Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir.
Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir.
Torpaqları qırmızı-sarı ferraritdir.
Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s.