Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbrahim Şevki Atasaqun
İbrahim Şevki Atasaqun (1899 İstanbul, Osmanlı İmperiyası – 28 may 1984 Ankara) – Türkiyəli, siyasətçi, dövlət xadimi. O, 1966-cı ildə Prezident Camal Gürsəl ABŞ-da müalicə olunduğu müddətdə onun yerinə 55 gün prezident səlahiyyətlərini icra edib. == Karyerası == İbrahim Şevki Atasaqun hərbi tələbə kimi daxil olduğu İstanbul Darülfünunun Tibb məktəbindən məzun olub. O, Qərb Cəbhəsində Türkiyə Qurtuluş Savaşında həkim leytenant kimi iştirak edib və baş leytenant rütbəsinə yüksəlməklə İstiqlal medalı qazanıb. Gülhanə Hərbi Tibb Akademiyasına danışıqlar aparan həkim olaraq təyin edilib. 1926-cı ildə daxili xəstəliklər üzrə mütəxəssis hazırlığını bitirib. Baş Qərargahın icazəsi ilə girdiyi Tibb Fakültəsi gigiyena üzrə dosentlik imtahanını qazandıqda, ordu ilə əlaqəsinə xələl gətirmədən beş il müddətinə məzuniyyətə çıxıb. İbrahim Şevki 1933-cü il 3 oktyabrda Ərzurum Hərbi Xəstəxanasına təyin edilib. 1934-cü ildə mayor olub. Təkirdağ Hərbi Xəstəxanasından sonra Siirt Hərbi Xəstəxanasına təyinat alıb.
Balasagun
Balasaqun (çin. 八剌沙衮 Bālàshāgǔn, rus. Баласагун) və ya Balasağun (ərəb. بلاساغون‎ fars. بلاساغون‎ qaz. Basalasağun, Баласағұн, özb. Bolasogʻun) — Qırğızıstanın Toxmaq şəhəri yaxınlığında Orta çağ şəhəri. == Tarixi == Balasagun adı Bala və ya Bal və sagun iki sözün birləşməsindən yarandığı sanılır. Tarixlərdə türk mədəniyyət ocaqlarından biri sayılan Balasaqun Qaraxanlılar dövlətinin mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmişdir. Uyğurun mərkəzi şəhəri olan həm də Ordu Balık və ya Xan Balık adıyla da məşhur Balasaqın və ya Kara Balasaqun “Kudatqu-Biliğ"in müəllifi Yusif Xass Hacib Balasaquninin vətənidir.
Balasaqun

Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.