Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür == Coğrafiyası == Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Slupsk
Slupsk (pol. Słupsk) — 98.757 nəfər əhalisi olan, Polşanın şimalındakı Pomeraniya vilayətində şəhər. 43.15 km2 sahəyə malikdir. Mərkəzi Statistika Bürosuna əsasən Slupsk, ölkənin ən sıx əhalili şəhərlərindən biridir. Baltik dənizi yaxınlığında və Slupia çayı üzərində yerləşən şəhər, Slupsk qraflığının mərkəzidir və 1999-cu ilə qədər Slupsk vilayətinin paytaxtı olmuşdur. Kobalniça və Qimnya Slupsk kəndləri ilə qonşudur. Slupsk Erkən Orta Əsrlərdə Pomeraniyada yaşayış məskəni olaraq bilinirdi. 1265-ci ildə şəhər hüququ verilib. İkinci Dünya müharibəsindən sonra şəhər azad edilmiş rayonların bir hissəsi kimi Polşaya təyin edildi. == Coğrafiyası == === Sərhədləri === İnzibati olaraq, 46 kənddən ibarət olan şəhərdir.
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Depok rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Oleq Stepko 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Bijî Serok Apo
Bijî Serok Apo (hərf. Yaşasın rəhbər Apo) — Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalana rəğbət bəsləyənlərin istifadə etdiyi şüar. "Apo" adı "Abdullah"ın qısaltmasıdır, lakin "əmi" kimi də tərcümə edilə bilər. Şüar Türkiyə və Almaniyada təqibə səbəb olmuşdur. == Təqiblər == === Türkiyədə === Türkiyədə bu şüar həbs cəzası və cərimələrə səbəb ola bilər. Şüar özlüyündə qadağan edilmir, lakin çox vaxt Türkiyə hakimiyyəti tərəfindən PKK-ya dəstək nümayişi kimi qiymətləndirilir. 2019-cu ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsi şüarın Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığına aid olan 10-cu maddəsi ilə qorunduğuna qərar vermişdir. 2022-ci ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş 16 noyabr 2013-cü ildə "Bijî Serok Apo" yazdığı tvitinə görə mühakimə olunmuşdur. === Almaniyada === Almaniyada şüar bəzi hallarda ifadə azadlığı ilə qorunmur. Polisdən asılı olaraq şüar istintaqa səbəb ola bilər və ya icazə verilə bilər. Onu qışqıraraq səsləndirmək mühakimə və cərimə ilə nəticələnə bilər.
Benjamin Spok
Benjamin Makleyn Spok (ing. Benjamin McLane Spock) — ABŞ pediatr, 1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən "Uşaq və ona qulluq" kitabının müəllifi. Spokun "Siz düşündüyünüzdən daha çox bilirsiniz" çağırışı onu məşhurlaşdırmışdır. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyacların qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olmuşdur. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə valideyn nəslinə , valideynlərin övladlarına qarşı münasibətlərdə daha möhkəm və incə davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərmişdir. == Həyatı == Məktəbi bitirdikdən sonra Yel Universitetinə daxil olan Spok ilk əvvəl ingilis dili və ədəbiyyatını öyrənmiş, həmçinin idmanla məşğul olmuşdur. Hündür boy olması (189 sm) və fiziki göstəricilərinə görə onu tez bir zaman çərçivəsində universitetin avarçəkmə yığmasına götürürlər. O, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ABŞ komandasına qızıl medal qazandırmışdır. Beləliklə, Benjamin Spok olimpiya çempionu olmuşdur. İdmanda əla göstəricilərinə baxmayaraq, Spok tibbi seçir.