Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edirne
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var. Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir.
Egirin
Egirin — mineral. == Haqqında == Egirin - tərkibində 70-100 mol% egirin komponenti olan monoklinik piroksen, NaFe3+[Si2O6]. NaFe3+¬® Ca(Mg,Fe2+) əvəz­lənməsi adi haldır. Egirin avgitlə, həmçinin egirin diopsidlə fasiləsiz izomorf seriyaları vardır. Habitus prizmatik, iynə­vari. Xüsusi çəkisi 3,6. Rəngi tünd-yaşıl. Qələvi siye­nit, qranit və peqmatitlərdə. Metasomatik süxurlar içərisində dəmirli kvarsit qatları egirinitlər əmələ gətirir. Növ müxtəlifliyi: blanfordit, Ca-egirin , V-Egirin.
Ədirnə
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var. Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir.
Əmirli
Əmirli (Bərdə)
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Amblyseius eharai
Amblyseius eharai (lat. Amblyseius eharai) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius eharai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Indoseiulus eharai
Okiseius eharai
Okiseius eharai (lat. Okiseius eharai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin okiseius cinsinə aid heyvan növü.
Solmaz Əmirli
Solmaz Əmirli (9 iyun 1948, Kürdəmir) — Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri. == Həyatı == Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərmişdir. 1983–2003-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır. Bu illərdə Solmaz Əmirli "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olmuşdur. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici "Ünsiyyət" proqramının müəllifi və aparıcısı olmuşdur. Efirdə olduğu 17 ildə proqram geniş dinləyici auditoriyası qazanmışdı.
Tofiq Əmirli
Tofiq Şəmsəddin oğlu Əmirli (27 fevral 1992; Cəlilabad rayonu, Azərbaycan - 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. == Hərbi xidməti == Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tofiq Əmirli oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi == Təltiflər == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)).
Typhlodromina eharai
Typhlodromina eharai (lat. Typhlodromina eharai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromina cinsinə aid heyvan növü.
Əli Əmirli
Əli Məmməd oğlu Əmirli (30 oktyabr 1948, Novruzlu, Ağdam rayonu) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor == Həyatı == Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967-1973). Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış etmişdir. 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləmişdir (1969-1971). 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışmışdır. 1974 - 1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olmuş , leytenant rütbəsi ilə tərxis edilmişdir. Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olmuş, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunmuş, kitabları dövlət nəşriyyatlarında nəşr edilmişdir. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik etmişdir. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.
Əmirli (Bərdə)
Əmirli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılmışdır. == Tarixi == Yaşayış məntəqəsi 1948-ci ildə dağıdılmışdı. 1951–1952-ci illərdə Ermənistandan qanunsuz olaraq köçürülmüş azərbaycanlı ailələri orada məskunlaşdıqdan sonra dağılmış kəndin adı yeni yaşayış məntəqəsinə verilmişdi. Əmirli əfşar tayfasının bir qolu olan eymurların adının yerli tələffüzə uyğunlaşmış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. == Əhalisi == Kəndin əhalisi əsasən Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Mollalı kəndindəndirlər. İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda olan Sallı və Çivə kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin Əmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya — ata-baba yurdlarına qayıtmışdır.
Əmirli (Xudabəndə)
Əmirli (fars. اميرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 547 nəfər yaşayır (97 ailə).
Əmirli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirşah Əmirli
Əmirşah Səttar oğlu Əmirli (8 mart 2002; Binəqədi rayonu, Bakı, Azərbaycan — 28 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirşah Əmirli 8 mart 2002-ci ildə Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə Bakı şəhər 306 saylı tam orta məktəbdə təhsil almış, 7-ci sinifdə təhsilini dini kollecdə davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Əmirşah Əmirli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Əmirşah Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmirşah Əmirli 28 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ətirli söyüdgülü
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Ətirli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Ətirli toyçiçəyi
Ətirli toyçiçəyi (lat. Polygonatum odoratum) — toyçiçəyi cinsinə aid bitki növü.
Ətirli xəşənbül
Ətirli xəşənbül (lat. Melilotus suaveolens) — xəşənbül cinsinə aid bitki növü.
Ətirli yovşan
Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Ətirli çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Ətirli çətiryarpaq
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.