Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Sürix
Sürix (alm. Zürich‎) — İsveçrənin şimal-şərqində, Sürix gölünün sahilində yerləşən şəhər. İsveçrənin eyniadlı alman kantonunun paytaxtı. Ölkənin ən böyük şəhəri olan Sürixin 1,09 milyon əhalisi vardır. Şəhər ətrafında Kloten beynəlxalq aeroportu yerləşir. Rəsmi dili almancadır. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir.Dünyanın ən bahalı şəhərlərindən biridir. == Kilsələr == Sürix şəhəri Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi ilə seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub.
Turin
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. == Ərazisi və iqlimi == Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Şurik
Şurik (Xoy)
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. == Coğrafiyası == Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. == Təsviri == Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Abram Surkin
Abram Surkin — Azərbaycanın Əməkdar memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Abram Surkinə həsr edilmişdir.
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Altan Sarın
Qavriil Vasilyeviç Baişev (saxa Гавриил Васильевич Баишев;), Altan Sarın ədəbi təxəllüsü ilə tanınır (1898 — ?) — Yakutiya yazıçısı və şairi, dilçi-türkoloq, ictimai xadim. Altan Sarın təxəllüsü Qızıl çiyinlər mənasını verir. 1898-ci ildə Yakutiyanın Meqino ulusunun bölgəsindəki Jablıski kəndində anadan olmuşdur, orada cüzi ibtidai təhsilini almışdır. 1917-ci ildə Yakutiya poçt və teleqraf idarəsində şagird kimi çalışırdı. 1918 — 1921-ci illərdə Amqa kəndindəki poçt və teleqraf idarəsində işləyirdi. Milliyyətçi əqidəsinə görə, 1921 — 1922-ci illərdə Qərbi Sibir üsyanının iştirakçılarına qoşuldu və amnistiya elan olunana qədər gizlənirdi. O, "Saxa Omuk" və "Saxa Keskile" cəmiyyətlərinin üzvü və katibi idi. 1924 — 1928-ci illərdə Leninqrad Şərq Dilləri İnstitutunda oxumuşdur. Yeni yakut əlifbasını hazırlayan komissiyanın üzvü idi. Yakut Yazı Komitəsinin elmi katibi idi.
Aslan Şirin
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Suran nahiyəsi
Suran nahiyəsi (ərəb. ناحية صوران‎) — Suriyada, Hələb mühafəzəsinin Əzaz məntəqəsində inzibati–ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Suran şəhəridir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Suran nahiyəsinin əhalisi 4.874 ailədə 15.336 nəfəri kişilər və 14.696 nəfəri qadınlar olmaqla cəmi 30.032 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Suran şəhəri və 17 kənd yerləşir.
Suren Adamyan
Suren Arutyunoviç Adamyan (erm. Սուրեն Հարությունի Ադամյան; 6 iyun 1913, Çartar – 27 fevral 1983, Çartar) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı. == Həyatı == Suren Arutyunoviç Adamyan 6 iyun 1913-cı ildə Şuşa qəzasının ərazisində yerləşən Çartar kəndində anadan olmuşdur. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Adamyan 1945-ci ildən Azərbaycan SSR Martuni rayonundakı "Kommunizm" kolxozunun sədri, 1948-ci ildən Sosialist Əməyi Qəhrəmanıdır. Onun rəhbərlik etdiyi kolxoz təsərrüfatda və mədəni quruculuqdakı nailiyyətlərə görə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. Adamyan Sov.İKP 22–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. AKP 27–29-cu qurultaylarında MK üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (5–9-cı çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Suren Adamyan 27 fevral 1983-cü ildə Martuni rayonu Çartar kəndindəki mənzilində ermənilər tərəfindən güllələnmiş, həyat yoldaşı isə baltalanmışdır.
Suren Arutyunyan
Suren Arutyunyan (5 sentyabr 1939, Tbilisi – 1 mart 2019, Moskva) — SSRİ partiya xadimi, Ermənistan KP MK-nın birinci katibi,