Arali

Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı.

Arali
არალი
41°37′55″ şm. e. 42°49′27″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.120 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.324 nəf. (2014)
Rəsmi dili gürcü dili
Xəritəni göstər/gizlə
Arali xəritədə
Arali
Arali

Toponimkası[redaktə | mənbəni redaktə et]

Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Bakı,"Nurlan",2008.

Xarici keçid[redaktə | mənbəni redaktə et]