Şatriya kurqanı


Qəbiristanlıq
Şatriya kurqanı
Xəritə
Ölkə
55°52′21″ şm. e. 22°33′30″ ş. u.HGYO
Şatriya kurqanı xəritədə
Şatriya kurqanı
Şatriya kurqanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şatriya (lit. Šatrija) — Litvanın Jemaytiya regionunda tarixi kurqan. Jemayt təpəsindəki Luoke kəndindən cənub-şərqdə yerləşir. Təpənin üzərində daha əvvəllər taxta bir qala olduğu deyilir.

Kurqan Jemaytiyanın ən yüksək təpələrindən birində, 228.7 metr (750 ft) hündürlükdə yerləşir. Şatriya təxminən 50 metr nisbi hündürlüyü ilə Litvada birinci yerdədir. Təpədən digər hündür dağları da görmək mümkündür. Təpədə bir qurbangah var. Şatriya və ətrafındakı 813 hektar ərazi eyni adlı təbiət qoruğuna aiddir.

Kurqanın qərb və şərq yamacları olduqca dikdir və hündürlüyü 25 m-dən çoxdur. Təpənin üst hissəsi ölçüləri təxminən 60×60m olan dairədir.

1835-ci ildə kurqan üzərində qazıntı işləri aparıldı. Arxeoloji tapıntılara görə, Şatriyada yaşayış məskəni VI-X əsrlərdə mövcud olmuşdur. Təpədə arxeoloji tapıntılar: yandırılmış məzarlar, cənazə ocaqları, stəkanlar, cüt daşlar, kəhrəba, şüşə bəzək əşyaları və daş balta aşkarlanmışdır. XIV əsrdə dağın zirvəsində taxta istehkamlar var idi və insanlar II əsrdən başlayaraq yamaclarda yaşayırdılar. Bu kurqan xristianlığın gətirilməsi ilə məhv edilən başqa dinlərə məxsus mədəniyyətlərin ən vacib mərkəzlərindən biri ola bilər.[1]

Deyilənə görə, Jemaytiyanın bütün cadugərləri uzun müddət təpədə olublar. Belarus mifologiyasında bu dağ Litvanın hər yerindən cadugərlərin Kupala gecəsində uçması ilə məşhurdur. Dağın adı da açıq şəkildə bu əfsanəylə əlaqəlidir: lit. šаtгіjа - "cadu" deməkdir.

Hər il, iyulun üçüncü şənbə günü, neo-bütpərəst ibadətçilər Şatriyada Qabianın (Litva mifologiyasından: Müqəddəs Odu dəstəkləyən tanrıça) şərəfinə bayram qeyd etmək üçün toplaşırlar.

  • Lietuvos TSR arxeologijos atlasaları. V. 1975. T. 2. səh. 161 (Nr. 715)
  • Lietuvos TSR kultūros paminklų sąrašas, V., 1973, səh. 189
  • Kultūros paminklų ensiklopediyası. V. 1998. T. 2.