Çay axımı

Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir.

Su balansı tənliyi

[redaktə | mənbəni redaktə et]

Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z
Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır.

Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F
Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur. Birincisi, yüksəklik artdıqca axım layı da artır, ikincisi isə onun qiyməti şimal–qərbdən cənub-şərq istiqamətində azalır.

Axının nizamlanmasının növləri

[redaktə | mənbəni redaktə et]
  • sutkalıq
  • həftəlik
  • illik
  • çoxillik

Sutkalıq nizamlanma

[redaktə | mənbəni redaktə et]

Sutkalıq nizamlamada məqsəd nisbətən sabit axın vasitəsilə SES-in suya olan qeyri müntəzəm təlbatını təmin etmkdir. Əgər ancaq sutkalıq tələbat həyata keçirilərsə, onda su anbarında sutkanın sonunda öz əvvəlki səviyyəsinə qayıdacaqdır.

Həftəlik nizamlanma

[redaktə | mənbəni redaktə et]

İki həftəlik nizamlamada məqsəd həftə ərzində hidrostansiyanın energetik sistemdə həftəlik yükün dəyişməsinə uyğun qeyri–müntəzəm tələbatını ödəməkdən ibarətdir. Həftənin işçi olmayan günləri enerjiyə tələbat azalmaqla uyğun olaraq SES-in yükü azalır və su anbarında su yığılır. Həftənin işçi günlərində bu ehtiyat su çayın təbii axınına əlavə edilməklə sərf olunur. Əgər su anbarı ancaq sutkalıq və həftəlik nizamlarınsa, onda səviyyənin dəyiəməsinin tam dövr müddəti bir həftəyə bərabər olacaqdır.

İllik nizamlama

[redaktə | mənbəni redaktə et]

İllik nizamlamada məqsəd çayın axını vasitəsilə il ərzində çoxsulu mövsümlərdə yaranan artıq suları yığaraq, onu ilin az sulu mövsümündə istifadə etməkdən ibarətdir. Su anbarında suyun səviyyəsinin dəyişmə dövrü illik nizamlamada bir il təşkil edir.

Çoxillik nizamlama

[redaktə | mənbəni redaktə et]

Çoxillik nizamlamada əsas məqsəd çoxsulu illər hesabına az sulu illərdə suyun sərfini və hidrostansiyanın enerji istehsalını artırmaqdan ibarətdir.

Çay axımının ərazi üzrə paylanması

[redaktə | mənbəni redaktə et]

Çay axımının ərazi üzrə paylanması bir çayın axımının bir hissəsinin digər çay hövzəsinə ötürülməsidir.

Baş Qafqazın şimal-şərqində axımın paylanması

[redaktə | mənbəni redaktə et]

Bu əsasən cənub yamaca görə Burada cənub yamaca nisbətən yağıntı və illik axım layının qiyməti 600mm ətrafındadır. Bunun əsas səbəbi ondadır ki, şimal-şərq yamacı əsasən quru və soyuq şimal-şərq küləklərinin təsirinə uğrayır. Bundan əlavə, səbəbi həm də şimal-şərq yamacı çaylarının hövzələrinin az meyilli və daha çox sukeçirən qruntlarından ibarət olmasıdır. Baş Qafqaz çaylarının axımı yüksəklik artdıqca artır və burada illik axım layının qiyməti 300–600mm arasında dəyişir. Bu zonaya Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçayın yuxarı sahələri daxildir.

Kiçik Qafqazda axımın paylanması

[redaktə | mənbəni redaktə et]

Burada Böyük Qafqaza nisbətən axımın paylanması daha mürəkkəbdir. Bu,birinci növbədə ərazinin mürəkkəb oroqrafik (relyef) xüsusiyyətilə izah olunur. Axım modulunun maksimal qiyməti 28 l/san km2 həddində Qamışlı və Qapıcıq dağları rayonlarında müşahidə olunmuşdur. Kiçik Qafqaz ərazisində Böyük Qafqazın cənub yamacına nisbətən axımın yüksəkliklə əlaqədar artması xeyli zəifdir. Kiçik Qafqazın cənub-şərq yamacında (Qarabağ silsiləsindən axan çaylar) axım 0,8–2,2 l/san km2, Naxçıvan MSSR-də isə axım 0,8–2,8 l/san km2 arasında artır.

Lənkəran ərazisində axımın paylanması

[redaktə | mənbəni redaktə et]

Lənkəran ərazisində oroqrafiq şəraitin və yağıntıların paylanma xüsusiyyətlərindən irəli gələn axımın paylanması daha da mürəkkəb xarakterlidir. Burada axım şimaldan cənuba və qərbdən şərqə doğru artır. Talış silsiləsindən axan çayların hövzələrində yüksəklik artdıqca axım azalır. Peştəsər və Burovar silsiləsindən axan çayların axımı isə artır. Maksimal axım Astaraçay hövzəsində, minimal axım isə Viləşçay hövzəsində müşahidə olunur. Bu çayların orta illik axımı müvafiq olaraq 800 mm və 15–25 mm arasındadır. Lənkəranın Peştəsər və Burovar silsilələrinin arasındakı mərkəzi ərazidə axımın paylanması daha zəngindir. Burada dənizyanı sahədən Peştəsər silsiləsinin zirvələrinə doğru (cənub-şərqdən şimal – qərbə) axım 800 mm – dən 100 mm-ə qədər azalır. Silsilələrin təsirindən az bir məsafədə Viləşçayın axımı aşağıdan yuxarı 400 mm-dən 100 mm-ə qədər azalır. Göründüyü kimi, respublika ərazisində orta illik axım təxminən sıfırla 1500 mm arasında dəyişir. Onun maksimal qiyməti Böyük Qafqazın cənub yamacında, minimal qiyməti isə yarımsəhra və düzənlik sahələrdə müşahidə olunur. Azərbaycanın öz ərazisində əmələ gələn orta illik yerli çay axımı modulu 3,78 l/san km2-ə bərabərdir.[1]

  1. Z.S.Musayev, K.M.Məmmədov, M.S.Zərbəliyev. Su ehtiyatlatlarının inteqrasiyalı olunması Dərslik. Bakı: Təhsil NPM. 2009. səh. 376.