Cefferson-Siti

Cefferson-Siti (ing. Jefferson City) – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi.[1]

Şəhər
Cefferson-Siti
ing. Jefferson City
Bayraq
Bayraq
38°34′36″ şm. e. 92°10′25″ q. u.HGYO
Ölkə  ABŞ
Region Missuri
Başçı Karri Terqin
Tarixi və coğrafiyası
Əsası qoyulub 1821
Sahəsi 37.58 km²
Mərkəzin hündürlüyü 630 m
Saat qurşağı
Əhalisi
Əhalisi 43,079 nəfər (2010)
Sıxlığı 1,198.3 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 573
Poçt indeksi 65101-65111
Digər
jeffersoncitymo.gov
Xəritəni göstər/gizlə
Cefferson-Siti xəritədə
Cefferson-Siti
Cefferson-Siti
Cefferson-Siti xəritədə
Cefferson-Siti
Cefferson-Siti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min).[1]

Missuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda).[1]

Əsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir. 1830-cu illərdən burada Almaniyadan gəlmələr sürətlə məskunlaşmışlar. 1993-cü ildə baş vermiş daşqın nəticəsində güclü dağıntılara məruz qalmışdır.[1]

Linkoln Universiteti [ 1866, əsası Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) veteranları – afroamerikalılar tərəfindən qoyulmuşdur], Missuri ştatı muzeyi (italyan renessansı üslubunda tikilmiş Kapitoli binasında, 1911–18), Missuri ştatının hərb tarixi muzeyi, Kristofer Mausun evi (1854) var. Hər il caz festivalı keçirilir (1994-cü ildən, sentyabrda).[1]

Cefferson-Sitinin işləyən əhalisinin 60%-dən çoxu (təqribən 17 min nəfər; 2005) ştatın inzibati idarələrində, aqlomerasiyada işləyənlərin təqribən 10%-i sənayedə çalışır. Ayaqqabı, avtomobil detalları və ləvazimatları (oturacaq, radiator və s.), elektro-texnika avadanlığı və kosmetika istehsal edilir; poliqrafiya müəssisələri var. Kənd təsərrüfatı rayonunun ticarət-bölüşdürücü mərkəzidir (qarğıdalı, buğda, soya paxlası və s.).[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Cefferson-Siti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 211. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.