Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Klara Setkin (alm.Clara Zetkin; 5 iyul1857[1][2][…] – 20 iyun1933[3][1][…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir.
1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.
1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir."[5][6]
Bu günün əmək və qadın problemi. (alm.Die Arbeiterinnen- und Frauenfrage der Gegenwart). Berlin, 1889.
Tələbə və qadın (alm.Der Student und das Weib). Berlin, 1899.
Məktəb məsələsi (alm.Die Schulfrage). Berlin, 1904.
Qadınların seçki hüququ məsələsinə dair (alm.Zur Frage des Frauenwahlrechts). Berlin, 1907.
Qadınların seçki hüququ (alm.Das Frauenstimmrecht). Berlin, 1907.
Karl Marks və onun həyat fəaliyyəti (alm.Karl Marx und sein Lebenswerk). Elberfeld, 1913.
Roza Lüksemburq və Karl Libknext (alm.Rosa Luxemburg und Karl Liebknecht). Berlin, 1919.
Biz günahlandırırıq! (alm.Wir klagen an! Ein Beitrag zum Prozess der Sozial-Revolutionäre). Hamburq, 1922.
Faşizmin hücumu və proletariatın vəzifələri (rus.Наступление фашизма и задачи пролетариата). Moskva, 1923.
Roza Lüksemburq və rus inqilabı (rus.Роза Люксембург и русская революция). Moskva, 1923–1924.
Azad edilmiş Qafqazda (alm.Im befreiten Kaukasus). Vyana/Berlin, 1926.
Qafqaz od içində (rus.Кавказ в огне). Moskva, 1926.
İnkişaf etməkdə olan Sovet İttifaqının Alman fəhlə sinfi üçün əhəmiyyəti (alm.Die Bedeutung der aufbauenden Sowjetunion für die deutsche Arbeiterklasse). Berlin, 1926.
Lenindən xatirələr (alm.Erinnerungen an Lenin). Vyana/Berlin, 1929.
Almaniyada proletar qadın hərəkatının yaranma tarixinə dair oçerk (rus.Очерк истории возникновения пролетарского женского движения в Германии). Moskva, 1929.
Ac May, Qanlı May, Qırmızı May! (alm.Hungermai, Blutmai, roter Mai!). Hamburq/Berlin, 1932.
İttiham edilən Hitler (alm.Angeklagter Hitler). Sürix, 1933.