Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Carlı | |
---|---|
40°05′10″ şm. e. 48°09′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.[1]
Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir[2].
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.