüyü ilə Litvada birinci yerdədir. Təpədən digər hündür dağları da görmək mümkündür. Təpədə bir qurbangah var. Şatriya və ətrafındakı 813 hektar ərazi eyni adlı təbiət qoruğuna aiddir. Kurqanın qərb və şərq yamacları olduqca dikdir və hündürlüyü 25 m-dən çoxdur.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Sarkis Araratyan
Sarkis Şahnazaroviç Araratyan (erm. Սարգիս Արարատեան; 1 oktyabr 1886, Nuxa – 1943, Buxarest) — 1919–1920-ci illərdə Birinci Ermənistan Respublikasının maliyyə naziri, 1920-ci ildə isə sosial müdafiə naziri vəzifələrində çalışmış erməni siyasətçisi. Sarkis Araratyan ixtisasca kimyaçı olmaqla yanaşı, ictimai xadim, dövlət və görkəmli siyasətçi, Daşnaksutyunun üzvü idi. Bakıda yaşamış və erməni milli həyatında fəal iştirak etmişdir. Riçard Hovanisyan "Ermənistan Respublikası. II cild" kitabında Araratyanı belə təsvir etmişdir: 1918-ci ildə Bakı Şəhər Sovetinə seçilib və Bakının gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün İrana göndərilib. 1918-ci ilin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvana köçüb. 1919-1920-ci illərdə Araratyan Daşnaksutyun Bürosunun üzvü, parlamentin üzvü seçilib. Maliyyə naziri, eyni zamanda ehtiyatlar naziri (08.1919-05.1920) vəzifələrində çalışmışdır. 05.1920-12.1920-ci illərdə Yardım və Yenidənqurma Naziri olmuşdur.
Sarkis Qalstyan
Sarkis Qalstyan — erməni siyasətçi. == Həyatı == Sarkis Qalstyan Birinci Qarabağ müharibəsində separatçılar tərəfində iştirak etmişdir. Həmin vaxtdan o, uzun illər Qondarma Dağlıq Qarabağ Respublikasında müxtəlif vəzifələrdə çalışmışdır. Qaltsyan bir müddətdə Şuşada yerləşən "Avan Plaza" hotelinin (indiki "Qarabağ" hoteli) direktoru, 1990-cı illərdə isə ictimai diplomatiyanı təbliğ edən və Bakıya tez-tez gələn fəal olmuşdur. Müharibədən sonra DQR tərkibində Şuşa inzibati ərazi dairəsi başçısının müavini olmuşdur. O, sonradan DQR-nin Hərbi Vətənpərvərlik və Təhsil Nazirliyinə təyin olunmuşdur. Araik Arutyunyanın seçkiqabağı kampaniyası zamanı Şuşa və Kərkicahanda yerləşən qərargahlarda məsul şəxs olmuşdur. 19 sentyabr 2023-cü ildə Azərbaycan regionda lokal DQR silahlı qüvvələrinə qarşı hərbi hücuma başlamışdır. Növbəti gün DQR hakimiyyəti Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşkəslə bağlı təklifini qəbul etdiklərini bildirmişdir. 20 sentyabr 2023-cü ildə, Azərbaycan vaxtı ilə saat 13:00-da əldə olunmuş atəşkəs razılaşmasına görə, DQR özünü buraxmalı idi.
Sati
Sati ritualı — Sadiqlik rəmzi hesab olunur. Sati-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Vusta (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Saki
Saki — ad. Saki (musiqiçi) — musiqiçi. Saki Kumaqay — Yaponiya qadın futbolçusu. Saki Ueno — Yaponiya qadın futbolçusu.
Alqı-satqı
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.
Günel Şakir
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Əlibəyli (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Hideo Sakay
Hideo Sakay (10 iyun 1909 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.