İbrahim Şevki Atasaqun

İbrahim Şevki Atasaqun (1899 İstanbul, Osmanlı İmperiyası – 28 may 1984 Ankara) – Türkiyəli, siyasətçi, dövlət xadimi. O, 1966-cı ildə Prezident Camal Gürsəl ABŞ-da müalicə olunduğu müddətdə onun yerinə 55 gün prezident səlahiyyətlərini icra edib.

İbrahim Şevki Atasaqun
türk. İbrahim Şevki Atasagun
Türkiyə Prezidenti[d]
2 fevral 1966 – 28 mart 1966
ƏvvəlkiCamal Gürsəl
SonrakıCövdət Sunay
Şəxsi məlumatlar
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 28 may 1984(1984-05-28)
Dəfn yeri
Fəaliyyəti siyasətçi

İbrahim Şevki Atasaqun hərbi tələbə kimi daxil olduğu İstanbul Darülfünunun Tibb məktəbindən məzun olub. O, Qərb Cəbhəsində Türkiyə Qurtuluş Savaşında həkim leytenant kimi iştirak edib və baş leytenant rütbəsinə yüksəlməklə İstiqlal medalı qazanıb. Gülhanə Hərbi Tibb Akademiyasına danışıqlar aparan həkim olaraq təyin edilib. 1926-cı ildə daxili xəstəliklər üzrə mütəxəssis hazırlığını bitirib. Baş Qərargahın icazəsi ilə girdiyi Tibb Fakültəsi gigiyena üzrə dosentlik imtahanını qazandıqda, ordu ilə əlaqəsinə xələl gətirmədən beş il müddətinə məzuniyyətə çıxıb. İbrahim Şevki 1933-cü il 3 oktyabrda Ərzurum Hərbi Xəstəxanasına təyin edilib. 1934-cü ildə mayor olub. Təkirdağ Hərbi Xəstəxanasından sonra Siirt Hərbi Xəstəxanasına təyinat alıb. 1941-ci ildə polkovnik-leytenant rütbəsinə təyin olunduqdan sonra Şərq xidmətində çalışıb. Daha sonra o, Ankara Hərbi Məktəbinin baş həkimliyinə köçürülüb. Baş Qərargahın Səhiyyə İdarəsində işləyib, Gülhanə Hərbi Tibb Akademiyasına gigiyena professoru təyin edilib. 1953-cü ildə briqada generalı, 1956-cı ildə isə general-mayor rütbəsinə yüksəlib. O, Quru Qoşunlarının Səhiyyə İdarəsinin rəisi təyin edilib. 21 sentyabr 1957-ci ildə təqaüdə çıxıb. 1958-1960-cı illərdə Səhiyyə Nazirliyinin müşaviri vəzifəsində çalışıb.

15 oktyabr 1961-ci ildə keçirilmiş seçkidə İbrahim Şevki Respublikaçı Kəndliləri Millət Partiyasının namizədi kimi Nevşehir Respublika Senatına üzv seçilib. O, 2 iyun 1968-ci ildə keçirilmiş üçdə bir yenilənmə seçkisində yenidən seçilib və 5 iyun 1977-ci ildəki yenilənmə seçkilərinədək bu vəzifəni davam etdirib. 1963 və 1964-cü illərdə Mili Müdafiə Komissiyasının rəhbəri vəzifəsində xidmət edib. Həmçinin 4 iyun 1962-ci il və 7 fevral 1963-cü il tarixləri ərzində partiyasını tərk edib və sonra müstəqil fəaliyyət göstərib.

Bir müddət sonra o, partiyasına qayıdıb, ancaq 25 fevral 1964-cü ildə partiyanı yenidən tərk edib və 9 aprel 1964-cü ildə Ədalət Partiyasına qatılıb. 28 oktyabr 1961-ci ildə Respublika Senatının Prezident Kollegiyasına keçirilmiş ilk seçkidə vitse-prezident olub və 2 noyabr 1962-ci ildəki seçkiyədək bu vəzifədə qalıb. İbrahim Şevki 2 dekabr 1965-ci ildə Respublika Senatının rəhbəri olaraq seçilib və 9 noyabr 1970-ci ilədək bu vəzifəni davam etdirib.

Prezident Camal Gürsəlin ABŞ-da müalicə olunduğu zaman o, 1966-cı il 2 fevral və 28 mart tarixləri ərzində respublika prezidenti vəzifəsini icra edib. O, Parlament sədrlərinin dəvəti ilə Berlin, Polşa, Çexoslovakiya, İran, PakistanMacarıstana rəsmi səfər etmiş Senat nümayəndə heyətlərinə sədrlik edib.

İbrahim Şevki Atasaqun 28 may 1984-cü ildə Ankarada vəfat edib və Cəbəci Əsri qəbiristanlığında dəfn edilib.[1]

Sələfləri 
Mehmet Ənvər Aka
Türkiyə Respublika Senatının sədri
2 dekabr 1965 - 19 noyabr 1970
Xələfləri 
Təkin Arıburun
Sələfləri 
Camal Gürsəl
Türkiyə prezidenti vəzifəsini icra edən
2 fevral 1966 - 28 mart 1966
Xələfləri 
Cövdət Sunay
Sələfləri 
Əkrəm Tok
Türkiyənin Səhiyyə Nazirliyinin müşaviri
16 yanvar 1958 - 14 iyul 1960
Xələfləri 
Nüsrət Fişək
  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.