Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ADAU
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
AJAX
AJAX (ing. Asynchronous JavaScript and XML, azərb. Asinxron JavaScript və XML‎), İnternet səhifələrində JavaScript və XML Http Request istifadəçi ilə interaktiv proqramlar yaradan texnikanın adıdır.Necə oxunması lazım olduğu mövzusunda bir ümumi razılıq olmamaqla birlikdə əksəriyyətlə yazıldığı kimi ajaks olaraq oxunarkən, kimiləri tərəfindən eyni yazımlı ada futbol klubu nümunə göstərilərək Ayaks olaraq oxunur. İngiliscədə ey-ceks olaraq oxunur.Ən məşhur istifadə sahəsi, səhifəni yenidən yükləməyə ehtiyac qalmadan, səhifədə görünür dəyişikliklər etməkdir. XMLHttpRequest istifadə edilərək birdən çox müstəqil əməliyyat edilə bilər. Bəzi informasiya mütəxəssisləri, AJAX'ın HTML və XML-dən sonra ən yenilikçi İnternet proqramı olduğunu və Veb 2.0. 'ı sonlandırıb, 3. kainatın qapısını açdığını önə sürmüşlər. == İşləyişi == Asynchronous JavaScript and XMLsözlərinin qısaltması olan Ayaks, interaktiv veb tətbiqləri yaratmaq üçün istifadə edilən bir veb proqramlaşdırma texnikasıdır. Əsas məqsədi arxa planda serverlə kiçik miqdarda məlumat mübadiləsi sayəsində səhifəni daha sürətli yeniləyən veb səhifələri etmək, başqa sözlə istifadəçinin istədiyi hər anda bütün veb səhifəsini yeniləmək dərdindən xilas edir.
Adak
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Adaq
Addax
Addaks (lat. Addax nasomaculatus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin addax cinsinə aid heyvan növü.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
DAX
DAX (alm.Deutscher Aktienindex) - Almaniyanın ən əhəmiyyətli fond indeksidir. Bura Almaniyanın ən böyük otuz şirkəti daxildir. DAX 1988-ci ildə Almaniyanın Frankfurt şəhərində olan işadamları tərəfindən səhmləri idarə altında tutmaq məqsədiylə quruldu. Almaniyanın ən əhəmiyyətli şirkətlərinin səhmləri saxlayan Alman birjası indeksi, Alman birjasının nəbzini tutur. DAX-in içərisində yer ala bilmək üçün Prime Standart adı verilən kriteriyalara sahib olunması və birjada ticari şirkətin iqtisadi vəziyyətinin şəffaf olması və şirkətin cəmi gəlirinin 33%-inin birjada olması lazımdır.
Adam-Taş
Adam Rize
Adam Rize (ing. Adam Ries; 1492, Bad-Ştaffelştayn[d], Yuxarı Frankoniya – 30 mart 1559[…], Annaberq-Buxxols[d]) — Alman riyaziyyatçısı və pedaqoqudur; "+" və "-" işarələrindən istifadə etmiş, dərsliklərində vurmanın müasir üsulunu vermişdir.
Adam Sandler
Adam Sendler (ing. Adam Richard Sandler; 9 sentyabr 1966[…], Bruklin, ABŞ) — amerikalı aktyor, komediyaçı, ssenarist və prodüser. == Həyatı == Adam Sendler 9 sentyabr 1966-cı ildə Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Onun valideynləri uşaq bağçası müəlliməsi Cudit və elektrik mühəndisi Stenlidir. Sendlerin əcdadları Rusiyadan mühacir edən yəhudilərdir. O, altı yaşında olarkən Nyu-Hempşirin Mançester şəhərinə köçüb və orada böyüyüb. == Şəxsi həyatı == Adam Sendler 2003-cü ildə Jacqueline "Jackie Titone ilə ailə həyatı qurub. Həyat yoldaşı onunla evləndikdən sonra İudaizm dinini qəbul edib.Onların Sadie (2006) və Sunny (2008) adlı iki qızı var. Sendlerin həyat yoldaşı və uşaqları bəzən onun filmlərində görünür. Onun bacısı oğlu Jared "Piksellər" və "Home Team" filmlərində çəkilib.
Adam Schlesinger
Adam Lyons Schlesinger (31 oktyabr 1967, Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı – 1 aprel 2020) — Amerikalı müğənni-mahnı müəllifi, səs rejissoru, basist, gitaraçı, klaviaturaçı və nağaraçı idi. == Həyat və karyera == Schlesinger, New York şəhərində, Barbara "Bobbi" nin (Bernthal) oğlu, publisist və Stiven Schlesinger'də anadan olub. Manhetten və Montclair, Nyu Cersidə böyüdü və Montclair Liseyində iştirak etdi. Vilyams Kollecindən fəlsəfə üzrə bir bakalavr dərəcəsi almışdır. Üç Emmy Mükafatını, Bir Grammy Mükafatını və ASCAP Pop Musiqi Mükafatını qazandı və Akademiya Mükafatı, Tony Mükafatı və Qızıl Qlobus Mükafatlarına namizəd oldu. Wayne, Ivy və Tinted Windows qruplarının quruluşçu üzvü idi və Brooklyn mərkəzli sinx-pop dueti Fever High üçün əsas mahnı müəllifi və prodüseri idi. Schlesinger Nyu-Cersi ştatının Manhetten və Montclair şəhərində böyüdü. == Ölüm == ABŞ-də COVID-19 pandemiyası zamanı COVID-19-ın gətirdiyi ağırlaşmalara görə öldü.
Adam Sendler

Adam Smit
Adam Smit (ing. Adam Smith; ən geci 16 iyun 1723, Kerkoldi[d], Fayf[d] – 17 iyul 1790[…], Edinburq) — şotland əsilli Böyük Britaniyalı filosof və iqtisadçı. Müasir kapitalizmin banisi hesab olunan Adam Smit əxlaq fəlsəfəsi professoru olması səbəbindən iqtisadi yanaşmalarında bu elmin təsirləri hiss olunur. İqtisadiyyatda və təbiət hadisələrində nizam olduğunu və bunun müşahidə və əxlaq hissi ilə müəyyən oluna biləcəyini qeyd etmişdir. == Həyatı == Adam Smit Şotlandiyanın Kirkkaldi şəhərində çalışan gömrük nəzarətçisinin oğlu olaraq dünyaya gəlmişdir. Dəqiq doğum tarixi bilinməsə də, 16 iyun 1723-cü ildə, atasının ölümündən 6 ay sonra xaç suyuna salındığı məlumdur. Təxminən 4 yaşı olarkən qaraçılar tərəfindən qaçırılan Smit, qısa zamanda əmisinin köməyi ilə tapılmışdır. On dörd yaşı olarkən Qlazqo Universitetində əxlaq fəlsəfəsi mövzusunda Frensis Hatçisonun yanında təhsil almağa başlamışdır. Azadlıq, hüquq, ifadə azadlığı mövzularına bağlılığı da burada yaranmışdır. Qlazqo Universitetindən məzun olduqdan sonra 1740-cı ildə Oksforddakı Balliyol Kollecində oxumağa başlamış, lakin 1746-cı ildə məktəbi tərk edərək Oksfordun imtiyaz nəzarəti mövzusunda tənqidçilik etməyə başlamışdır.
Adam Vaizhaut
Adam Veishaupt (ˈjoːhan ˈaːdam ˈvaɪ̯s.haʊ̯pt) (6 fevral 1748[…], İnqolştadt, Yuxarı Bavariya – 18 noyabr 1830) — Alman hüquq professoru, filosof və gizli İlluminati təşkilatının yaradıcısı. == Həyatı == Adam Veishaupt 6 fevral 1748-ci ildə Bavariyanın Seçicilərində, İngolstadtda anadan olub. Veishauptun atası Johann Georg Veishaupt (1717–1753) Adam 5 yaşında olanda vəfat etmişdi. Atasının ölümündən sonra xaç atası olan Johann Adam Freiherr von Ickstattın himayəsinə keçdi. İckstatt Adamın atası kimi İngolstadt Universitedində hüquq professoru idi. İckstatt Kristian Volff və Aydınlanma fəlsəfələrinin müdafiəçisi idi və gənc Veishauptu öz rasionalizm ideyaları ilə yetişdirmişdi. Veishaupt öz formal təhsilinə 7 yaşındaykən Jesuit məktəbində başlamışdı. Daha sonra İngolstadt Universitedinə daxil oldu və 1768-ci il 20 yaşındaykən hüquq doktoru olaraq məzun oldu. 1772-ci ildə hüquq professoru adına layiq görülüb. Bir sonrakı il Eichstättlı Afra Sausenhoferlə evlənir.
Adam Veishaupt

Adam Veispaut

Adam Veyshaupt

Adam Viktora
Adam Viktora (6 sentyabr 1996, Çexiya) — Seyşel adalarını təmsil edən üzgüçü. Adam Viktora Seyşel adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adam Viktora birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatılır. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak edir. 24.30 saniyəlik nəticəsi ilə 56-cı yeri tutaraq yarımfinala vəsiqə qazana bilməyir.
Adam Zamenhof
Adam Zamenhof (pol. Adam Zamenhof; 11 iyun 1888, Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 29 yanvar 1940) — oftalmologiya sahəsində fəaliyyətinə görə ad qazanmış yəhudi-polyak əsilli həkim, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun oğlu. == Həyatı == Holokostdan əvvəl Adam Zamenhof görmə sahəsində korluğu müəyyən edən cihaz icad etmişdi. İkinci Dünya müharibəsi zamanı 6 sentyabr 1939-cu ildə o, Varşavada Starozakonniç Xəstəxanasının rəhbəri və direktoru idi. Həmin il 1 oktyabrda Zamenhof tutulmuş və Palmiridəki düşərgəyə göndərilmişdi, daha sonra isə güllələnmişdi. Adam və həyat yoldaşı Vanda Lui-Kristof Zaleski Zamenhofun valideynləridirlər.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Adam zəfəranı
Adam zəfəranı (lat. Crocus adami) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii,iv)+2ab(iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumru-şarvari, yumurtaşəkilli, üzəri, çox sayda dərivari, qəhvəyi örtüklə örtülüdür. Aşağı hissədən halqaşəkilli ayrılmışdır. Yarpaqları 3-7 ədəd çiçəklə bir vaxtda görünür, dar-xətvari, еnində çılpaq çiçəyə bərabərdir. Çiçəkyanlğı bükükdə qızılı-sarı, xarici tərəfdən şırımlı, еrkəkcikləri sarı rəngdə, dişicik ağızcığı narıncı, tozcuqdan hündürdür. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə-mеyvə əmələgətirmə dövrü aprеl-may aylarına təsadüf edir.
Adam Şlesinqer
Adam Lyons Schlesinger (31 oktyabr 1967, Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı – 1 aprel 2020) — Amerikalı müğənni-mahnı müəllifi, səs rejissoru, basist, gitaraçı, klaviaturaçı və nağaraçı idi. == Həyat və karyera == Schlesinger, New York şəhərində, Barbara "Bobbi" nin (Bernthal) oğlu, publisist və Stiven Schlesinger'də anadan olub. Manhetten və Montclair, Nyu Cersidə böyüdü və Montclair Liseyində iştirak etdi. Vilyams Kollecindən fəlsəfə üzrə bir bakalavr dərəcəsi almışdır. Üç Emmy Mükafatını, Bir Grammy Mükafatını və ASCAP Pop Musiqi Mükafatını qazandı və Akademiya Mükafatı, Tony Mükafatı və Qızıl Qlobus Mükafatlarına namizəd oldu. Wayne, Ivy və Tinted Windows qruplarının quruluşçu üzvü idi və Brooklyn mərkəzli sinx-pop dueti Fever High üçün əsas mahnı müəllifi və prodüseri idi. Schlesinger Nyu-Cersi ştatının Manhetten və Montclair şəhərində böyüdü. == Ölüm == ABŞ-də COVID-19 pandemiyası zamanı COVID-19-ın gətirdiyi ağırlaşmalara görə öldü.
Adam.az
Adams adası
Adams (ing. Adams) — yaşayışı olmayan, Oklend adalarının cənubunda yerləşən ada. Yeni Zelandiyaya məxsusdur. UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adanın şərqdən qərbə uzunluğu 17 km, şimaldan cənuba edi 9 km, sahil xəttinin uzunluğu 61,3 km, sahəsi — 97,3 km². Ən hündür nöqtəsi Dik zirvəsidir 668 metrdir. Oklend adasından eni 2,3–0,57 km olan boğaz ayırır. Adada çoxlu sayda endemik canlılar yaşayır: Oklend çay ördəyi, Oklend Snipe Auckland Shag və Auckland Rail.