Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arat
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı. Yaşayış məntəqələri Ayan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Digər Ayan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standart xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir. Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Ayaş
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Abbas Bayat
Abbas Bayat (14 iyul 1947, Tehran) — İran işadamı. O, Belçikanın Şarlğua(Charleroi) futbol klubunun sədridir.
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Alat (Özbəkistan)
Alat (özb. Olot) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Alatda 12.924 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Alatda Özbəklər üstünlük təşkil etməklə, Türkmənlər, Ruslar, Almanlar, Qazaxlar və Tatarlarda yaşayır.
Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009). Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır. == Seçilmiş əsərləri == === Kitablar === Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017 Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013. Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Ayaz (Həştrud)
Ayaz (fars. اياز‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə).
Ayaz Abasov
Ayaz Nizami oğlu Abasov (20 dekabr 1998, Cəlilabad rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Ayaz Abasov 1998-ci il dekabrın 20 sində Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. 2017 ci ilin yanvar ayında ordu sıralarına çağırılıb Daxili qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi Təyinatlı dəstələrinin birində müddətdən artıq xidmət etməyə başlayır. == Hərbi xidməti == Ayaz Abasov 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələririnin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Xidmətini başa vurandan bəri Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Abdullayev
Ayaz Hidayət oğlu Abdullayev — Alim, texnika elmləri doktoru, Professor, Azərbaycan Politexnik İnstitutunda Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiri (1976-cı ildən). 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur. == Həyatı və elmi fəaliyyəti == 1940-ci il iyunun 2-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma texnologiyasi, metalkason dəzgahlar və alətlər ixtisası üzrə ali təhsil almışdır. 1963-cü ildə institutu bitirərək Bakı Su Kamərləri idarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışmışdır. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-ci isə Xarkov Politexnik İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildən Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiridir. == Təltif və mükafatları == 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
Ayaz Arabaçı
== Həyatı == Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Ayaz Ata
Ayaz Ata — türk, altay və Orta Asiya mifologiyalarında, xüsusilə qazaxlarda və qırğızlarda soyuq ilahı. Santa Klaus ilə də qaynaşmış vəziyyətdədir. Müxtəlif Türk dillərində Ayas Xan və ya "Ağ Ayas" olaraq adı keçər. Azərbaycan türkcəsində "Şaxta Baba" olaraq da bilinir. Ay İşığından yaradılmışdır. Soyuq havaya səbəb olar. Buğa bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan soyuq hava üfləyər. Beləcə qış gəlir. Ayaz bütün türk coğrafiyasında yandırıcı soyuq mənasını verər ki, ayın göydə rahtalıqla görüldüyü açıq havalarda meydana gəldiyi üçün Ay Tanrısının (və ya ona bağlı Ayas Xanın) göndərdiyi düşünülmüşdür. Bir növ Noel Baba olaraq düşünülə bilər.
Ayaz Mütəllibov
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938, Bakı – 27 mart 2022, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991). == Həyatı == Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında ölmüşdür. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn edildi.
Ayaz İbrahimov
Ayaz Sultan oğlu İbrahimov (10 iyun 1998, Yeniyol, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı və hərbi xidməti == Ayaz İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2004–2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb. Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Ayaz İmanzadə
Ayaz Daşqın oğlu İmanzadə (3 dekabr 1996, Neftçala – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayaz İmanzadə 1996-cı il dekabrın 3-də Neftçala şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Ayaz İmanzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ayaz İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz İmanzadə oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz İshaki
Ayaz İshaki (tatar. Ğayaz İsxaqıy, Гаяз Исхакый; 23 fevral 1878, Yauşirmə[d], Kazan quberniyası, Rusiya imperiyası – 22 iyul 1954, Ankara) — tatar yazıçı-publisisti, ictimai xadimi. == Həyatı == Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
Ayaz İsmayılov
Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı. 1918-ci ildə Cavad qəzasının Petropavlovka dairəsində anadan olmuşdur. O, ikinci cahan savaşı başlayanda cəbhəyə yollanmış, “Qırmızı Suvorov” ordenli Qara dəniz silahlı qüvvələrində, Kutuzov adına dəniz atıcı briqadasının tərkibində vuruşmuşdur. Ayaz İsmayılov Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. İgid döyüşçü Novorossiysk, Kuban, Sevastopol, Belqrad, Kerç, Kiyev və digər şəhərlərin, habelə Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Avstriya ölkələrinin azad olunmasında iştirak etmişdir. Müharibədə igidliklər göstərmiş Ayaz İsmayılov “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir. == İstinadlar == == Mənbə == Muğan-Şirvan qəzeti, 14 dekabr 2006-cı il.
Ayaz Əfəndiyev
Ayaz Adil oğlu Əfəndiyev (15 yanvar 1938, Bakı – 19 noyabr 2007, Bakı) — akademik, 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. == Həyatı == Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində alıb. Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi başlayan A. Əfəndiyev 1960–1963-cü illərdə Moskvada Fiziki Kimya İnstitutunun aspiranturasında oxuyub. Aspiranturanı başa vurduqdan sonra Bakıya qayıdaraq fəaliyyətini 1963–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi davam etdirib, 1965–1987-ci illərdə isə Akademiyanın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri vəzifələrində çalışıb. == Elmi fəaliyyəti == A. Əfəndiyev 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. O, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının kimya elmləri bölməsinin akademik katibi, 2007-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi kimi məsul vəzifələri icra edib. A. Əfəndiyev 1965-ci ildə L. Y. Karpov adına Fiziki Kimya İnstitutunda namizədlik, 1982-ci ildə Moskva Dövlət Universitetində doktorluq dissertasiyalarını müdafiə edib. O, 1986-cı ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Yüksəkmolekullu birləşmələr kimyası sahəsində fundamental tədqiqatları ilə tanınan A. Əfəndiyev kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsiplərini işləyib hazırlayıb.
Ayaz Əhmədov
Ayaz Elson oğlu Əhmədov (4 mart 2000, İkinci Ərəbcəbirli, Göyçay rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayaz Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2007-2016-cı illərdə Ceyhun İbrahimov adına Ərəbcəbirli kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Göyçay Peşə Liseyində təhsil alıb. == Hərbi xidməti == Ayaz Əhmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ayaz Əhmədov 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib. Azərbaycan Ordusunun əsgəri olan Ayaz Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Ayaz Əhmədov 6 oktyabrdan 7 oktyabra keçən gecə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunmuşdur.
Ayaz Əsgərov
Ayaz Əsgərov (1964, Tovuz rayonu) — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır. == Siyasi fəaliyyəti == 1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Ayaş, Ankara
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.