Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Allar | |
---|---|
38°47′53″ şm. e. 48°14′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər.[1]
Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb. Toponimi eyni zamanda Şahsevən tayfalarından olan alarlılar ilə də bağlayırlar.[mənbə göstərin]
Təbii abidədir. Alar kəndi yaxınlığındakı uca dağ silsilələrinin birində yerləşən konusşəkilli qaladır. El arasında Qız qalası kimi tanınan bu qaya zirvəsi lap qədimdən insanların sığınacaq yeri olub. Burada yerli atəşpərəstlər əvvəlcə ibadətgah, sonra isə qala bürcləri inşa etməklə güclü və möhkəm bir istehkam qurublar. Dəniz səviyyəsindən təxminən 1810 metr yüksəklikdə yerləşir. Qalanın üstündə od yerlərinin izlərini tapan tədqiqatçılar buranın həm də atəşpərəstlik dövründə fəaliyyət göstərən məbəd olduğu fikrini irəli sürürlər. Ehtimal edilir ki, İslamdan əvvəl oda sitayiş edən atəşpərəstlər burada yaşayıb və məbəd ucaldıblar. Sonralar ərəb işğalçılarına qarşı məbəddən qala kimi istifadə ediblər. Bəzi müəlliflər qalanın tarixini V-IX əsrlərə, zərdüştlüklə məşğul odsevərlər dövrünə qədər aparıb çıxarırlar. Alar Qız Qalası 1812-ci ildə İran hökmdarı Fətəli şah Qacarın vəliəhdi, İran ordusunun baş komandanı Abbas Mirzənin Azərbaycana hücumu zamanı müdafiə baxımından mühüm əhəmiyyət kəsb edib. Uzaqdan baxanda dağın başında papaq kimi görünən qalanın bir tərəfi dərin uçurumdur. Üç tərəfdən sərt döngəli, təhlükəli qaya cığırı vasiətsilə ən üstə qədər gedib çıxmaq olur. Buranı ziyarət etmək bir gün vaxt aparır. Qalaya saxsı borular vasitəsilə Xanbulaqdan su kəməri çəkilib. Həmin saxsıların izləri bu günədək qalır. Qaladan 500-600 metr aralıda Oğlanqala var. Hər iki qalaya gediş-gəlişi təmin edən yeraltı yol, tunel olub. Təhlükə olanda bir qaladan digərinə xəbər vermək üçün ən üstdəki bürclərdə tonqal qalanıb. Əraziyə yerlilər Voynbərə deyir. Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə aralıda qədim qəbiristanlıq, müxtəlif mağaralar, eləcə də 10-15 ədəd gözətçi məntəqəsi var. Qayaüstü yazılar diqqəti çəkir. Tədqiqatçılara görə qalanın ətrafı Orta əsrlər yaşayış məntəqəsi olub.[mənbə göstərin]
Yardımlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |