Sidik saxlamamazlıq

Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması.

Sidik qaçırma
XBT-10 R32.
XBT-9 788.3
DiseasesDB 6764
MedlinePlus 003142
eMedicine med/2781 
MeSH D014549
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması.
  • Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama.
  • Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması
  • Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir.
  • Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.)[1][2]

Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:

  • Sidik gündəliyi (günlüyü)
  • Pambıqlı bez sınağı
  • Öskürək sınağı
  • İşəyəndən sonra qalıq sidiyin ölçülməsi
  • Sistoskopiya
  • Urodinamik sınaqlar

Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır:

  • gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə
  • dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə
  • qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə
  • daşma tipli sidik qaçırması - kateter
  • funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi.

[3]

  1. Sandip P Vasavada, MD. Urinary Incontinence Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine. eMedicine.
  2. "Milli Andrologiya Portalı - İnkontinans". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-07.
  3. "European Association of Urology - Guidelines on Urinary Incontinence" (PDF). 2014-07-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-07-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]