Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səliha Dilaşub Validə Sultan
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. == Həyatı == Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Beluqa
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Pelucha
Pelucha (lat. Pelucha) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. == Coğrafiya == Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Seçura
Seçura səhrası (Peruan səhrası) — Perunun qərb sahilində, Cənubi Amerikanın şimal-qərbində yerləşən səhra. Səhra And dağları ilə Sakit okean arasında yerləşir. Şimaldan cənuba uzunluğu 150 km, materikin daxilinə doğru isə eni 20–200 km arasında dəyişir. Səhranın sahəsi 188 735 km² təşkil edir. Əsasən qum və daşlıqlardan ibarətdir. Bir növ Atakama səhrasının şimal qutaracağını təşkil edir. Seçura səhrasında dünyanın ən böyük fosforit yataqları vardır. Burada üstəlik nadir element və metallara rast gəlinir. Perunun beş iri şəhərindən ikisi yerləşir:Pyora və Ciklao. == İqlim == Səhra ekstra arid regiona daxildir.
Deliha
Deliha – 14 noyabr 2014-cü ildə ekranlara çıxan, rejissorluğunu Hakan Algülün etdiyi türk filmidir. == Aktyorlar və Personajlar == == Mükafatlar == 20.
Səbuhi
Səbuhi — kişi adı. Səbuhi Musayev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Səbuhi Əliyev — Səbuhi Məmmədov Səbuhi Məmmədov (gizir) — Azərbaycan hərbçisi. Səbuhi Məmmədov (baş nazir) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. Səbuhi Əhmədov Səbuhi Əhmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səbuhi Hacıyev – 20 yanvar şəhidi. Səbuhi Rəhimli — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Səbuhi Əzizov — Səbuhi Cəfərov Səbuhi Hüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Qarayev — Azərbaycanlı idman idarəçisi və məşqçi Səbuhi Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin.
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. == Bitki örtüyü == Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. == Torpaqları == Torpaqları qırmızı-sarı ferraritdir. == Heyvanlar aləmi == Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. == Selvalar == Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada == Xarici keçidlər == Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Beluxa dağı
Beluxa ("Üçbaşlı", "Katun zirvəsi", qaz. Мұзтау Шыңы) — Altay dağlarında ən yüksək zirvə (4509 m), Rusiyanın ən yüksək zirvələrdən biri. Zirvə Ust-Koksin rayonda yerləşir. Beluxa massivindən Rusiya və Qazaxıstan sərhəddi keçir. Dağ yamaclarından Katun çayı başlanğıcını götürür. Bir-birindən gədiklə ayrılan iki zirvəsi var: Qərbi Beluxa (hündürlüyü 4440 m) və Şərqi Beluxa (hündürlüyü 4506 m). Qranit, qneys və metamorfik şistlərdən təşkil olunmuşdur. Altayda müasir buzlaşmanın iri (ümumi sahəsi 70 km²) mərkəzlərindən biridir. Şimal yamacında 2000– 2500 metr hündürlüyədək enən Mönsu, Rodzeviç və Tronov Qardaşları; cənub yamacında 2000 metr hündürlüyədək enən dərə buzlaqları (Berel buzlağı və Katun buzlağı) var. "Beluxa" təbiət parkı Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Robert Sekuta
Robert Sekuta (1954, Roçester[d], Nyu-York ştatı) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Selena (serial)
Selena — Türkiyə istehsalı olan komediya janrlı televiziya serialıdır. == Haqqında == Kosmosda çox uzaq bir planetdə yaxşılıq və pislik arasında böyük bir mübarizə vardır. Selenanın vəzifəsi insanlara yaxşılıq, Hadesin vəzifəsi isə insanlara pislik etmək və etdirməkdir. Utopiya planetində yaxşılıq və pisliyin mübarizəsində şərin təmsilçisi Hades yaxşılığın nümayəndəsi Selenanı məğlubiyyətə uğradaraq həftənin birincisi seçilir. Böyük Honos tərəfindən yaxşılıq və pisliyin sayına görə həftənin birincisinə mükafat, məğlub olana isə cəza verilir. Bir gün Hades Selenanı cəza olaraq bir qələmin içinə atır. Daha sonra qələmi Utopiya planetindən Dünya planetinə göndərir. Qələm Selin Aykar, Leyla Aykar və Nazlı Aykar adlı üç bacının evlərinin bağına düşür. Selena qələmin içindən çıxmaq üçün Selin, Leyla və Nazlı adlı üç bacının ələ-ələ tutaraq 3 dəfə adını deməkləri lazımdır. Amma qızların xəbərləri yoxdur ki, Selena qələmin içindədir.
Selena Qomez
Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[…], Grand Prairie[d]) — ABŞ aktrisası, müğənni. "Veyverli Pleysin sehrbazları" filmindəki Aleks Russo rolu ilə şöhrət qazanıb və bu rola görə Emmi mükafatı alıb.
Selina Markez
Selina Markez (d. 16 iyul 1999) — Salvadorlu üzgüçü. Selina Markez Salvadoru 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Selina Markez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:22.73 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sequla adası
Lopi adası (ing. Segula Island, aleut. Чиӷуляҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından 24 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 6–7 km arasında dəyişir. Adada eyni adlı vulkan yerləşir. Burada təmizçilərə aid iri bir koloniya vardır.
Suquha Kiriqaya
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Səbuhi Abdullazadə
Səbuhi Mübariz oğlu Abdullazadə (18 dekabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt FK === Səbuhi Abdullazadə futbol oynamağa 2007-ci ildə, 5 yaşında, Sumqayıtın "Təhsil" İEOUGIM-də başlayıb. İlk məşqçisi Ağamusa Bağırov olub. Sumqayıt FK akademiyasının yetirməsidir. Akademiyanın 11, 13, 15 və 17 yaşa qədər yaş qruplarında çıxış edib. 2018-ci ilin iyun ayında əvəzedicilərin ("Sumqayıt-2") heyətində çıxış etməyə başlayıb və 2018/19 illər mövsümün yekunlarına əsasən, ölkə çempionatının bürünc medallarını qazanıb. 2 dekabr 2017-ci il tarixinndə, 15 yaşında olarkən, XIV turun oyunları çərçivəsində "Kəpəz"lə keçirilmiş qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Abdullazadə, Premyer Liqada debüt edərək, 2017/2018-ci il mövsümündə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu olaraq Azərbaycan futbolunun tarixinə düşüb. 2019-cu ilin iyul ayında Sumqayıt təmsilçisi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. === Qarabağ FK === 2017-ci ilin dekabr ayında, icarə əsasında "Qarabağ"ın U-19 komandasına keçib və bu komandanın heyətində 15 oyun keçirərək, ölkə çempionatının gümüş medallarını qazanıb. 2018-ci ilin iyun ayında komandadan ayrılaraq, yenidən Sumqayıta qayıdıb.
Səbuhi Atababayev
Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır. == Həyatı == Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Səbuhi Bayramov
== Həyatı ==