Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. == Azərbaycanda səth axımı == Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Çay axımı
Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir. == Su balansı tənliyi == Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır. == Axım modulu == Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Arıxlı
Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır. == Əhalisi == Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır. == İqtisadiyyatı == Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. == Etimologiyası == "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. == Tarixi == Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aşıxlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kazımlı
Kazımlı (Tovuz)
Qasımlı
== Kəndlər == === Azərbaycanda === Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. === Gürcüstanda === Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Çaxırlı
Çaxırlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Çaxırlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Çaxırlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Çaxırlı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Çaxırlı (Göyçə) — Göyçə mahalı Basarkeçər rayonunda kənd.
Şıxımlı
Şıxımlı (Füzuli)
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Acırlı (Pərsabad)
Acırlı (fars. اجيرلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 5,461 nəfər yaşayır (1,107 ailə).
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində "Azərbaycan", "Ulduz" kimi populyar bədii jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" və "Baku" , "Sovet Naxçıvanı", "Şərq qapısı", "Ağrıdağ", "Güney" kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. "Oqni nad Araksom" ("Огни над Араксом"), Ukraynada nəşr olunan "Bakinski voqni" ("Бакинсъкi вогнi"), Türkiyədə çap edilən "Nəqş-i Cahan Naxçıvan" ("Nakş-ı Cihan Nahçıvan"), "Sabir poeziya günləri", "Araz", "Araz nəğmələri", və müəllifin şeirindən adını almış "Qoy tanısın dünya səni" ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir."Əllər" şeiri Azərbaycan poeziyasından seçmələr—"Ən yaxşı 101 şeir" kitabına daxil edilmişdir. "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam, sevgi" kitabları çap olunmuşdur.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Xıllı
Xıllı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür çayı sahilində, Salyan düzündədir. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqələrinin adı ərəb işğalları dövründə İraqın Xilə əyalətindən Azərbaycana köçürülmüş və sonralar xıllı adlandırılmış tayfanın adını əks etdirir.
Allahverdi Baxışlı
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Aminli
Aminli (Nir)
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Axill
Axilles — "İliada" poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı. Homer İlliadasinin demək olarki baş qəhrəmanı Axillesdir. Axilles (əsli antik Yunan olan Ἀχιλλεύς Akhilleus; Fransızca Achille, oxunuşu Aşıl) ölümlü bir ata olan Peleus ilə bir tanrı olan Fetidanın oğulu olan yarı tanrı bir insandır. Yunan mifologiyasının ən əhəmiyyətli qəhrəmanlarından biridir. Troya müharibəsinin yunan qəhrəmanlarının başında gəlməkdə və Homerin İlliada mifoloji əsərində yunanlarin ən böyük döyüşçüsüdür. Anası Fetida oğulunu ölümsüzlük çayı Styxdə yuyarkən əlini suya dəydirməməsi nəsihət edildiyi üçün, onu sol topuğundan tutub suya batırmışdır. Yalnız oradan vurulsa öləcəyinə inanılır. Əfsanəyə görə, öləcəyini bildiyi halda Axilles Heleni geri gətürmək üçün başlayan və ən böyük döyüş qəbul edilən Troya müharibəsinə adının sonsuza qədər xatırlanması üçün qatılmış və Troyalı şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq ölmüşdür. Buna görə ayaq dabanında iştirak edən vətərə "Axilles vətəri" adı verilmişdir. İlk böyük qədim Yunan şairi olan Homerosun, Troya müharibəsini izah edən İliada adlı əsərində hətta Axillesin məzarının yeri təsvir edilir.
Axilu
Axilu — İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında kənd adı. XIX əsrin əvvəllərində əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Berkarat adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır. Ərəb mənbələrində Dəclə çayı sahilində Axul şəhərinin adı çəkilir. Onu Suriyada (Şamda) yaşamış Şamlı türk tayfası gətirmişdir. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Axullu kəndinin adı ilə [133, 24] mənşəcə eynidir.
Limli
Limli (Şərqi Azərbaycan) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənd. Limli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd.
Abilli (Əhər)
Abilli (fars. ابللو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (45 ailə).