Asəf Bayat (31 iyul1954[3]) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat NiderlandınLeyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009).
Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır.
Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013.
Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Life as Politics: How Ordinary People Change the Middle East. Stanford: Stanford University Press, 2010, 2nd Edition 2013.
Making Islam Democratic: Social Movements and the Post-Islamist Turn. Stanford: Stanford University Press, 2007.
Ortadoğu'da Maduniyet: Toplumsal Hareketler ve Siyaset. [Subalternity in the Middle East: Social Movements and Politics. (In Turkish.) Six essays compiled and translated by Özgür Gökmen and Seçil Deren]. İstanbul: İletişim Yayınları, 2006.
Street Politics: Poor Peoples Movements in Iran. New York: Columbia University Press, 1997.
Work, Politics and Power. New York: Monthly Review Press, 1991.
Workers and Revolution in Iran. London: Zed Books, 1987.
Bayat, Asef (2013) "The Making of Post-Islamist Iran", in A. Bayat, ed., Post-Islamism: The Changing Faces of Political Islam, New York, Oxford University Press.
Bayat, Asef (2013) "Egypt and Its Unsettled Islamism", in A. Bayat, ed., Post-Islamism: The Changing Faces of Political Islam", New York, Oxford University Press.
Bayat, Asef. "Transforming the Arab World: The Arab Human Development Report and the Politics of Change". Development and Change. 36 (6). November 2005: 1225–1237. doi:10.1111/j.0012-155X.2005.00461.x.
Bayat, Asef. "Shari'ati and Marx: A Critique of an "Islamic" Critique of Marxism". Alif: Journal of Comparative Poetics. 10 (10). April 1990: 19–41. doi:10.2307/521715. JSTOR521715. Available online.