Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü. Yerinə qardaşı keçdi.
Yuyçzülyü Şelun | |
---|---|
郁久閭社崙 | |
Jujanların IX qəbilə başçısı və I xaqanı | |
402 – 410 | |
Əvvəlki | Yuyçzülyü Xedoxan |
Sonrakı | Yuyçzülyü Hulü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Atası | Yuyçzülyü Manqeti |
Uşaqları |
Yuyçzülyü Şeba Yuyçzülyü Pixun |