Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Acırlı (Pərsabad)
Acırlı (fars. اجيرلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 5,461 nəfər yaşayır (1,107 ailə).
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Mübariz Aşırlı
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Ağkənd (Acırlı, İran)
Ağkənd — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Marağa şəhərindən 70 km cənub-şərqdədir.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Arl
Arl (fr. Arles, oks. Arle) — Fransanın cənub-şərqindəki Provans-Alp-Kot-d'Azur regionun Buş-dü-Ron departamentində yerləşən şəhər və kommuna. == Coğrafiya == Rona çayı Kamarq deltasını meydana gətirən Arldan yuxarı olan iki filiala sürüklənir. Kamarqın böyük bir hissəsi Arlın tərkibində olduğundan, əhalisinin 50,000 mindən çox olmasına baxmayaraq, Böyükşəhər Fransanın ən böyük kommunasıdır. Şəhərin sahəsi 758,93 km²-dir. == Əhali == Əhalinin dinamikası: == İqtisadiyyat == 2010-cu ildə işləyən yaşda olan 33,137 (15–64 yaş) nəfərin, 22,479 nəfər iqtisadi cəhətdən aktiv, 10,658-i isə qeyri-aktiv idi (fəaliyyət göstəricisi 67,8%-dir). İşləyən yaşda olan 22,479 nəfərin 18,749-u (9,948 kişi və 8801 qadın) aktiv işləyir, 3,730-u isə işsiz(1,787 kişi və 1,443 qadın) idi. 10,658 əmək qabiliyyətli qeyri-aktiv vətəndaşlar 3,190-u şagird və ya tələbə olmaları, 3,017-i pensiyaçı olmaları, 4,451-isə digər səbəblərlə bağlı idi. == Qardaş şəhərlər == == Həmçinin bax == Provans-Alp-Kot-d'Azur == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Arles ilə əlaqədar mediafayllar var ville-arles.fr — Arl şəhərinin rəsmi saytı Арль // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Ablı (Ərdəbil)
Ablı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Gəncgah kəndistanında, bölgənin mərkəzindən 10 km qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun üstündədir.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Adlı təqaüd
Allı (Əhər)
Allı (fars. اللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (170 ailə).
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı Ərdoğan
Aslı Ərdoğan (türk. Aslı Erdoğan) - Türk fizik və yazar. Türk ədəbiyyatına əsərlərini 1990-cı illərdən verməyə başlamış, dövrünün yeni yazarlarındandır və Avropa atom araşdırmaları mərkəzində xidmət edən ilk türk fizikidir. Fizika doktoranturasını yarıda buraxaraq ədəbiyyatı seçdi, hekayə yazarı kimi tanındı. Hekayələrdən roman, poetik mətn, sınaq üçün əsərlər yazdı. Çoxsaylı qazetlərdə köşe yazarı kimi işləmişdir. Bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüş Erdoğanın əsərləri xüsusilə Avropa ölkələrində maraq görmüş çoxsaylı dillərdə tərcümə olunmuşdur. == Həyatı == 1967-ci ildə İstanbulda dünyaya gəlib İlk öncə Amerika Robert Liseyini bitirmiş ardınca Boğaziçi Universitetinin Kompüter Mühəndisliyi və Fizika bölümlərini bitirmişdir. 1991-1993-cü illərdə Cenevrədə Avropa atom araşdırmaları mərkəzində Higgs booze üzərində çalışdı. Türkiyəyə döndükdən sonra İstanbulda Afrikalı qaçqınlarla yaşadı.
Atlı (İrəvani)
Atlı — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu əsərdə təsvir zəif, təxmini və sxematikdir. Miklaşevskinin sözlərinə görə insan və atın təsviri taxta kimi və ya kukla kimi görünür. "Atlı" İrəvaninin dövrümüzə çatmış əsərləri arasında peyzaj və at təsviri olan yeganə əsərdir.. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954.
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Atlı xalqlar
Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar. == Etnik kimlikləri == Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) , er eniş (atüstü gürəş) , papaq oyunu və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır. == Döyüş tərzləri == Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar". Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi.
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. == Əhalisi == Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Abilli (Əhər)
Abilli (fars. ابللو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (45 ailə).
Ruslan Sabirli
Əjdər Sabirli
Əjdər Xanlar oğlu Sabirli (22 dekabr 1996; Tərtər rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əjdər Sabirli 1996-cı il dekabrın 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Sabirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 8-də Talış istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Acarlı Ağdam rayonunun Novruzlu inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir.Bunlardan biridə Sadiq Hümbətovdur.O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra ,Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Arli (departament)
Arli — Nigeriyanın Aqadez regionuna daxil olan departament. Mərkəzi Arli şəhəridir. 2012-ci ilə görə departamentin ümumi əhalisi 105025 nəfər olmuşdur.
Teymur xan Acarlı Şamlı
Teymur xan Acarlı Şamlı və ya Teymur xan Acarlı — Səfəvi imperiyasının XVII əsrdə fəaliyyət göstərmiş hərbi və dövlət xadimlərindən biri. == Həyatı == Səfəvi dövlətini yaradan qızılbaş türk tayfalarından biri olan Ustaclı tayfasına mənsub Teymur xan Səfəvi dövlətinin bəylərbəyilərindən biri olmuşdur. O, Kürdüstan vilayətinin nifrət edilən bəylərbəyi Xosrov xan Ərdəlanın Səfəvi şahı I Süleyman (1666–1694) tərəfindən vəzifədən çıxarılıb edam edilməsindən sonra Kürdistan bəylərbəyi təyin edilmişdir. O, bu vəzifəni 1682-ci ildən 1688-ci ilə qədər icra edib. Beləliklə, Temur xan Acalı Şamlı Səfəvi Kürdüstanında bəylərbəylik edən ilk qeyri-kürd şəxs olmuşdur. Vilayətə kənardan gəldiyi üçün o, 1688-ci ildə bu vəzifəsindən yerlilər tərəfində qovuldu və onun əvəzinə bu vəzifəyə II Xan Əhməd xan Ərdəlan təyin edildi. == Həmçinin bax == Ağa xan Müqəddəm ‎ == İstinadlar == == Mənbə == Floor, Willem. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, D.C.: Mage Publishers. 2008.
Abadlı
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Abazlı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir. Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Abdınlı
Abdınlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kənd oradakı Tağıbəyli kəndindən çıxmış Abdınlı adlı nəslin həmin kəndə məxsus qışlaq yerində XX əsrin əvvəllərində məskunlaşması nəticəsində yaranmışdır. Bu kiçik elin yaylağı Mərzili kəndinin yaxınlığında, yaylağı Kəlbəcərin Sarıyar dağında, qışlağı isə Qarabağın düzündə məskunlaşdığı yer idi.
Güllücə-i Abilli (Əhər)
Güllücə-i Abilli (fars. گلوجه ابللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (23 ailə).
ARKİ
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının mövcud olmuş ictimai birliyi. == Ümumi məlumat == 21 iyun 2012-ci ildə təsis edilib. Sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdir. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. İttifaq tərəfindən Milli Kino Mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunacaq. == Fəaliyyəti == 2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Armi
Armi (fr. Armix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Biryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01019. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 20 nəfər təşkil edirdi. == Coğrafiyası == Armi, Yura dağlarında, Amberye-an-Byuje şəhərindən 21 km cənub-şərqdə, dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Armi ilə əlaqəli mediafayllar var. "Armi" (fransız).
Ari
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Barlı bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Acərli
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Alılı (Marağa)
Alılı (fars. اللو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Anbarlı
Anbarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aşıxlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir.
Abarqi
Abarqi (şum. 𒀀𒁇𒄀, A.BAR.GI; Ur[d]) — təqribən e.ə. 3500-cü ildə hakimiyyətdə olmuş Ur çarı. Onun məzarı 1926–1927-ci illərdə ingilis arxeoloq ser Leonard Vulli tərəfindən Ur şəhərində tapılmıdır. Abarqinin yanında çariça Şub-adın məzarı yerləşirdi. Bu məzarlarda saray sakinlərinin skeletləri və əşyaları da tapılmışdır.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Abdinli
Abdinli — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abidinli kəndi Yardımlı rayonunun əhalisinə və ev tikilisi sayına görə, çox kiçik kəndlərindən biridir. Hazırda Abidinli kəndində 28 tikili ev, Yeni Abidinli kəndində isə 17 tikili ev mövcuddur. Abidinli kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənd rayon mərkəzindən şimal–qərbdə, mərkəzdən 11 km aralı məsafədə yerləşən dağ kəndlərindən biridir. Azərbaycan respublikasının dövlət sərhədinin 2 km kənarında, Savalan dağının şimal yerləşir. Kənd beş kiçik təpəciklə əhatə olunmuş, sıldırım qayaların üzərində qərar tutmuşdur. Kəndin qərb qurtaracağında, qayaların üstündə tarixi bir Qala yeri vardır. Bu Qala Azərbaycan Mədəniyyət Nazirliyinin qeydiyyatinda olmaqla Abibinli Qalası kimi 1204 nömrəsi ilə qeydiyyatdadır.[mənbə göstərin] Abidinli qalasının eni 56 metr, uzunluğu isə 100 metrdən artıqdır. Bu qala qədim Sasanilik-Atəşpərəstlik dövrünün qalalarının ehtimalları sırasındadır.
Abilin
Abilin — ABŞ-nin Kanzas ştatında şəhər. Abilin — ABŞ-nin Texas ştatında şəhər. Abilin gölü — ABŞ-nin Texas ştatında su anbarı. Abilin — ABŞ-də "Internet2" qeyri-kommersiya konsorsiumu tərəfindən yaradılmış eksperimental yüksək sürətli kompüter şəbəkəsi.