Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədi ilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Sidik kanalı
Sidik kanalı (lat. urethra) — insan və onurğalıların sidik sisteminin boruvari orqanı, sidik kisəsini xarici mühitlə birləşdirir. Hər iki cinsdən olan fərdlərdə sidik ifrazı — orqanizmin əsasən suda həll olunan tullantı məhsullarının sidik kisəsindən xaricə sidiklə xaric edilməsi, kişilərdə də boşalma üçün xarici mühitə (sidik ifrazı prosesindən kənar) sperma ifraz edilməsinə xidmət edir. Kişilərdə uretranın böyük hissəsi kişi cinsiyyət orqanının içindən keçir və kanalın xarici açılışı penis başının yuxarı hissəsində asanlıqla aşkar edilir, qadınlarda isə uretranın yolu kiçik çanaq boşluğunun arxasında gizlənir: pubis və vaginanın qarşısında, xarici açılış isə klitorun arxasında və vagina girişinin qarşısında vagina vestibülünün kiçik cinsi dodaqları ilə yan tərəfdən məhdud olan selikli qişanın qıvrımlarındadır.
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Sidik saxlamamazlıq
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Sirik (dəqiqləşdirmə)
Aşağı Sirik — Cəbrayıl rayonunda kənd. Sirik — Cəbrayıl rayonunda kənd.
Sirik (İran)
Sirik — İranın Hörmüzgan ostanının Minab şəhristanının Biyaban bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,640 nəfər və 640 ailədən ibarət idi.
Sistik fibroz
Sistik fibroz xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salğı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.
Sıtkı Üke
Sıtkı Üke (türk. Mehmet Sıtkı Üke; 1877, Saloniki – 22 oktyabr 1941, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-cu ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 11 yanvarında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşulmuşdur. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə mükafatlandırılmışdır. 4 may 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. 1941-ci il oktyabrın 22-də İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Osmanlı-Yunan müharibəsi (1897) Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 100.
Vilyam Çitik
Vilyam Çitik (ing. William C. Chittick 29 iyun 1943, Konnektikut) — Amerikalı, filosof, islamşünas və şərqşünasdır. Onun islam, təsəvvüf, İbn Ərəbi və Cəlaləddin Rumi haqqında ciddi tədqiqatları var. == Haqqında == Onun ingilis və fars dilində bir çox kitab, məqalə və tezisləri mövcuddur. Çitik həm də Səhifeyi Səccadiyyə kitabını ingilis dilinə tərcümə etmişdir.
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Sıtkı Güvenç
Sıtkı Güvenç (1 noyabr 1961, Pazarcık[d], Qəhrəmanmərəş ili – 9 fevral 2023, Qəhrəmanmaraş) – Türkiyə siyasətçisi. Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. == Həyatı və karyerası == 1961-ci ildə Qəhrəmanmaraşın Pazarcık ilçəsində doğulmuşdur. İstanbul Universitetinin stomatologiya fakültəsindən məzun olmuş və bir müddət stomatoloq kimi işləmişdir. Qəhrəmanmaraş İl Sağlamlıq Müdirliyində xidmət göstərmiş, Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi olmuşdur. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Qəhrəmanmaraşdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. === Ölümü === 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. == Şəxsi həyatı == Evli və 5 uşaq atası idi. Orta səviyyədə ingiliscə bilirdi. Qardaşı Celalettin Güvenç 2015-ci ildə Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi deputat seçilmişdir.
Akkord STİK
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement Zavodu Azərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Cefferson-Siti
Cefferson-Siti (ing. Jefferson City) – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min). == Coğrafiyası == Missuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda). == Tarixi == Əsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir.
Cersi-Siti
Cersi-Siti (ing. Jersey City) — ABŞ-nin Nyu-Cersi ştatında yerləşən şəhər.
Hull Siti
Hull Siti — İngiltərədə futbol klubu. Klub 1904-cü ildə qurulmuşdur. Klub tarixində yaddaqalan ən böyük uğuru FA Kubokunun yarım finalına yüksəlməsi olmuşdur (1930).
Kanzas Siti
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Oklahoma Siti
Oklahoma-Siti (ing. Oklahoma City) — ABŞ Oklahoma ştatın ən böyük şəhəri və paytaxtı. Oklahoma Siti və tez -tez OKC olaraq qısaldılır, Oklahoma Siti əyalət mərkəzi, əhalisi baxımından Amerika Birləşmiş Ştatları şəhərləri arasında 26 -cı yerdədir və Cənubi Amerika Birləşmiş Ştatlarının 11-ci ən böyük şəhəridir. Əhalinin sayı 2010 -cu ilin siyahıyaalınmasından sonra artdı və 2020 -ci ilin İyul ayından etibarən 662,314 -ə çatdığı təxmin edilir. Oklahoma Siti metropoliteninin 1,396,445 əhalisi və Oklahoma Siti – Shawnee Kombinə Statistik Bölgəsinin 1,469,124 əhalisi olduğu üçün Oklahoma'nın ən böyük bələdiyyəsi halına gəldi. və əhaliyə görə metropoliten. Oklahoma Siti şəhər məhdudiyyətləri, Kanada, Cleveland və Pottawatomie bölgələrinə qədər uzanır, baxmayaraq ki, əsas Oklahoma County bölgəsi xaricindəki ərazilərin çoxu şəhərətrafı yollar və ya qorunan kənd zonalarıdır (su hövzəsi). Şəhər, konsolidasiya edilmiş şəhər-mahallar da daxil olmaqla, ABŞ-nin səkkizinci ən böyük şəhəridir; Hyustondan sonra ikinci böyük şəhərdir, konsolidasiya edilmiş şəhərlər daxil deyil. Şəhər, eyni zamanda, Alyaskanın Juneau şəhərindən sonra ABŞ -ın əyalət paytaxtı şəhərləri arasında əraziyə görə ikinci ən böyük şəhərdir. Oklahoma Siti, dünyanın ən böyük heyvandarlıq bazarlarından birinə malikdir.
Siti Hartina
Siti Hartina (23 avqust 1923 - 28 aprel 1996) İndoneziyanın ikinci prezidenti Suxartonun həyat yoldaşı. O, ümumiyyətlə indoneziyalılar üçün İbu Tien olaraq bilinir, eyni zamanda Siti Hartina Suxarto (yazıdakı fərq Holland Koloniyasi dövrünün yazılışından ibarətdir) kimi tanınır. Madam Suxarto da Suxarto üçün yaxın gizli və bir siyasi məsləhətçi olmaqla geniş tanınmışdı.
Siti Nurhaliza
Siti Nurhaliza binti Tarudin (ərəb. سيتي نورهاليزا بنت تارودين‎; 11 yanvar 1979) — Malayziya əsilli müğənni, aktrisa.
Siti Nurhalizah
Siti Nurhaliza binti Tarudin (ərəb. سيتي نورهاليزا بنت تارودين‎; 11 yanvar 1979) — Malayziya əsilli müğənni, aktrisa.
Siti Qraund
City Ground İngiltərədə, Vest Bridgford, Nottinghamsşire'da, Trent çayı sahilinə qurulmuş bir stadiondur. 1898-ci ildən bəri Nottingem Forest klubuna ev sahibliyi etməkdədir və 30.602 nəfərlik bir tutumu vardır. Stadion Avro 96 matçlarının oynandığı stadionlardan biri olmuşdur. Eyni zamanda bu stadion Forestin qonşu və əzəli rəqiblərindən Notts County'nin stadionu olan Meadov Lane'ə yalnız 300 metr uzaqlıqdadır (İngiltərədə peşəkar stadionların bir-birinə ən yaxın olanları bu stadionlardır).