Ruslan Sabirli

Ruslan Sabirli (16 sentyabr 1979, Sumqayıt) – aktyor[1], prodüser, rejissor[2], bəstəkar[3][4][5], Buktreyler Festivalının təsisçisi və direktoru[6], Azərbaycanın ilk mentalisti[7][8][9][10].

Ruslan Sabirly
Ruslan Sabirli
Doğum adı Ruslan Sabirli
Doğum tarixi 16 sentyabr 1979(1979-09-16) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 3
Fəaliyyəti
  • Aktyor
  • Prodüser
  • Rejissor
  • Mentalist
Təhsili
  • Bakalavr
  • Magistr
  • Aspirantura
Boyu 180 sm
Mükafatları Qraf
IMDb ID7335712
sabirly.com

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Ruslan Sabirli 16 sentyabr, 1979-cu ildə ziyalı ailəsində dünyaya göz açmışdır. Azərbaycan, Rus, Türk və İngilis dillərini bilir.

O, 13 saylı (1-5 siniflər), 36 (6-7 siniflər) saylı və 41 saylı (8-11 siniflər) orta təhsil müəssisələrində təhsil almışdır. Məktəbdə oxuyarkən müxtəlif tədbirlərdə musiqiçi və mentalist kimi çıxış edirdi. Orta məktəbi başa vurduqdan sonra Sumqayıt Dövlət Universitetinə daxil olur və eyni zamanda universitet və şəhər tədbirlərində musiqiçi-aranjimançı, aparıcı və mentalist kimi çıxış edərək incəsənət və yaradıcılıqla daha yaxından məşğul olur.

Bakalavr və Magistr dərəcələrini qırmızı diplomla başa vurduqdan sonra, aspiranturaya daxil olmaq qərarına gəlir və "Çoxölçülü neyron idarəetmə sistemləri" mövzusunda dissertasiya müdafiə edir. Müəllifi olduğu bir çox elmi məqalələr beynəlxalq və yerli elmi jurnallarda çap edilir, bir sıra tezisləri beynəlxalq konfrans və seminarlarda işıq üzü görür.

Daha sonra, o Layihə Menecmenti istiqaməti üzrə Ukraynada təhsil alır və Beynəlxalq Layihə Menecmenti Assosiasiyası tərəfindən Sertifikatlaşdırılmış Beynəlxalq Layihə Meneceri Level C (IPMA Level C 0100428[11]) statusunu qazanır.

2009-cu ildən Beynəlxalq Şagird Mübadiləsi Proqramının (Youth For Understanding - YFU) Azərbaycan ofisinin həmtəsisçidir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ruslan Sabirli, aktyor karyerasına müxtəlif TV reklam və sosial çarxlarda oynamaqla başlamışdır.

Kinoya ilk gəlişi Azərbaycanın Əməkdar artisti Sənubər İsgəndərlinin dəvəti ilə "Qaynana" serialından başlamışdır. Bundan sonra türk rejissoru Naci Çəlik Bərksoy tərəfindən çəkilən "Həyat varsa" layihəsinin "Xəyanət", "Əsl sevgi", "Sürücü" filmlərinə baş rol təklifləri alır. Bu layihədən dərhal sonra isə Asif Abramovun rejissorluğu ilə çəkilən "Muradına çatan Günəş" serialında baş rol - Kapitan Murad obrazını canlandırmaq üçün dəvət olunur. Bir il sonra isə rejissor, prodüser Emin Mirabdullayev tərəfindən baş rol - biznesmen Həmid obrazını oynamaq üçün eyniadlı bestseller kitab əsasında çəkilən "Sənə inanıram" serialına dəvət alır.

2010-2012-ci illərdə TV kanalları online izləmək imkanı verən www.teleradio.tv televiziya portalını təsis etmişdir.

2013-2014-cü illərdə kinematoqrafa həsr edilmiş www.cinemanews.az kino portalını təsis etmişdir.

2013-2014-cü illərdə CNC (Cinemtographic National Center) Film Məktəbini yaratmışdır [12].

2014-cü ildə aktyorluq və prodüserlik təhsili almaq üçün Almaniyaya yola düşür[13][14][15].

2016-cı ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Buktreyler Festivalının[16][17][18] Münsiflər Heyətinin üzvüdür.

"Buktreyler" və "Mentalizm" anlayışlarını ilk dəfə Azərbaycana gətirmişdir. Tanınmış şəxs olaraq ilk dəfə Qafqazda Facebook[19][20] və Azərbaycanda Odnoklassniki[21] sosial şəbəkələrində təsdiqlənmiş profil statusunu almışdır.

Musiqi[redaktə | mənbəni redaktə et]

Ruslan Sabirli musiqi təhsilinə 10 yaşında olarkən başlamışdır. Orta musiqi təhsillidir, Azərbaycanın milli musiqi aləti olan tar sinfini bitirmişdir. Bununla yanaşı olaraq, o, pianoda ifaçılıq dərslərini almış və orta məktəb səhnəsində musiqiçi kimi çıxışlar etmişdir. İlk musiqi kompozisiyası olan "Getsəm, bağışla" əsərini 17 yaşında bəstələmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Aktyor
İl Növ Ad Rol Obraz Rejissor Telekanal
2011 serial Qayınana (teleserial, 2011), 8-ci seriya Epizodik rol Turizm üzrə əcnəbi ekspert Rüfət Şahbazov Xəzər TV, Azərbaycan
2011 serial Hörümçək toru (film, 2011)[22] Əsas rol Baş qəhrəmanın yaxın dostu Elşən Heydərov Lider TV, Azərbaycan
2011 serial Muradına çatan Günəş (serial, 2011–2012) Baş rol Murad Asif Abramov Lider TV, Azərbaycan
2012 film Həyat varsa... (serial, 2012), Xəyanət Baş rol Vidadi Naci Çəlik Berksoy Xəzər TV, Azərbaycan
2012 film Həyat varsa... (serial, 2012), Əsl sevgi Baş rol Habil Naci Çəlik Berksoy Xəzər TV, Azərbaycan
2012 film Həyat varsa... (serial, 2012), Sürücü Baş rol Arif Naci Çəlik Berksoy Xəzər TV, Azərbaycan
2013 serial Sənə inanıram (teleserial, 2013–2014) Baş rol Həmid Sain Qəhrəman Xəzər TV, Azərbaycan
2014 televiziya filmi Yeni il filmi Baş rol Nəsimi Məmmədoğlu İctimai TV
2015 film Bakı, mən səni sevirəm! Dublyaj aktyoru Yeqor Mixalkov-Konçalovskiy MosFilm
2016 klip Dejavu - Sevinc Aqasiyeva Baş rol
2018 film Müslüm Maqomayev haqqında film [23] Epizodik rol Jurnalist Oleq Assadulin Pervıy kanal, Rusiya
2020 qısa film Uzaq yol Əsas rol Şövkət Fikrətqızı
2020 klip Sevgi nəyə deyirsən sən - Sevda Yəhyayeva Baş rol Nail Naiboğlu
2020 serial Yalan Həqiqət İkinci dərəcəli rol Adil Sain Qəhrəman İTV, Azərbaycan
2021 serial Coşqun Dəniz Baş rol Coşqun Bəhruz Əliyev Space TV, Azərbaycan
2021 qısa film Zəng[2] Baş rol Əsgər Ruslan Sabirli Mədəniyyət TV, Azərbaycan
2022 serial Eltilər Baş rol Arif Elçin İbrahimov ATV, Azərbaycan
Rejissor
İl Növ Ad Sifarişçi və dəstəkçilər
2013 promo "Sənə İnanıram" serialı qəhrəmanlarının Yeni İl təbriki MediaMaster
2016 reklam KARE Tbilisi & Baku şourumları KARE Design GmbH
2016 promo Red Bull Thre3style National Final Promo DJ N.E.Z. Redbull
2016 – 2020 promo Buktreyler Festivalının bütün promoları Buktreyler Film Festivalı
2021 film Zəng Bakcell
Prodüser
İl Növ Ad Dəstəkçilər
2010-2012 TV portalı TeleRadio.TV
2013-2014 kino portalı CinemaNews.Az
2013-2014 film məktəbi CNC (Cinemtographic National Center)
2016 – 2020 festival Buktreyler Film Festivalı[24][25] Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanfilm, Azercell, Libraff
2021 film Zəng Bakcell

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Getsəm, bağışla (1996, təqdimat ili: 2016)[26][3][5]
  • Yaz Xatirələri (2009, təqdimat ili: 2014)[27][28]
  • Mələklə bir gün (2010, təqdimat ili: 2016)[4][29]
  • Zirvə (2016, təqdimat ili: 2017)[30][31][32][33]

Aparıcılıq[redaktə | mənbəni redaktə et]

TV aparıcı[redaktə | mənbəni redaktə et]

İl Veriliş Təsvir TV
2021 Aqraf İntellektual oyun verilişi Bilmag TV, Youtube
2022 İndi başla Səhər şousu Kanal S, Azərbaycan

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 1997-1999 — Universitetdə təhsil aldığı müddətdə şəhid Ceyhun Vahabov adına fəxri tələbə təqaüdü ilə mükafatlandırılıb.
  • 1999 — II Gənclər Forumuna nümayəndə seçilmişdir.
  • 2002 — III Gənclər Forumuna nümayəndə seçilmişdir.
  • 2002 — Səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinin fəxri diplomuna layiq görülmüşdür.
  • 2013 — "TOP-20 ən dəbli Azərbaycanlı aktyor və aktrisalar" siyahısına daxil olmuşdur [48].
  • 2020 — "TOP-20 ən xarizmatik Azərbaycanlı kino və serial aktyorları" siyahısına daxil olmuşdur [49].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Trend.Az. "Азербайджанский актер в центре внимания грузинских СМИ (ФОТО)". Trend.Az (rus). 2015-10-19. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  2. 1 2 "® Zəfər Gününə həsr olunmuş "Zəng" adlı qısametrajlı film təqdim edilib". azertag.az (az.). 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
  3. 1 2 "Азербайджанский киноактер презентовал свою композицию (Аудио)". KASPIY.AZ. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  4. 1 2 ""Один день с ангелом" азербайджанского киноактера - АУДИО". Day.Az (rus). 2017-02-14. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  5. 1 2 "В жизни каждого наступает тот день, когда уходит любимый человек- Руслан Сабирли (АУДИО)". Trend.Az (rus). 2016-11-15. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  6. "Culture Ministry backs Booktrailer Festival in Azerbaijan - News | Ministry of Culture of the Republic of Azerbaijan". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2016-03-09. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  7. Sputnik. "Azərbaycanın Devid Kopperfildi peyda olub: "Fikirləri oxuyur, əşyaları hərəkətə gətirirəm"". sputnik.az (az.). 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  8. "Azərbaycanın Devid Kopperfildi: "Fikirləri oxuyur, əşyaları hərəkətə gətirirəm" - Video". MINVAL.INFO (az.). 2019-03-29. İstifadə tarixi: 2019-04-06.
  9. Sputnik. "У нас людей интересует только их будущее - азербайджанский Дэвид Копперфильд". az.sputniknews.ru (rus). 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  10. "Читать чужие мысли: Первый менталист Азербайджана запустил свое шоу - ВИДЕО". Novosti.Az. 2019-04-28. 2019-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-01.
  11. IPMA. "Database of Certified Professionals" (ingilis). IPMA International Project Management Association. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  12. "Ruslan Sabirli: "Xəyanət normal hala çevrilib" MÜSAHİBƏ" (az.). Sia.az. 2013-10-28. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  13. "Yaraşıqlı aktyor serialı niyə tərk etdi? – Foto". Publika.Az (az.). 2014-02-07. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  14. "Азербайджанский актер рассказал, почему он покинул страну". KASPIY.AZ. 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  15. "Руслан Сабирли рассказал о поездке в Германию: "Меня вдохновляет женская красота"". Trend.Az (rus). 2014-03-07. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  16. "Booktrailer Festival jury members announced". AzerNews.az (ingilis). 2016-04-13. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  17. "Second Booktrailer Festival jury members announced". AzerNews.az (ingilis). 2017-04-14. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  18. "Jury for third Booktrailer Festival named [PHOTO]". AzerNews.az (ingilis). 2018-04-18. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  19. 1news. "Грузинский «ОК!» написал об азербайджанском актере – ФОТО". 1news.az. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  20. 1news. "Кому из представителей азербайджанского шоу-бизнеса Марк Цукерберг подтвердил звездный статус? – ФОТО". www.1news.az. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  21. "Ruslan Sabirli indi də "odnoklassniki"də - FOTO". Teleqraf.com (az.). 2014-06-10. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  22. 1news. "На канале Space стартует сериал с криминальной сюжетной линией - ФОТО - ВИДЕО". www.1news.az. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  23. 1news. "Первый канал снимет фильм о Муслиме Магомаеве в Баку: кто сыграет роль легендарного певца? – ФОТО". www.1news.az. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  24. "Winners of first Booktrailer festival named". AzerNews.az (ingilis). 2016-04-25. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  25. "Winners of second Booktrailer festival named [PHOTO]". AzerNews.az (ingilis). 2017-04-24. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  26. "Sumqayıtlı kinoaktyorun növbəti bəstəsi - "Getsəm, bağışla" (VİDEO)". Xeberle.com (ingilis). 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  27. "Sumqayıtlı kinoaktyor melodiya bəstələyib (AUDİO)". Xeberle.com (ingilis). 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  28. "Руслан Сабирли представил первую композиторскую работу - ФОТО". Day.Az (rus). 2014-04-30. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  29. ""Один день с ангелом" азербайджанского киноактера (АУДИО)". Trend.Az (rus). 2017-02-14. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  30. Laravel. "Tanınmış aktyorumuz şəhidlərimizə mahnı həsr etdi - "Zirvə" - VİDEO". Laravel (az.). 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  31. Trend.Az. "Памяти шехидов Карабахской войны посвящается (АУДИО)". Trend.Az (rus). 2016-04-07. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  32. "Памяти шехидов Карабахской войны посвящается - АУДИО". Day.Az (rus). 2016-04-07. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  33. "Ruslan Sabirli şəhidlərimizə mahnı həsr etdi". Sia.az (az.). 2016-04-07. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  34. "В Баку наградили победителей проекта Azerbaijan Golden Kids Awards 2018 - ФОТО" (rus). Day.Az. 2018-06-04. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  35. "В Баку наградили победителей проекта Azerbaijan Golden Kids Awards 2018". В Баку наградили победителей проекта Azerbaijan Golden Kids Awards 2018. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  36. "В Баку прошел гала-вечер и церемония награждения IV Фестиваля буктрейлеров (ФОТО)". В Баку прошел гала-вечер и церемония награждения IV Фестиваля буктрейлеров (ФОТО). 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
  37. ""Azerbaijan golden kids awards 2019" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub (FOTO)". “Azerbaijan golden kids awards 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub (FOTO). 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
  38. ""Avanqard"la zaman maşınında keçmişə və gələcəyə səyahət (FOTO/VİDEO)". trend.az (az.). “Avanqard”la zaman maşınında keçmişə və gələcəyə səyahət (FOTO/VİDEO). 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  39. "Путешествие в прошлое и будущее на машине времени в Баку (ВИДЕО, ФОТО)". Trend.Az (rus). 2022-11-01. 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
  40. ""Avanqard"la zaman maşınında keçmişə və gələcəyə səyahət... - VİDEO - FOTO". milli.az (az.). “Avanqard”la zaman maşınında keçmişə və gələcəyə səyahət... - VİDEO - FOTO. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  41. "В Киноцентре "Низами" прозвучали саундтреки к 20 популярным фильмам - ФОТО - ВИДЕО". day.az (rus). В Киноцентре "Низами" прозвучали саундтреки к 20 популярным фильмам - ФОТО - ВИДЕО. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  42. "Avangard Chamber Orchestra immerses audience into incredible journey in time [PHOTO/VIDEO]". Azernews.Az (ingilis). 2022-11-03. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
  43. "Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş "Kinokonsert" Multimedia Şousu - VİDEO - FOTO". milli.az (az.). Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş “Kinokonsert” Multimedia Şousu - VİDEO - FOTO. Archived from the original on 2023-03-02. İstifadə tarixi: 2023-04-28.
  44. ""Kinokonsert" Multimedia Şousu". azertag.az (az.). “Kinokonsert” Multimedia Şousu. 2023-28-04 tarixində arxivləşdirilib.
  45. "125-летие кинематографа Азербайджана отметили мультимедийным шоу с песнями и танцами (ВИДЕО, ФОТО)". trend.az (rus). 125-летие кинематографа Азербайджана отметили мультимедийным шоу с песнями и танцами (ВИДЕО, ФОТО). Archived from the original on 2023-04-28. İstifadə tarixi: 2023-04-28.
  46. "125-летие кинематографа Азербайджана отметили мультимедийным шоу - ФОТО - ВИДЕО". day.az (rus). 125-летие кинематографа Азербайджана отметили мультимедийным шоу - ФОТО - ВИДЕО. Archived from the original on 2023-04-28. İstifadə tarixi: 2023-04-28.
  47. "Мультимедийное шоу «Киноконцерт»". azertag.az (rus). Мультимедийное шоу «Киноконцерт». Archived from the original on 2023-03-30. İstifadə tarixi: 2023-04-28.
  48. "ТОП-20 самых стильных азербайджанских актеров и актрис 2013 года (ФОТО)" (rus). Trend.Az. 2013-12-30. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  49. "ТОП-20 самых харизматичных молодых актеров кино и сериалов Азербайджана (ФОТО)" (rus). Trend.Az. 2020-08-02. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]