Suren Arutyunoviç Adamyan (erm. Սուրեն Հարությունի Ադամյան; 6 iyun 1913, Çartar, Şuşa qəzası – 27 fevral 1983, Çartar, DQMV) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı.[1]
Suren Adamyan | |
---|---|
erm. Սուրեն Հարությունի Ադամյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 27 fevral 1983 (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, baytar, kolxozçu[d] |
|
|
Təltifləri |
|
Suren Arutyunoviç Adamyan 6 iyun 1913-cı ildə Şuşa qəzasının ərazisində yerləşən Çartar kəndində anadan olmuşdur. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Adamyan 1945-ci ildən Azərbaycan SSR Martuni rayonundakı "Kommunizm" kolxozunun sədri, 1948-ci ildən Sosialist Əməyi Qəhrəmanıdır. Onun rəhbərlik etdiyi kolxoz təsərrüfatda və mədəni quruculuqdakı nailiyyətlərə görə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. Adamyan Sov.İKP 22–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. AKP 27–29-cu qurultaylarında MK üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (5–9-cı çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[2][3]
Suren Adamyan 27 fevral 1983-cü ildə Martuni rayonu Çartar kəndindəki mənzilində ermənilər tərəfindən güllələnmiş, həyat yoldaşı isə baltalanmışdır. Cinayətdə 11 nəfər şübhəli bilinərək saxlanılmış, 2 nəfər məhkəmənin qərarı ilə ölüm hökmünə — güllələnməyə məhkum edilmişdir.[4]