Oleq Stepko (25 mart 1994[1], Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi.[2]
Oleq Stepko | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Oleq Sergeyeviç Stepko | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan → Rusiya |
||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 25 mart 1994[1] (30 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 160 sm. | ||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | İdman gimnastikası | ||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Pavel Netreba | ||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Oleq Stepko 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu.
2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu.
2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi.[3]
2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Bu medal həm də Azərbaycan idmanında idman gimnastlarının Dünya Çempionatında sahib olduğu birinci medal idi.
Oleq Stepko Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ümumi nəticədə Oleq Stepko təsnifat mərhələsini 86.208 balla 20-ci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[4] Final mərhələsində isə Oleq Stepko 78.082 balla olimpiadanı 22-ci pillədə başa vurdu.[4]
Daha sonra Oleq Stepko 2017-ci ildə Azərbaycan yığmasından imtina elədi və Rusiya yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.