Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mixael Ballak
Maykl Ballak (alm. Michael Ballack‎; 26 sentyabr 1976[…]) — alman futbolçu, yarımmüdafiəçi. Almaniya millisinin oyunçusu olub. Bayer 04, Bavariya, Çelsi klublarında oynayıb. FİFA 100 siyahısına daxildir.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Bellak (rayon)
Bellak (fr. Bellac) — Fransanın Limuzen regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Vyenna. Prefektura — Bellak. Rayon əhalisi 2006-cı ildə 4096 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf. / km². Rayon ərazisi — 1780 km².
Bulyak (Baltas)
Bulyak (rus. Буляк, başq. Бүләк) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 20 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 95 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (53%) tatarlar (44%) üstünlük təşkil edir.
Sandra Bullok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Bulak xan
Bulak xan (1360 – 1380 və ya 1379) — Qızıl orda xanı. 20 yaşında Mamay xan tərəfindən taxta çıxmış. Dəfələrlə Qiyasəddin Xaqanbəy xan və Urus xan tərəfindən devrilsə də yenə taxta qayıtmışdır. Sonuncu dəfə isə Qiyasəddin Xaqanbəy xan tərəfindən devrilmişdi.
Urta-Bulak
Urta-Bulak — Özbəkistan ərazisində təbii qaz yatağı. SSRİ dövründə aktiv surətdə istismar edilib. 1963-cü ildə Urta-Bulak yatağında təbii qaz partlayışı baş vermiş, alovu üç il (1064 gün) söndürmək mümkün olmamışdır.
Astragalus bulla
Astragalus cephalanthus (lat. Astragalus cephalanthus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Tragacantha cephalantha (DC.) Kuntze Astragalus armeriastrum Decne. ex Boiss. Astragalus bulla Fisch. Astragalus cephalanthus Kotschy ex Bunge Astragalus cephalanthus f. flavus Bornm. Astragalus cephalanthus var. schirasicus (Fisch.) Bornm. Astragalus djiroftensis Eig & Rech.f.
Bulak İyesi
Freya Allan
Freya Allan (tam adı: ing. Freya Allan; 6 sentyabr 2001, Oksfordşir[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə aktrisası. Netflixdə yayımlanan Cadugər teleserialındakı Sintra şahzadəsi Sirilla roluna görə tanınır. Freya Allan Oksfordşirdə anadan olub. Oksfordda Hedinqton Məktəbində təhsil alıb. Bakingemşirdə Bekonsfilddə Milli Film və Televiziya Məktəbində təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə Mavi quş (ing. Bluebird) və Milad ağacı (ing. The Christmas Tree) qısa filmlərində rol almışdır. Freya Allan Bornmut İncəsənət Universitetində təhsil alarkən Kapitan Firs (ing.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allah (Bəhailikdə)
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Allah (dəqiqləşdirmə)
Allah
Allan Bentsen
Allan Bentsen (21 avqust 1968) — Danimarkanı təmsil edən stolüstü tennisçi. Allan Bentsen Danimarkanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Allan Fakir
Allan Fakir (1932– 4 iyul, 2000) (Sind dilində: علڻ فقيرُ, Urdu dilində: علن فقیر), Pakistanın xalq mahnılarının ifaçısı. Pakistanda Sufi musiqisinin ən qabaqcıl təmsilçilərindən biri. Xüsusilə ekstatik ifa tərzi, həddindən artıq özünəxas ritorikası və sufi rəqsi ilə seçilirdi. Allan Fakir 1932-ci ildə Sind vilayətinin Camşoro məntəqəsinin Aamari adlı qədim kəndində anadan olmuşdur. Allannın anası ona həyat bəşx etdikdən sonra vəfat etmişdir. O uşaqlığını Sind vilayətinin Sehuan və Heydərabad şəhərləri arasında yerləşən Manhandda keçirmişdir. O Mangrasi tayfasından idi. Onun atası toylarda ənənəvi musiqilər ifa edir və baraban çalırdı. Fakirin qardaşları da indiyə qədər həmin işi görürlər. Fakir ərəb sözüdür, təsəvvüf və mistik anlam verir.
Allan Kanningem
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
Allan Lalin
Allan Lalin — Honduras futbolçusu Allan Lalin 1981-ci ildə Hondurasın Tequsiqalpa şəhərində dünyaya gəlib. Karyerasına ölkəsində – "Real Espana"da başlayıb. Daha sonra Avropaya gələrək Visla Krakov ilə müqavilə bağlayıb. Bu komandanın heyətində Polşa çempionu olub. Daha sonra isə ümidləri doğrultmadığından komandadan kənarlaşdırılıb və yenidən "Real Espana"ya dönüb. İndiyə qədər 9 dəfə Honduras millisinə dəvət alıb və 1 qola imza atıb. Lali ilə bağlı başqa bir maraqlı məqam da var. Belə ki, Allanın əmisi oğlu Hendri Tomas da futbolçudur. O, hazırda İngiltərə "Viqan"ının şərəfini qoruyur. 2009-cu ildə Xəzər-Lənkəran klubuna transfer olunub.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Nikolas Allan
Nikolas Allan (ing. Nicholas Allan; 11 dekabr 1956) — İngilis uşaq yazıçısı və illüstratorudur. İngiltərənin Brayton şəhərində doğulub böyüyən Nikolas Allan 1970–1975-ci illərdə Brayton Kollecində oxuyub. Slayd İncəsənət Məktəbində təhsilini davam elətdirmiş və Şərqi İngiltərə Universitetindən Yaradıcı Yazı Sənəti üzrə magistr dərəcəsini almışdır. İlk kitabını "Böyük Pəri" 1989-cu ildə nəşr etdi və o vaxtdan bəri uşaqlar üçün bir çox kitab yazmağa başladı, o cümlədən "Sehrli tualet", "Şeytan Teddi", "Kraliçanın Pantalonları". " Hilltop Xəstəxanası mükafat qazanan bir teleseriala uyğunlaşdırılmışdır. Onun digər kitabları arasında "Qapını sındırmaq üçün tam bələdçi" romanı da mövcuddur. Boş vaxtlarında Nikolas vaxtının çox hissəsini Londonda deyil, Braytonda keçirir.
Bəhailikdə Allah
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Allan Kormak
Allan Maklaud Kormak (ing. Allan McLeod Cormack; 23 fevral 1924[…], Yohannesburq, Transvaal[d], Cənubi Afrika İttifaqı – 7 may 1998[…]) — Cənubi Afrikalı və amerikalı fizik, " kompüter tomoqrafiyasının inkişafına görə" 1979-cu ildə fiziologiya və ya tibb üzrə Nobel Mükafatı laureatı (Godfrey Hounsfield ilə birlikdə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1983).
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Bulduk
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulvar
Bulvar (fr. boulevard, alm. bollwerk‎) — möhkəmləndirilmiş torpaq sahəsi, küçə, dəniz və çay sahili kənarında gəzinti üçün ayrılmış sahə. Bulvar piyada gəzintisi, insanların istirahəti üçün nəzərdə tutulur. Eyni zamanda bina və səkiləri tozdan və nəqliyyatla birbaşa təmasdan qoruyur. Bulvarda heykəl və abidələr qoyulur, fontanlar, uşaq və idman qurğuları, kafe və ticarət kioskları yerləşdirilir. == Qalereya == == Mədəniyyətdə == == Ədəbiyyat == Г. И. Воробьёв. Лесная энциклопедия. Москва, изд.Большая российская энциклопедия,1985, т.1, стр.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Qullar
Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Xullar
Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır.
Buşnak
Buşnak (Ərəb: بشناق, "bosniyalı" mənasını verir, həmçinin Buşnak, Boşnak, Buşenak və Buşnak kimi tərcümə olunur) — Bosniya müsəlman əsilli Levantin və Səudiyyə (Hecazi) xalqları arasında yayılmış soyaddır. Bu soyadı daşıyanlar 1878-ci ildə Avstriya-Macarıstan Bosniya və Herseqovinanı işğal etdikdən sonra xristian hakimiyyəti altında yaşamaqdan qorxan, Osmanlı Suriyasına köçən Bosniya müsəlmanlarının nəslindəndir. Levanta köçən bosniyalı müsəlmanların əksəriyyəti eyni ailəyə mənsub olmasalar da, mənşəyini göstərən ümumi soyad olaraq Buşnakı qəbul etmişlər. Bosniyalıların Fələstinə bəzi hərəkətləri, 1800-cü illərin sonlarında Osmanlı ordusuna əlavə qüvvələr təmin etmək üçün Bosniyalı müsəlman əsgərlərin Fələstinə gətirildiyi zaman baş verdi. Daha əhəmiyyətli bir hərəkat 1878-ci ildən, Habsburqlar Evi tərəfindən idarə olunan Avstriya-Macarıstan İmperiyasının Bosniyanı işğal etməsindən sonra baş verdi. Bosniyalı müsəlmanların mühacirəti 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən Bosniyanın ilhaqından sonra intensivləşərək bu müddət ərzində davam etdi. Çoxları müasir Türkiyənin bəzi hissələrinə köç etdi, daha az sayda isə Osmanlı Suriyasında (indiki Suriya, İsrail, Fələstin, Livan və İordaniya) məskunlaşdı. Bosniyalı mühacirlər əsasən indiki İordan çayının qərb sahilində və İsraildə yerləşən kəndlərdə məskunlaşıblar: Qeysəriyyə, Yanun, Nablus və Tulkərm. Onların nəsilləri hələ də bu kəndlərdə yaşayır və onların Bosniyalı irsi ərəb soyadı Buşnakda öz əksini tapmışdır.
Şellak
Şellak (nid. schellak) — Hindistanın və Cənub-Şərqi Asiyanın bəzi tropik və subtropik ağaclarında (Croton lechleri və b.) parazitlik edən Kerriidae ailəsinə aid yastıca həşəratlarının bir sıra cinslərinin (Metachardia, Kerria, Laccifer, Tachardiella, Austrotachardiella, Afrotachardina, Tachardina) dişiləri tərəfindən ifraz olunan təbii qatrandır. Şellakın tərkibində aleuretin turşusu, dihidrooksifikoserol turşusu, şellol turşusu, şellak mumu (5%-ə qədər), su və suda həll olunan piqment var. Ərimə temperaturu — +80… +120 °C-dir. Qələvi məhlullarda və aşağı alifatik spirtlərdə yaxşı həll olur, benzolda az həll olur və benzində, piylərdə və yağlarda demək olar ki, həll olmur. Şellak istehsalçısı kimi ən yaxşı tanınan növ, bəzi tropik ölkələrdə (o cümlədən, təkcə Asiya deyil, həm də Mərkəzi Amerikada) yabanı bitkilərin üzərində müvafiq növlərin əkilməsi ilə becərilən Kerria laccadır (digər adı Laccifer lacca). Beçələmə dövründə yastıcalar ağac budaqlarında oturur və ağacın şirəsini əmir, onu həzm edir və qatranlı maddə ifraz edir. Qurumuş lakın yığılması iyun və noyabr aylarında həyata keçirilir. Daha sonra üyüdülür, yuyulur və dənəvər lak kütləsi əldə etmək üçün qurudulur. Daha sonra 2–3%-li arsen sulfid əlavə edilməklə kətan torbalara yığılan lak ağac kömürünün odunda əridilir.
Rüllak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Büella
Büella (fr. Buellas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Virya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01065. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1669 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1104 nəfərdən (15-64 yaş) 816 nəfəri İqtisadi cəhətdən fəal, 288 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 76.2%). Fəal 816 sakindən 775 nəfər (395 kişi və 380 qadın), 41 nəfəri işsiz (26 kişi və 15 qadın) idi. 288 hərəkətsiz 107 nəfər arasında şagird və ya tələbə, 140 nəfər təqaüdçü, 41 digər səbəblərə görə hərəkətsizdir.
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. •Kəndin əhalisin 64%-i Azərbaycanlılardır. 24%-i qaraçı, 12%-i isə saxur mənşəlidir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. •Kənddə 6 tabun (məhəllə) vardır və hər bir tabun orada yaşayan əsas aparıcı nəslin adı ilə adlanır: Oba tabun, nemeslər tabun,qaraşıxlar tabun, daşlı tabun,pakuliy tabun-(əhalisini saxurlar təşkil edir). Güləük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.və-də kəd. Alazan Əyrılıay çökəkliyinn. dəDağıstanın Saxu kənıdindən köçüb gəlmiş ailələrin Güllük adlanən yerdə məskunlaəması nəticğsində yaranməşdır. Toponılmışgüıl, çiçək olan ərazi" mənasındadır.